Pediatr allerqoloq Vefa Necefova

Pediatr allerqoloq Vefa Necefova

Share

Azərbaycan Tibb Universitetinin pediatriya fakultesinin məzunu, Türk cümhuriyyəti Marmara Universiteti Cocuk Allerji İmmunoloji bölümündə ixtisaslaşmışdır

Photos 31/10/2018

Uşaqlarda qida allergiyasi və bronxial astma
Uşaqlarda bronxial astma və ya xışıltı tək başına qida allergiyasında sıx görulən bir əlamət deyil.Amma qida allergiyasının bronx hiperreaktivliyini artırdığı göstərilmişdi.Aparılmış bir tədqiqatda bronxial astması olan uşaqlarda qidaya bağlı tənəffüs sistemi tərəfindən reaksiyanın
6-8.5% olduğu məlum olmuşdur.

Photos 30/10/2018

Qidalara qarsıi allergik reaksyası olan ushaqlarda ilk başlayan əlamətlər
hansılardı?
Xüsusən kicik yaşlı uşaqlarda inək südü, yumurta ,soya, balıq, buğda allergiyalari daha çox rast gəlinir.Qida allergiyası olan uşaqlarda qarın ağrısı, dəridə səpkilər,qaşıntı, xışıltı,boğulma əlaməti ola bilər.Bu əlamətlər baş verərsə xüsusi tədbirlər görülməlidi.

Photos 26/10/2018

Allergik ushaqlarda qidalanma problemleri.
Əksər hallarda qida allergiyasi ilk 2 yashinda ortaya çıxır.Xususən, çoxlu qida allergiyaıi olan uşaqların fiziki inkişafı saglam uşaqlara nisbətən geri qalır.
Allergiyanın erken bashlaması ve gec diaqnoz qoyulması , diete riayət edilməməsi, qidadan imtina, gereksiz uzun muddetli dieta uşaqlara qida əskikliyinə, bu da uşaqların fiziki inkişafının ləngiməsinə səbəb olur.Uşaqlarda vitamin ve mineral ehtiyacinin vacibliyi ön planda tutulmalidir.Məsələn ,sud və sud məhsullarinin əsas kalsium qaynagi olduqunu nəzərə alaraq sud allergiya olan ushaqda əlavə olaraq kalsium dəstəyi olmalıdı.

16/02/2018

Xışıltılı uşaq
Uşaqlarda tənəffüs yollarının dar olması və tam formalaşmaması səbəbindən uşaqlıq dövründə xışıltı böyüklərə nisbətən daha sıx görülən simptomdur.
Xışıltı uşaqlarda bəzən nəfəsvermə zamanı “pişik mırıltısı” kimi kənardan eşidilir.
Təkrarlanan xışıltının səbəbi sadə bir tənəffüs yolu infeksiyasından ağır xroniki tənəffüs sisteminin xəstəliklərinə qədər ola bilər.
Aparılan çalışmalar 2 yaşa qədər sıx-sıx xışıltı atakları keçirən uşaqlarda irəli yaşlarda bronxial astma xəstəliyinə səbəb olduğu öyrənilmişdir.
Təkrarlayan xışıltısı olan uşaqlarda bronxial astma riskini artıran faktorlar: Dəyişməyən faktorlar:​ 1.Genetik​
2.Ailədə bronxial astma olması​
3.Atopik dermatit​
4.Allergik rinit​
5.Aero allergenə həssaslıq​
6.Qida allergiyası​
Dəyişəbiləcəyimiz ətraf mühit faktorları :
1.Siqaret tüstüsü
2.Hava çirklənməsi
3.Həyatın erkən dövründə sıx-sıx tənəffüs yolu infeksiyaları
4.Ananın hamiləlikdə stressə məruz qalması
5.Sıx-sıx parasitamol istifadəsi
6.Uşaqların artıq çəkili olması
Astma riskini azaldan faktor :
Ana südü ilə bəslənmə

16/02/2018

Allergik konyunktivit
Allergik xəstəliklər son illərdə bəlli bir artış göstərir.Başlıca səbəbi hava çirkliliyi, iqlim dəyişikliyi , sənayenin inkişafı və s. düşünülür . Allergik konyunktivit də, bu sıradan olan xəstəliklərdəndir . Allergik konyunktivit gözün konyunktiva qişasının iltihabıdı.
Allergik konyunktivit müxrəlif allergenlər səbəbindən yaranır.Uşaqlarda ən çox rast gəldiyi dövr yeniyetmə dövrüdür. Allergik konyunktivitin simptomları il boyu və mövsümi xarakter daşıyır.
Mövsümi xarakterli allergik konyunktivit yaz aylarında ağacların çiçəklədiyi dövürdə daha da alovlanır.
İl boyu olan allergik konyunktivit isə ev ortamında kif göbələklərindən , ev tozundan , kimyəvi təmizləyicilərdən daha çox alovlanır. Allergik konyunktivitin yaranmasına quru göz sindromu da yol açır.
Çünki allergenlərin və qıcıqlandırıcl faktorların gözdən uzaqlaşması üçün güclü bir göz yaşı təbəqəsinə ehtiyac var.Əsas simptomları qaşıntı, gözdən yaş axma , yanma , batma,fotofobiya əlamətləridir.
Yaşam tərzinin dəyişilməsi ilə bagli bəzi tədbirlərin simptomları azaltıgı bildirilmişdi.
1.Polen (çiçəklənmə) dövründə uzun müddət təbiətdə qalmama
2.Həssas insanların heyvan bəsləmədən çəkinməsi
3.Hipoallergik yataqdan istifadə
4.Yuxudan öncə gözlərin təmiz su ilə yuyulması
5.Günəş eynəklərindən istifadə etməklə hava yolu ilə yayılan allergenlərdən qorunma
6.Soyuq kompresslərlə göz qaşıntısının azaldılması
7.Göz təmizləyiciləri ilə(həkim təyinatı ilə) allergenlırin gözdən uzaqlaşdırılması

16/02/2018

Inək südü allergiyası nədir?
Inək südü allergiyası – normalda xəstəliklərə qarşı qoruyucu funksiyası olan immun
sisteminin inək südü proteinlərindən birinə və bir neçəsinə qarşı həddən artıq həssaslıq
və bu həssaslığa qarşı simptomlarin olmasıdır.
İnək südü allergiyasına səb olan 20 ədəd protein tapilib.
İnək südü proteini yenidoğulan körpənin qəbul etdiyi ilk yad proteindi.Bu səbəblə də ilk görülən
allerji tipi inək südü allerjisidi.Uçaq böyüdükcə yaşadığı allerji tipləri də dəyişir.
Körpələrdə və kiçik yaşlı uşaqlarda daha çox qida allergiyası dəridə bölgəsəl olaraq qızarıqlıq,
qaşıntı ,qabıqlanma,pullanma,dəri quruluğu ilə seyredən bir dəri xəstəliyi atopik dermatit görülür.
İnək südü allerjisi olan uşaqların diyeti düzənlənərkən protein,kalsium balansının tənzimlənməsinə mütləq diqqət edilməlidir.

16/10/2017

Bronxial astma
Astması olan uşaqlara idmanın qadağan olunması və məktəb idmanınından kənarlaşdırlması kimi olan yanlışlıqlara tez-tez rast gəlinir. Edilən aerobika astmalı xəstələrdə ağciyər və ürəyin sağlıq durumunu və həyat keyfiyyətini artırdığı göstərilmişdir.
Əgər gimnastika zamanı astmanın gərginliklə əlaqədar simptomları artırsa xəstəliyin davamlı və kontrol altında olmadığını bildirir.
Yəni idman astmanın kontrol altında olub olmadığını göstərən bir parametrdir.

04/10/2017

Reflüks və allergik xəstəliklər.

Qastroezofagial ( mədə möhtəviyyatının qida borusuna atılması) reflüks fizioloji bir haldır.Uşaqların 70%-dən çoxunda gün ərzində tez-tez gəyirmə, az miqdarda çürüntülü qida qusuntusu kimi özünü göstərir. 1 yaşdan sonra simptomlar itir. Qastroezofagial reflüks sıxıntı yaradan simptomlara yol açdığı zaman qastroezofagial reflüks xəstəliyi diaqnozu istifadə ediilir. Bunun da uşaqlarda yaş qrupuna görə simptomları dəyişir: uşaqlarda davamlı qusma ,qidalanmada çətinliklər ,tənəffüsün bir anlıq dayanması ,kilo almama şəklində görülürkən daha böyük uşaqlarda və yeniyetmələrdə döş qəfəsi arxasında yanma hissi , ağrılı gəyirmə,ürək bulanma , dilin üzərində ağ rəngdə ərp, öskürək, xışıltı kimi simptomlar olur.
ABŞ-da aparılmış araşdırmalarda 2-18 yaş arası Qastroezofagial reflüks xəstəliyi olan uşaqların 13.2 %-də bronxial astma, 57%-də digər tənəffüs simptomları olduğu aşkar olunmuşdur.
ABŞ-da aparılmış daha bir çalışma reflüksün xronik öskürək səbəbi ola biləcəyini dəstəklənmişdir.
Bu problemləri aşkar etmək və diaqnozu dəqiqləşdirmək üçün peşəkar həkimə müraciət etməyi məsləhət görürük.

Photos 30/05/2017

Xroniki Öskürək
Uşaqlarda xronik öskürək sıx qarşılanan bir problem olub, ən cox həkimə müraciət və dərman qəbulu səbəblərindən biridir. Öskürək normal tənəffüs fiziologiyasının bir hissəsi olub , tənəffüs yollarını epitel artıqlarından , yad cisimlərdən qoruyan önəmli bir qorunma mexanizmidir.
Uşaqlarda öskürək davam etmə müddəti ,yaranma səbəbi , xarakterinə görə sinifləndirilməlidir.ACCP (Amerika College of Chest physicians) tərəfindən 4 həftədən uzun sürən öskürək xronik öskürək , BTS (British Thoracic Societes )tərəfindən isə 8 həftədən uzun sürən öskürək xronik öskürək olaraq tanınır.
Xronik öskürəkdə sorulması vacib olan nöqtələr aşagıdakılardır:
Öskürəyin başlanğıc yaşı :Yaş nə qədər kiçikdirsə anadangəlmə tənəffüs yollarının tam formalaşmaması ethimalı ,aspirasiona (tənəffüs yollarının tıxanıqlığı ) meyillilik yaradan faktorlar araşdırılmalıdır.
Öskürəyin xarakteri: Böyüklərdən fərqli olaraq uşaqlarda bəzi xarakterik öskürəklər həkimlərə diaqnoz qoymağa kömək edir.Öskürəyin gecə və ya gündüz olması, yuxu və ya yeməklə əlaqədar olması , qıcıqlandırıcıların məlum olması diaqnoz qoymaqda yardımcıdır.
Məs: bronxial astma üçün tipik olan öskürəklərdə allergenlər ,siqaret tüstüsü , virus infeksiyaları kimi faktorlar əsas rol oynayır.
Yeməkdən sonra ilk saatlarda başlayan və yatarkən artan öskürək qastroezofageal ( mədə qida borusu ) reflüksüna bağlı ola bilər.
Bu və ya digər səbəbli xronik öskürəkdən əziyyət çəkən uşaqların ixtisaslaşmış doktorlar tərəfindən düzgün dəyərləndirilməsi vacib şərtdir.

Photos 16/12/2016
Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Narimanov Rayonu M. Məmmədzadə Küç. 8А
Baku
AZ1003

Opening Hours

Monday 10:00 - 15:00
Tuesday 10:00 - 15:00
Wednesday 10:00 - 15:00
Thursday 10:00 - 15:00
Friday 10:00 - 15:00