UNEC IRO/International Cooperation Department

UNEC IRO/International Cooperation Department

Share

The Official webpage of International Cooperation Department of Azerbaijan State University of Economics (UNEC)

UNEC International Cooperation Department has established strong links with prestigious higher educational institutions from around the world. Students are offered the privilege of choosing from a wide list of Erasmus,Tempus,Fullbright and other partners to spend a semester or year abroad. The Office also hosts exchange students in increasing numbers, which allows studying international relations

30/06/2025

📢 İyulun 1-də UNEC-də “Açıq qapı” günü!

UNEC abituriyentləri, onların valideynlərini, eləcə də UNEC-də təhsil almaq istəyən əcnəbi vətəndaşları 1 iyul tarixində keçiriləcək “Açıq qapı” gününə dəvət edir!

🕙 Saat: 10:00 – 13:00
📍 Ünvan: UNEC-in III tədris binası (Murtuza Muxtarov 194)

“Açıq qapı”da iştirak edənlər universitetin tədris prosesi, ixtisaslar, qəbul qaydaları və tələbə həyatı ilə yaxından tanış ola biləcəklər.

🔹 Qeydiyyat üçün:
UNEC Bot – 012 492 60 43 nömrəsinə WhatsApp vasitəsilə yazmaq kifayətdir.
Uğurlu karyera qurmaq üçün ilk addımı UNEC-lə at!

21/06/2025

📢 UNEC-də “Abituriyent Aylığı”na start verildi!

İyunun 21-dən iyulun 21-dək abituriyent və valideynlər UNEC-i daha yaxından tanıya, eləcə də onları maraqlandıran suallara cavab tapa biləcəklər.

Ay ərzində⤵️

- Hər cümə günü UNEC-in rektoru, professor Ədalət Muradovla görüşmək imkanı yaradılacaq;
- Hər çərşənbə axşamı UNEC-in bütün tədris binalarında “Açıq qapı günü” keçiriləcək;
- “Gələcəyin ixtisasları” mövzusunda ixtisas müəllimi ilə görüş təşkil olunacaq.

❗️“Açıq qapı günü”ndə UNEC-ə qəbul olmaq istəyən əcnəbi vətəndaşlar da iştirak edə bilər.

Tədbirlər barədə ətraflı məlumat almaq və görüşlərə qatılmaq üçün qeydiyyatdan keçmək məqsədilə UNEC Bot – WhatsApp: 012 492 60 43 kanalı yaradılıb.

UNEC abituriyent və valideynləri ay ərzində onlar üçün yaradılmış bu imkanlardan faydalanmağa və gələcək peşə seçimində doğru addımlar atmağa dəvət edir!

Tədbirlər barədə ətraflı:https://news.unec.edu.az/images/2025/AB%C4%B0TUR%C4%B0YENT_AYLI%C4%9EI_200625.pdfhttps://news.unec.edu.az/images/2025/ABİTURİYENT_AYLIĞI_200625.pdf

UNEC tələbələrinə xaricdə təhsil almaq üçün hansı imkanları yaradır? 13/02/2024

UNEC tələbələrinə xaricdə təhsil almaq üçün hansı imkanları yaradır? UNEC-in Beynəlxalq əməkdaşlıq departamentin direktoru Nərmin İbrahimovanın müsahibəsi:

“ dünyanın 30-dan çox ölkəsinin ali təhsil müəssəsisələri ilə əməkdaşlıq edir (Çin, İsrail, Rusiya, Türkiyə, Fransa, Macarıstan, Gürcüstan, İsveçrə, Malayziya, Yunanıstan, Latviya, Litva, Qazaxıstan, Özbəkistan, İtaliya, İspaniya və s.)

UNEC son bir neçə ildə beynəlxalq reytinq sıralamalarında ölkə üzrə birincidir, bir neçə beynəlxalq qrant layihələrində qalib olmuşdur, həmçinin əcnəbi tələbələrin qəbulu iki dəfə artmışdır, mübadilə proqramlarının ölkələr üzrə əhatə dairəsi genişlənmişdir”.

UNEC tələbələrinə xaricdə təhsil almaq üçün hansı imkanları yaradır? Azərbaycanda universitetlər tələbələrin xaricdə təhsil almaları üçün xarici təşkilat və universitetlərlə beynəlxalq əlaqələr yaradır, əməkdaşlıqlar edir. Belə universitetlərdən biri də Azərbaycan Dövlət İqisad Universitetidir (UNEC). AzEdu.az-a açıqlama verən UNE...

28/12/2023

UNEC Azərbaycanda əcnəbi tələbələrin mobilliyi göstəriciləri üzrə ölkənin ali təhsil müəssisələrinin reytinqində nailiyyətləri ilə fərqləndiyinə görə Elm və Təhsil Nazirliyi tərəfindən "Təşəkkürnamə" ilə təltif edilib.

UNEC Azərbaycanda əcnəbi tələbələrin mobilliyi göstəriciləri üzrə ölkənin ali təhsil müəssisələrinin reytinqində nailiyyətləri ilə fərqləndiyinə görə Elm və Təhsil Nazirliyi tərəfindən "Təşəkkürnamə" ilə təltif edilib.

28/12/2023

UNEC Azərbaycanda əcnəbi tələbələrin mobilliyi göstəriciləri üzrə ölkənin ali təhsil müəssisələrinin reytinqində nailiyyətləri ilə fərqləndiyinə görə Elm və Təhsil Nazirliyi tərəfindən "Təşəkkürnamə" ilə təltif edilib.

Photos from UNEC IRO/International Cooperation Department's post 27/12/2023

Beynəlxalq əməkdaşlıq departamentində mübadilə proqramları çərçivəsində növbəti semestrdə xaricdə təhsil alacaq tələbələrlə məlumat sessiyası keçirilib. Görüşdə Departamentin direktoru Nərmin İbrahimova elan edilən mübadilə proqramlarına müraciət edən və uğur qazanan tələbələri təbrik edib, onlara uğurlar arzulayıb. Daha sonra isə o, xaricdə təhsil və bundan irəli gələn bütün proseslər haqqında ətraflı məlumat verib.
Bildiririk ki, yaz semestrində UNEC-in 25 nəfər tələbəsi Avropanın bir sıra nüfuzlu universitetlərində mübadilə çərçivəsində təhsil alacaq. Bu universitetlər İspaniyanın Malaqa və Kordoba Universitetləri, Almaniyanın Siegen Universiteti, Fransanın Montpellier Universiteti, İsveçrənin Hes-so Universiteti, Polşanın Kozminski Universiteti, Türkiyənin İstanbul Gelişim, İstanbul Haliç və Anadolu Universitetləri, Rumıniyanın Aurel-Vlacio Universiteti və Yunanıstanın Qərbi Makedoniya Universitetidir.
Qəbul olan tələbələri təbrik edir, onlara müvəffəqiyyətlər arzu edirik.

Photos from Azərbaycan Dövlət İqtisad Universiteti UNEC's post 23/12/2023
Photos from UNEC IRO/International Cooperation Department's post 15/12/2023

UNEC-in Mühəndislik fakültəsində tələbələr üçün infosessiya formatında maarifləndirici görüş keçirilmişdir.
Fakültə rəhbərliyinin iştirakı ilə keçirilən görüşdə UNEC Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Nərmin İbrahimova, Xarici əlaqələr şöbəsinin müdiri Afət Ələkbərova, həmin şöbənin mütəxəssisi Pərvin Paşayeva xarici universitetlərlə əməkdaşlıq formatları, tələbələr üçün olan Erasmus, Non-Erasmus, Orhun və Mevlana beynəlxalq mübadilə proqramları, onların şərtləri, müraciət etmə müddətləri və digər xüsusiyyətləri barədə söhbət açıblar.
Daha sonra çıxış edən Tədrisin metodiki və keyfiyyət təminatı mərkəzinin iki diplom və ixtisas üzrə əlavə təhsil bölməsinin rəhbəri Mehriban Musayeva xarici təhsil proqramlarına qoşulan tələbələrin akademik borcları, fənn əvəzləməsi, UDİD və Minor əlavə təhsil proqramları barədə ətraflı məlumat verib.
Qarşılıqlı diskussiya əsasında keçən tədbirin sonunda mövzu ətrafında tələbələri maraqlandıran bütün suallar cavablandırılıb.

14/12/2023

UNEC-də Erasmus Tələbə Şəbəkəsinin (Erasmus Student Network) tamhüquqlu üzv olduğu "Erasmus Tələbə Şəbəkəsi - Azərbaycan" İctimai Birliyinin infosessiyası təşkil olunacaq.

Tədbir 18 dekabr, saat 12:00-da UNEC-in əsas tədris binasında (otaq 305) keçiriləcək. İnfosessiyada tələbələrə Erasmus+ imkanları, Avropa Həmrəylik Korpusu, xaricdə təhsil və təcrübə proqramları barədə ətraflı məlumat veriləcək və tələbələrin sualları cavablandırılacaq.
Qeydiyyat: https://docs.google.com/forms/d/e/1FAIpQLSerfn660JRKwsXR904AfGOvr0pWwLVHpdvAyGXtD7QhsTIEvg/viewform

Photos from UNEC IRO/International Cooperation Department's post 11/12/2023

Türkiyənin İstanbul Haliç Universitetinin Beynəlxalq əlaqələr üzrə nümayəndə heyəti UNEC-ə səfər edib.

Səfər əsnasında nümayəndə heyəti ilə Beynəlxalq əməkdaşlıq departamentində görüş keçirilib. Görüşdə Departamentin direktoru Nərmin İbrahimova UNEC-in beynəlxalq əlaqələri sahəsində ümumi məlumatlar, qazanılan qrant layihələri və mübadilə proqramları haqqında ətraflı məlumatlar verib. Daha sonra isə Haliç Universitetinin nümayəndələri təqdimatla çıxış ediblər. Görüş əsnasında universitetlər arasında ikitərəfli əməkdaşlıq müqaviləsinin imzalanması və UNEC tələbələrinin İstanbul Haliç Universitetində mübadiləsi haqqında razılığa gəlinib. Sonda qonaqlarla birgə xatirə şəkli çəkilib.

11/12/2023

Non-Erasmus ikili əməkdaşlıq çərçivəsində Türkiyənin İstanbul Haliç Universitetində mübadilə proqramına sənəd qəbulu elan olunur!

Proqram çərçivəsində UNEC tələbələri 2023/2024-cü tədris ilinin yaz semestrində Türkiyədə təhsillərini türk və ya ingilis dilində davam edəcəklər. Mübadilə proqramının şərtlərinə əsasən, xarici universitetə təhsil haqqı ödənilmir. Tələbələr yalnız yol və yaşayış xərclərini qarşılayacaqlar. Namizədlərin seçimi ayrılmış yerlərin sayı üzrə təqdim olunmuş sənədlər əsasında, müsabiqə yolu ilə aparılacaq.

Seçiləcək tələbə sayı: 10 nəfər

Təhsil pilləsi: bakalavriatura və ya magistratura üzrə təhsil alan tələbələr

Müddət: 2023/2024-cü tədris ilinin yaz semestri

Əsas şərtlər:

Tələbələrin orta balı (ÜÖMG) – 70-dən yuxarı olmalı;
Türk və ya ingilis dilini sərbəst bilməli.
Müvafiq dil sertifikatı

Tələb olunan sənədlər:

Akademik transkript
Dil biliyini təsdiq edən sənəd (olduğu təqdirdə IELTS, TOEFL və ya müvafiq fakültələrdə ingilis və ya türk dilində təhsil aldığını göstərən sənəd).
CV (ingilis dilindÉ™)
Pasport (mövcüd olmadığı halda şəxsiyyət vəsiqəsi)
Fakultələr haqqında məlumat (bakalavr):https://halic.edu.tr/tr/akademik/fakulteler

Fakultələr haqqında məlumat (magistr):https://halic.edu.tr/tr/akademik/enstituler/lisansustu-egitim-enstitusu

Son müraciət tarixi: 24 dekabr, 2023-cü il.

Sənədlər göstərilən ardıcıllıqla bir “pdf” sənədi şəklində

[email protected] elektron poçt ĂĽnvanına tÉ™qdim olunmalıdır (sÉ™nÉ™dlÉ™ri ayrı-ayrı pdf sÉ™nÉ™dlÉ™rindÉ™ göndÉ™rÉ™n tÉ™lÉ™bÉ™lÉ™rin mĂĽraciÉ™tlÉ™rinÉ™ baxılmayacaqdır). Elektron mÉ™ktubu göndÉ™rÉ™rkÉ™n baĹźlıq hissÉ™sindÉ™ universitetin «Haliç Universiteti» yazılmalıdır.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Baku
AZ1001

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00