ADNSU "Menecment" kafedrası

ADNSU "Menecment" kafedrası Management - science is the study of problem solving and decision making in organizations.

It applies the scientific method to management, enabling managers to make decisions for the organization and improve its performance.

10 dekabr 2024-cü il tarixində, “Universitetlə iş dünyası arasında qarşılıqlı təcrübi-tədrislə biliyin təkmilləşdirilməs...
12/12/2024

10 dekabr 2024-cü il tarixində, “Universitetlə iş dünyası arasında qarşılıqlı təcrübi-tədrislə biliyin təkmilləşdirilməsi” layihəsi üzrə, ADNSU-nun
“Menecment” kafedrasının müəyyənləşdirilmiş müəsssisə və təşkilatlardan dəvət olunan mütəxəssislərin növbəti qonağı “SAP Learning Center” - SAP Tədris Mərkəzinin təsisçisi, peşəkar mütəxəssis İbrahim Mahmudov və təşkilatçı menecer Nuranə Eyvazova, 751-21 və 753-21 saylı qruplarda “Mühasibatlıq və audit” fənnin mühazirə dərsində mövzu ilə əlaqədar, müəssisə resurslarının
planlaşdırılması şirkətlərin iş proseslərini - maliyyə, insan resursları, təchizat zənciri, istehsal, layihə idarəetməsi və digər funksiyaları vahid bir sistemdə
inteqrasiya və avtomatlaşdırma yolu ilə idarə etməyə imkan verən proqram təminatı kateqoriyasına daxil olan ERP, SAP və MRP-nin dünyada və Azərbaycanda rolundan danışdılar. Resursların səmərəli istifadəsini, verilənlərin
dəqiq idarə olunmasını, qərar qəbul etmə prosesinin təkmilləşdirilməsinin, material
tələbatlarının planlaşdırılmasının təmin edilməsi barədə ətraflı məlumatlar verdilər. Bütün bunlar istehsal prosesində ehtiyac duyulan, materialların və komponentlərin düzgün miqdarda və düzgün zamanda təmin olunmasının planlaşdırılmasında istifadə edilən sistem olaraq, analitika və hesabatların yerinə yetirilməsi və qərar qəbul etmə prosesinin dəstəklənməsi deməkdir.
Prosseslər haqqında tələbələrə ətraflı məlumatlar verməklə yanaşı, onları maraqlandıran sualları cavablandırmış və onlara lazımlı tövsiyələr vermişdirlər. Belə təcrübi dərslərin təşkili və gənclərin uğurlu karyera quruculuğunda müsbət
təsiri vardır. Dərs prosesində kafedranın dosenti Sədaqət İbrahimova da iştirak
etmişdir.

Address

Azadlig Avenue 20
Baku
AZ1010

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when ADNSU "Menecment" kafedrası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category