18/03/2020
Dəyərli səhifə izləyiciləri, COVİD 19 virusu ilə bağlı Nazirlər Kabinetinin aldığı qərarla təhsil müassisələrində dərslərin keçirilməsi artıq media üzərindən davam etdirilir. Bununla əlaqədar Təhsil Nazirliyinin təşəbbüsü ilə teledərslər keçilir və dərslər video.edu.az saytında yerləşdirilir. Uzun müddətdir ki, fəalliyyət göstərən bu saytdan istifadə edilməsi kütləvi xarakter daşımırdı, bəzi yerlərdə ümumiyyətlə belə resursların mövcud olduğu məlum deyildi. Artıq rəqəmsal əsrin tələblərinə uyğun olaraq ölkəmizdə də təhsil virtual müstəvidə təkmilləşdirilməlidir. Bu sahədə hər kəsin təklif və təşəbbüsləri təqdirə layiqdir.Dəyərli həmkarlarımın teledərslərin həyata keçirilməsində göstərdikləri mədəni cəsarətlərini yüksək qiymətləndirirəm.Bu olduqca məsuliyyətli və fədakar bir addımdır.Ümidvaram, şagirdlərimiz və həmkarlarımız əziyyətlərinizi layiqincə dəyərləndirəcək!
Azərbaycanın relyefi