18/06/2026
🌍 UNEC dünyanın ən yaxşı 634-cü universitetidir!
“QS Dünya Universitetləri Reytinqi 2027”nin nəticələrinə əsasən, UNEC ötən illə müqayisədə 193 pillə irəliləyərək 634-cü yerə yüksəlib və bu dinamika ilə reytinqdə yer alan universitetlərin 57,9 faizini geridə qoyub.
🏆 UNEC QS 2027 reytinqinin 3 göstəricisi üzrə Azərbaycanda liderdir:
🔹 İşəgötürənlərin Reputasiyası (Employer Reputation) indikatoru üzrə 126 pillə yüksələrək dünyanın 253-cü universiteti olub və ölkə üzrə ən yüksək nəticəni göstərib;
🔹 Beynəlxalq Tədqiqat Şəbəkələri (International Research Network – IRN) indikatoru üzrə Azərbaycan universitetləri arasında birinci yerdə qərarlaşıb;
🔹 Dayanıqlılıq (Sustainability) indikatoru üzrə ölkə liderliyini qoruyub.
📈 UNEC digər mühüm göstəricilər üzrə də mövqeyini yaxşılaşdırıb:
🔹 Məzunların Məşğulluq Nəticələri (Employment Outcomes) indikatoru üzrə 21 pillə irəliləyərək dünyada 308-ci yerdə qərarlaşıb;
🔹 Beynəlxalq müəllim heyəti (International Faculty) göstəricisi üzrə 171 pillə irəliləyərək 392-ci yerə yüksəlib.