30/06/2026
17-19, 23-25 iyun 2026-ci il tarixində ilk dəfə iştirak edəcək tarix, fiziki tərbiyə , texnologiya,musiqi, təsviri incəsənət, o cümlədən, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı və digər ixtisalar üzrə müəllimlərin sertifikatlaşdırılması imtahanı keçirildi.
2026-cı il üzrə müəllimlərin sertifikatlaşdırılması imtahanında iştirak edən müəllimlərimizdən yüksək nəticəsi ilə ibtidai sinif müəllimi Ağayeva Yeganə müəllim 55 bal toplayaraq fərqlənib.
Həmçinin, Azərbaycan dili və ədəbiyyat müəllimi Hüsniyyə Quliyeva, fiziki tərbiyə müəllimi Cəfər Ələsgərov, texnologiya müəllimi Ahu Məmmədova uğurlu nəticələri ilə mərhələni keçiblər.
Müəllimlərimizi bu uğur münasibəti ilə məktəb rəhbərliyi və kollektivi adından təbrik edir, onlara daha böyük uğurlara imza atmağı arzulayırıq.