16/06/2023
"EfirTV" elm və mədəniyyət televiziyasına jurnalist və aparıcı tələb olunur. (etv.az)
Tələblər:
Ali təhsilli, natamam ali təhsilli(tələbələr),
İngilis dilini bilənlərə üstünlük veriləcək,
Azərbaycan dilində qrammatik yazmaq, səsləndirmək və redaktə etmək bacarığı,
Elm,mədəniyyət,təhsil və s. sahələrindən məlumatlı olmaq,
Sosial şəbəkələrdə aktivlik ( Facebook, Twitter, Linkedin).
Öhdəliklər:
Elm,təhsil, texnologiya və innovasiya üzrə xəbərlərin Azərbaycan və ya ingilis dilində hazırlanması, xəbərlərin izlənilməsi, sosial şəbəkələrin aktiv şəkildə izlənməsi.
Əmək haqqı razılaşma yolu ilə
İş saat:
Bazar ertəsi – Cümə // 09:00 – 18-00
Müraciət: CV-ləri [email protected] elektron poçtuna göndərməyiniz xahiş olunur.
Əlaqə: 055 313 53 65
12/03/2023
Aslılıq sizin beyninizi çürüdür. Neyronların dinamikası yenilikdir. Daima hər gününüzdə yeniliklər edin . Yeni dil, yeni idman hərəkəti, yeni sudoku, yeni ideya və s. bunlar sizin psixoloji gücünüzü artıracaq. Elə bu gün aslılıqlarımıza yox deyək. Əli Zülfiqarlı
11/12/2021
EFİR TV-nin yeni layihəsi "Həmrəylik Karnavalı" Yanvar ayının 08-09
saat 14:00 da Əl Oyunları(Bakı İdman Sarayında) baş tutacaq.
Biletin qiyməti 30 AZNdir. Ailə paketi-4 bilet alana - 100 AZN.
Youtube kanalımıza ABUNƏ olanlara endirim olaraq bilet 25 AZN.
(Abunə screene nömrəyə göndərməklə)
Youtube kanalımız: https://www.youtube.com/efirtvaz
Yerlər Məhduddur, Almağa tələsin
Əlaqə nömrəsi: 050 546 83 23
QEYD: bilet satışını etmək istəyənlər üçün təklif-Satılan hər
biletin 10 faizi satıcı götürəcək. (3 AZN)
1. Azərbaycan pərdəsi
Milli rəqslər
Muğamlar
Estrada mahnıları
İnstrumental musiqilər
2. Pakistan pərdəsi
Pakistan milli rəqsləri
Pakistan musiqiləri
Məşhur müğənni Saeed Asfer canlı performansı
Doktor Cəfər Çağatayın motivasiya şousu
Azərbaycan-Pakistan dostluq kompozisiyası
3. Türkiyə pərdəsi
Türk dünyasının milli rəqsləri
Türk estrada mahnıları və canlı performans
Osmanlı instrumental çalğı qrupunun canlı performansı
Azərbaycan-Türkiyə dostluq kompozisiyası
4. Hindistan Pərdəsi
Hindistan milli və müasir rəqsləri
Gül tozları şousu
Hindistan mahnıları
5. Avropa pərdəsi
Canlı Opera şousu
Pantomima kompoziyası
Gitarada canlı ifalar (Azərbaycan , İspan və Türk)
6. Eksluziv şoular
Alov və fişəng şou
Pəhlivan şou
Uzunayaqlar şou
Tanura şou
İspan rəqsləri
Kalmik dilində mahnılar
Tanınmış Azərbaycan müğənnilər
16/11/2021
Bugün sosial şəbəkədə bu şəkil qarşıma çıxdı. Və xatırladım ki,mavi kəpənəklər Srebrenitsa qətliamının simvoludur.
Srebrenitsa soyqırımı II dünya müharibəsindən sonra Avropada baş verən ən irimiqyaslı qətliamdır. Bu soyqırım həm də II dünya müharibəsindən sonra Avropada hüquqi cəhətdən ilk dəfə sənədləşdirilmiş soyqırım aktıdır.
Serb əsgərləri toplu məzarlar tapılmasın deyə,cəsədləri çox uzağa basdırırlar və bölgənin bitki örtüyünə uyğun bitkilərlə örtməyə çalışırlar əlavə olaraq manyetik dəyişkənlik axtarışının edilə bilməməsi üçün məzarların içinə metal parçaları buraxırlar.
Ancaq,toplu məzarların tapıldığı bölgədə cəsədlərin torpağı qidalandırması nəticəsində Artemis adında çiçəklər yetişməyə başlayır. Və sadəcə bu çiçəklərlə qidalanan mavi kəpənəklər də sürətlə artmağa başlayır. Mavi kəpənəklər izlənilərək 300 toplu məzar tapılır.
Bunun nəticəsində 20.000 insanın cəsədi tapıldı. Bundan sonra mavi kəpənəklər-Srebrenintsa qətliamının simvoluna çevrildi.
15/11/2021
EFİR TV trailer
"Efir tv" online media paltforması olaraq elm, mədəniyyət və ictimai-sosial verilişlərin hazırlanmasını həyata keçirir. Məqsədimiz ölkəmizdə elmin, təhsilin,...