15/01/2026
UNEC Business School
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from UNEC Business School, School, Istiglaliyyat 6, Baku.
15/01/2026
UNEC Biznes Məktəbi əməkdaşlarını, professor-müəllim heyətini, məzunları və təhsil alanları 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Miladı təqvimi ilə Yeni İl Bayram münasibətilə təbrik edir. Yeni ildə Sizlərə xoşbəxt, sağlam və firavan yaşamağı arzu edirik! 2026-cı il bütün xalqımıza, eləcə də bütün bəşəriyyət və insanlıq adına düşərli il olub uğur gətirsin!
Bayramınız mübarək!
18/12/2025
SOCAR-ın təşkil etdiyi hackathonda UNEC Biznes Məktəbinin "Biznesin təşkili və idarə edilməsi (süni intellekt üzrə, tədris ingilis dilində)" E27-24 qrupunun magistrantları Səmədov İsmət Azər oğlu və Bəşirov Ülvi Samir oğlu 3-cü yerə layiq görülüblər.
Hackathonun əsas çağırışı verilmiş məsələlər üzrə süni intellekt həllərinin təqdim edilməsi olmuşdur. 48 saat ərzində tələbələrimiz çox yaxşı həll yolu göstəriblər.
Magistrantlarımızı təbrik edirik!
11/12/2025
13/10/2025
UNEC Biznes Məktəbinin MBA Proqramının I kurs, A8/2-120-25 qrupunun magistrantı Rüstəmova Nigar Samir qızı 27.09.2025–05.10.2025 tarixlərində Avstraliyanın Sidney şəhərində keçirilmiş “International Programme Committee for the 76th International Astronautical Congress” adlı konfransda iştirak etmiş və “Amateur Space Exploration: Space Knowledge Yielder (SKY)” adlı məqalə ilə təqdimat etmişdir. UNEC-100 Strategiyasında magistrantların “Web of Science” və “Scopus” elmi platformalarında çap olunmuş məqalələrinin sayının artırılması nəzərdə tutulmuşdur. Bu hədəfə nail olmaq istiqamətdə magistrant Rüstəmova Nigar Samir qızının elmi fəaliyyəti təqdirəlayiqdir. Qeyd edək ki, magistrantın elmi məqaləsi 2026-cı ilin aprel ayında SCOPUS bazasında indekslənməsi nəzərdə tutulur. Magistranta uğurlar arzu edirik!
Elmi fəaliyyətlə məşğul olan magistrantlar UNEC tərəfindən yüksək qiymətləndirilir.
19/09/2025
📢 Rabitəbank və Dövlət Məşğulluq Agentliyi – Təcrübə Proqramı elan edir!
Proqram haqqında:
Rabitəbank ASC Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində gənclərə bank sektorunda karyera qurmaq və praktiki biliklər əldə etmək imkanı yaradır. Təcrübə proqramı iştirakçılara real iş mühitində özlərini sınamaq və gələcək inkişaf yolunda ilk addımlarını atmaq fürsəti təqdim edir.
Tələblər:
* Ali təhsil müəssisələrinin sonuncu kurs tələbələri və ya yeni məzunlar;
* Öyrənməyə maraq və yüksək motivasiya;
* Komanda ilə işləmək bacarığı;
* Analitik düşüncə və təşəbbüskarlıq.
Proqramın üstünlükləri:
* Bank sahəsində praktiki təcrübə qazanmaq imkanı;
* Təcrübə müddətində peşəkar komandanın dəstəyi;
* Gələcək karyera inkişafı üçün fürsətlər.
Müraciət qaydası:
Proqrama qoşulmaq üçün müraciətinizi aşağıdakı link vasitəsilə edə bilərsiniz:
Riteyl sahəsi üzrə təcrübə proqramı | "Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti “Rabitəbank” ASC və Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlığı çərçivəsində riteyl sahəsi üzrə 3 aylıq ödənişli təcrübə proqramı elan edirik!Əgər maliyyə sektorunda ilk addımlarını atmaq, real iş proseslərinə qoşulmaq və peşəkar inkişaf yoluna çıxmaq...
Click here to claim your Sponsored Listing.
Location
Category
Culinary Team
Attire
Contact the school
Telephone
Website
Address
Istiglaliyyat 6
Baku
1000