30/06/2022
Kimyaçının Əsəri
Kimyaçının əsəri Kiçiklər böyük möcüzə yaradır...
30/06/2022
Hamıya salam, bu gün şəxsən mənim ən çox bəyəndiyim ən maraqlı kimyəvi təcrübəni aparacağıq. Onu da qeyd edim ki, bu təcrübələrin bəzilərinin olduqca təhlükəli olduğunu bilməlisiniz və bunları təkrarlamağa çalışmayın.
1. İlk təcrübə - şarın asetilen ilə partlamasıdır. 2. Sonrakı təcrübə şarın hidrogenlə partlamasıdır.
3. Daha sonra - alüminium tozunun kalium dikromatla qarşılıqlı təsiri reaksiyasıdır.
4. Bundan sonra kalium xlorat və şəkərin reaksiyası olacaqdır. Bu qarışığa alovun rəngli olması üçün bəzi maddələr əlavə olunur.
5. Növbəti reaksiya isə - natriumun su ilə qarşılıqlı təsiri. Tipik olaraq natrium indi müşahidə edəcəyimiz suda partlayır.
6. Və başqa bir reaksiya isə - nitroselülozun yanması. Nitroselüloz çox tez yanan maddədir. Nitrosellüloz tez yandığı üçün hətta zarafatlarda da bu reaksiyadan istifadə etmək olar. Nitrosellüloz tez yandığı üçün praktik olaraq əlinizi də yandırmaz.
7. Və son təcrübə - " isti buz" reaksiyasıdır. Çox doymuş natrium asetat məhlulunun kristallaşması
Mənbə: https://youtube.com/c/Thoisoi2
02/01/2021
Artıq, Yeni İlə fokuslanmaq vaxtıdır...
24/12/2020
Cənab Prezident, doğum gününüz mübarək!
22/12/2020
Tezliklə...
08/02/2018
Doğurdan da qızılı belə bir mötəbər edən nədir? Yer kürəsində bu metalın ehtiyatları çox deyil. Rast gəlmə ehtimalına görə 73-cü elementdir. Lakin nəzərə alın ki, platin daha nadir metaldır və qiyməti qızıldan bahadır.
Bütün dünya dillərində qızıl adı ya “sarı”, ya da “qırmızı” mənasını verir. Onun Latınca adı Aurum da “dan parıltısı” və ya “şəfəq” deməkdir.
Qızılı nəcib metal edən odur ki, o başqa kimyəvi maddələrlə gümüş kimi reaksiyaya girmir. Qızıl həmçinin çox plastikdir və onu döyərək son dərəcə nazik lövhə şəklinə salmaq mümkündür. Məsələn, düyü boyda qızılı döyərək ondan 1 kvadratmetr sahəsi olan lövhə hazırlamaq olar.
20 ildən sonra qızıl tükənəcək
1500-cü ildən bəri cəmi 100 min ton qızıl çıxarılıb və onun qırx faizi bir yerdən – Cənubi Afrikanın Vitvotersrand əyalətindən gəlir. Ən paradoksal hal budur ki, dünyada nadir tapılan qızıl, aşkar olunarkən bəzən çox asanlıqla çıxarılır. O düyü və ya noxud boyda dənələrlə üzə çıxa bilər. Qızılın qeyri-reaktiv təbiəti onu qarışıqlardan təmizləməyi asanlaşdırır. Məsələn, tərkibində qızıl olan süxurları adi xörək duzu ilə birlikdə qızdırmaq kifayətdir ki, başqa metallar yanıb tökülsün və yalnız təmiz qızıl qalsın.
Lakin qızıl yataqlarını tapmaq getdikcə çətinləşir. Bu gün qızıl mədənlərində 500 min insan çalışır, lakin bir ildə əldə edilən qızıl 2500 tonu keçmir. Təxminlərə görə dünyada asanlıqla çıxarılacaq qızılın yalnız 20 illik ehtiyatı qalıb.
Qızıla sevgi qanımızdadır
Bəli, qızıl gözlənilməyən yerlərdə də olur. Məsələn, bizim qanımızda. Lakin bu ən qeyri-kommersiya qızıl mənbəyidir. Çünki onun qanımızdakı miqdarı 0,2 milliqramdır. 8 qram qızıl 40 min nəfərin qanından əldə oluna bilər. Qadınlarda qızılın miqdarı kişilərdən 5 dəfə çoxdu.
Bəzi küknar növləri və doqquzdon adlı bitki də torpaqdan qızıl sormaq xüsusiyyətinə malikdir. Doqquzdon Bakının bir çox məhəllələrində, adətən bağçaların çəpərlərində bitir. Lakin bu da kommersiya əhəmiyyəti daşımır.
Qızılın ən böyük ehtiyatı dünya okeanıdır. Orada 10 milyon ton qızıl var, amma bunun da emalı olduqca baha başa gələ bilər. O qədər baha ki, heç dənizə girməyə də dəyməz.
Yeməli qızıl
Qızılın e-nömrəsi də var: E175. Bu isə o deməkdir ki, Avropa İttifaqı və İsveçrə standartlarına görə, qızıl qida əlavəsi kimi işlədilə bilər və səhhət üçün heç bir təhlükə təşkil etmir.
Məsələn, İsveçrədə istehsal olunan darçınlı “ Goldschlager ” likörlərinin içində qızıl zərrəcikləri var.
Qızıldan təbabətdə revmatik artritlərin müalicəsi üçün istifadə olunur və buna “qızıl terapiyası” deyilir.
Diş həkimləri qızılın dünya ehtiyatının 2 faizindən istifadə edirlər ki, bu da 60 ton deməkdir.
Lakin unutmayın ki, qızıl dişin yalnız 75 faizi qızıldır. Qalanı gümüş, palladium və sinkdən ibarət olur.
Təmiz qızıl
Qızılın təmizliyi karatlarla ölçülür. Karat yunan sözü olan «keration»dan götürülüb. Noxudkimilər fəsiləsinə aid olan bu bitkinin Azərbaycanca rəsmi adı buynuzcuqlu seratoniyadır. Belə hesab olunur ki, bu bitkinin 24 toxumu ilə eyni çəkidə olan qızıl sikkə ən təmiz qızıldır. 24 karatlı qızıl 99,99 faiz qızıl deməkdir. Avropada 24 karatlı qızıldan sonra 18 karatlı qızıl gəlir. Belə qızılın tərkibində 75 faiz qızıl var.
Britaniyada 9 karatlı qızıl məmulatları geniş yayılıb. Belə qızıldan hədiyyələr üçün zinət əşyaları hazırlanır. Lakin 9 karatlı boyunbağıların qutusunda yazılır ki, duş qəbul edərkən belə hədiyyəni boynunuzdan açmanız məsləhətdir. Çünki onun yalnız 38 faizi qızıldır və o su dəydikdə qarala bilər.
Hər ölkədə qızılın “öz təmizliyi” var
Çində, Honk Konqda, Tayvanda, Malaziyada, İndoneziyada və bir sıra Ərəb ölkələrində təmiz qızıl deyəndə 24 karatlıq qızıl başa düşülür (99,99%).
Böyük Britaniya, Banqladeş, Hindistan və Şri-Lankada 22 karatlıq (91,6%) qızıl ən yaxşı qızıl hesab olunur.
Dubay da daxil olmaqla, Fars körfəzi ölkələrində 21 karatlıq (87,5%), Misirdə 18 karatlıq (75%) qızıl ən yaxşı qızıl sayılır.
Almaniya, Aralıq dənizi hövzəsi, Türkiyədə ən yüksək əyarlı qızıl deyərkən, 18 karatlıq (75%) qızıl başa düşülür.
Portuqaliyada və Cənubi Avropanın bir sıra ölkələrində ən yaxşı qızılın karatı 19,2-dir (80%). “Rolex” saatları əsasən belə qızıldan hazırlanır.
Keçmiş Sovet ittifaqında ən yaxşı qızıl sayılan 585 əyarı 58,6 faizə uyğun gəlir. Rusiyada zinət əşyaları üçün 375, 500, 585, 750, 900, 916 və 958 əyarlı qızıldan istifadə edilir. Belə əşyalarda qızılın faizini bilmək üçün əyarda 2-ci və 3-cü rəqəmin arasına vergül qoymaq lazımdır. Yəni 900 əyarlı qızılda 90,0 faiz qızıl vardır.
04/01/2018
1. Qar dənəsinin əsas tərkib hissəsini hava təşkil edir — 95%, ona görə qarın düşmə sürəti çox azdır — 0.9 km/saat.
2. Qar dənəsinin rənginin ağ olması onun strukturunda havanın olması ilə bağlıdır. İşıq şüaları havadan və buz kristallarından əks olub yayılırlar.
3. Dünya tarixində başqa rəngdə qar yağmalar olub. Məsələn, 1969 da İsveçrədə qara, 1955 də Kaliforniyada yaşıl qar yağıb.
4. Antarktik dağlarda elə canlılar var ki, onlar qarda yaşayırlar. Onlar xlamidomonadlardır. Onlar qarı qırmızı, bənövşəyi, sarı edirlər.
5. Suya düşən qar dənəciyi qulaqla eşidilməyən, yüksəktezlikli səs çıxarır. Bu səsi balıqlar sevmir.
6. Qar dənəsinə günəş şüası düşərsə, o hətta mənfi dərəcədə buxarlanır. Bu halda qarın suya çevrilmə fazası buraxılır.
7. Qışda qar yerin səthinə düşən günəş şüalarının 90%-ini qaytarır ki, bu da yeri qızmağa qoymur.
8. Rekord qar dənəciyi 1987 də ABŞ-da aşkarlanıb — onun diametri 38 sm olub
20/11/2017
Yaşayan ən böyük şey nədir?
Fil mavi balina ya da nəhəng Sekoya ağacı? Xeyr
Dünyadakı yaşayan ən böyük şey bir göbələk. Kəsilmiş bir ağac kötüyünün üzərində böyüyən bal göbələyindən (Armillaria ostoyae) bu ana qədər görülən və Oregondakı Malheur Milli Meşəsində olan ən böyük nümunə 890 hektarlıq bir sahəni örtür və yaşı 2000 ilə 8000 arasında təxmin edilir.
03/08/2017
WC sözünün mənası nədir ?
WC ; Bütün dünyada tualeti bildirmək məqsədilə işlənir. Məsələn; Dünyanın harasında olursunuz olun "WC" yazısını gördüyünüz qapı tualetə gedir
WC ifadəsi bütün dünyada standartdır . WC kəlməsinin kökü ingilis dilindəndəndir .
WC kəliməsi ingiliscə " Water Closet " sözlərinin baş hərflərindən yaranan bir qısaltmadır .
"Water" ingiliscə "su"
"Closet" kəliməsi isə "dolab, kiçik otaq " mənasındadır.
"Water Closet" birləşməsi isə " Su dolabı " kimi tərcümə edilir .
Danışıqda istifadə olunan "tualet "sözü əvvəllər bu mənalarda işlənib?
1 . Yuyunma , təmizlənmə , geyinmə, bəzənmə, daranma ; ayaqyolu .
2 . Qadınların gecə toplantılarında göstəriş xatirinə geydiyi geyim
3 .Təmizlik və baxım üçün lazım olan obyekt
28/07/2017
Bilirsinizmi?
Dünyanın ən böyük heyvanı göy balinadır.Çəkisi 150 tondan artıqdır...
Ardı şərhdə
24/07/2017
Quşları ildırım vurmur.
Çünki heç bir elektrik qüvvəsi onların tükündən keçə bilməz
-nin facebook səhifəsi
06/07/2017
Dünyanın ən maraqlı şəhəri...
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Baku