ADNSU Karyera Mərkəzi

ADNSU Karyera Mərkəzi

Share

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Karyera Mərkəzi

07/11/2025

🚀Noyabrın 28-də Azərbaycan-Fransız Universitetində (UFAZ) ADNSU və UFAZ-ın yuxarı kurs tələbələri və məzunları üçün Karyera Sərgisi təşkil ediləcək. Tədbir regional və beynəlxalq şirkətləri gənc istedadlarla bir araya gətirəcək.

Karyera Sərgisi iştirakçılara aşağıdakı imkanları təqdim edir:
• Tələbə və məzunların işəgötürənlərlə birbaşa əlaqə qurması;
• İşəqəbul, təcrübə proqramları və karyera imkanları barəsində məlumat verilməsi;
• Şirkətlərin potensial işçi və ya təcrübəçi namizədlərini tanıması;
• Tələbələrin əmək bazarında hansı bilik və bacarıqların tələb edildiyini daha yaxşı anlaması;
• Gənclərin karyera planlaşdırması və peşə yönümlülüyünün dəstəklənməsi.

Tarix: 28 noyabr
Saat: 15:00-18:00
Məkan: UFAZ, 4-cü mərtəbə

Bu mühüm tədbir gənclərin karyera planlamasına dəstək göstərmək və universitet–iş dünyası əlaqələrini daha da gücləndirmək məqsədi daşıyır.

✨İmkanları kəşf et, gələcəyini formalaşdır!

🔗 Qeydiyyat linki : https://lnkd.in/eTNnHvft

16/09/2025

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) magistratura tələbələri üçün SOCAR Baş ofisində Səriştəliliklərin qiymətləndirilməsi və İR əməliyyatlarının koordinasiyası şöbəsində ödənişsiz təcrübə proqramında iştirak imkanı yaradılmışdır.

📌 Proqram haqqında:
•Təcrübə müddəti: 2 ay
•Qarşılıqlı razılaşma əsasında təcrübə müddətinin uzadılması mümkündür.

Tələblər:
✅Biznesin idarə edilməsi (MBA), İqtisadiyyat, Menecment ixtisasları üzrə magistratura tələbəsi olmaq;
✅ÜOMG 70+ (ixtisas fənlərində “kafi” qiymət olmamalıdır)
✅Öyrənməyə həvəsli olmaq və praktiki bilik və bacarıqlarını artırmaqda maraqlı olmaq;
✅Sahə üzrə təməl biliklərə sahib olmaq (üstünlükdür).

📌 Müraciət üçün tələb olunan sənədlər:

CV və Qiymət cədvəli daxil olmaqla (elektron formada kifayətdir) [email protected] ünvanına göndərin

☑️Qiymət cədvəli təqdim olunmayan müraciətlər qəbul edilməyəcək.

🗓️Son müraciət tarixi: 18.09.2025

̇mkanları ̈bəproqramı

10/09/2025

🌱“GeoProbe” MMC şirkətində ADNSU məzunları üçün karyera fürsəti

Şirkət iri miqyaslı mühəndislik və infrastruktur layihələrində çalışacaq məsuliyyətli, analitik düşüncəyə malik və səyyar iş rejiminə uyğunlaşa biləcək Geofizik axtarır.

🔹 Tələblər:
✅Geofizika və ya əlaqəli sahə üzrə ali təhsil (Bakalavr/Magistr)
✅Geofiziki tədqiqatlar üzrə təcrübə (yeni məzunlar da müraciət edə bilər)
✅Seysmik, elektrik, maqnit və digər metodlar üzrə biliklər
✅Komandada işləmək və operativ qərarvermə bacarığı
✅Ezamiyyət rejimində işləmək imkanı
✅İngilis və ya rus dillərindən birində peşəkar səviyyədə bilik

🔹 Öhdəliklər:
•Geofiziki tədqiqat və nəticələrin təhlili
•Sahə ölçmələri və məlumatların interpretasiyası
•Hesabatların hazırlanması və komandalarla koordinasiya

💼 Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq
📑 Rəsmi əmək müqaviləsi təqdim olunur

📩 Müraciət:
CV-lərinizi “Geofizik” mövzusu ilə
👉 [email protected] ünvanına göndərin

📌Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Photos from ADNSU Karyera Mərkəzi's post 09/09/2025

ADNSU Məzunlarını yaxından tanıyaq!🚀

Məzunlarımız müxtəlif sahələrdə uğur qazanaraq bilik və bacarıqlarını real dünyada tətbiq edirlər. Onlar arasında sənaye mühəndisləri, innovativ tədqiqatçılar və strateji rəhbərlər yer alır.

Bu gün biz ADNSU-da əldə edilən biliklərin karyera yolunda necə önəmli rol oynadığını vurğulamaq istəyirik. Hər bir məzunumuz tələbələrə ilham verməyə davam edir! 💡

💬 Siz də ADNSU Məzunu olaraq öz təcrübələrinizi bölüşə və tələbələrə bu yolda dəstək ola bilərsiniz!

09/09/2025

Huawei İKT Müsabiqəsi 2025–2026

ASOIU tələbələri üçün beynəlxalq texnologiya yarışı!

📣 İştirak et, bacarıqlarını göstər, beynəlxalq səviyyədə tanın!

Mərhələlər:
✔️İlkin və milli seçimlər (fərdi)
✔️👥 Komandalar (regional mərhələ): 3 tələbə + 1 müəllim (eyni universitetdən)
✔️Beynəlxalq final mərhələsi

🧑‍🎓 Kimlər iştirak edə bilər?
1.ASOIU-nun bakalavr, magistr və doktorantura tələbələri
2.Yalnız bir istiqamət seçilə bilər: Təcrübə və ya Yenilik

İştirakçılar üçün üstünlüklər:
✅ Süni intellekt, bulud texnologiyaları və şəbəkələr üzrə praktiki biliklər
✅ Huawei tərəfindən ödənişsiz tədris materialları və imtahan imkanı
✅ Beynəlxalq texnologiya sertifikatları qazanmaq şansı
✅ Universiteti beynəlxalq miqyasda təmsil etmək imkanı

📅 Qeydiyyat açıqdır!
🌐 Qeydiyyat üçün keçid
https://e.huawei.com/en/talent/news/ #/details?consultationId=1315

📩 Əlaqə:
Elviz İsmayılov – [email protected]

20/08/2025

Əziz tələbə və məzunlar,

Almaniyanın Karlsrue Texnologiya Universitetinin tədqiqatçı-professoru, fizika-riyaziyyat elmləri doktoru Əli İsmayılzadə (Alik Ismail-Zadeh) tərəfindən “Oil and Gas Bearing Sedimentary Basins Over Mantle Upwelling” mövzusunda mühazirə keçiriləcəkdir.

🗓️26 avqust, saat 11:30
📍Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, 117-ci otaq

🔎 Mühazirənin məzmunu:
1️⃣ Yer qabığının dərin prosesləri və onların səthə təsiri
2️⃣ Qədim mantiya qalxması və Perm Anomaliyası
3️⃣ Çöküntü hövzələrinin formalaşması və inkişafı
4️⃣ İstilik axını və neft-qazın yetişməsi
5️⃣ Şərqi Avropa Platforması nümunəsi
6️⃣ Nəticə və elmi əhəmiyyət: dərin geodinamik proseslərin hidrokarbonlara təsiri

✨🌏Bu mühazirə , geodinamika və enerji resursları sahəsində qlobal miqyaslı elmi yanaşmalarla tanış olmaq və yeni biliklər qazanmaq üçün unikal imkandır.

🔗 Qeydiyyat linki: https://forms.gle/QMHmkqv6H7EiTdHM7

📌Mühazirə ingilis dilində aparılacaqdır.

14/08/2025

Əziz ADNSU məzunları,

Azərbaycan Dəmir Yolları QSC-nin Marketinq və Tarif Siyasəti Departamenti komandasında Tarif Siyasəti üzrə Mütəxəssis vakansiyası üçün müraciətlər açıqdır!

İşin Təsviri:
📌 Tarifin və stansiya xidmətlərinin müəyyən edilməsində iştirak etmək
📌 MDB ölkələrinin Dəmir Yolları üzrə Beynəlxalq daşımalar üzrə Tarif Siyasətinin razılaşdırılması və tətbiq edilməsi üzrə işləri hazırlamaq
📌 Daxili yükdaşımalar üzrə Tarif Siyasətinin müəyyən edilməsində iştirak etmək
📌 Tarif və yığım cədvəllərinin yenilənməsi, əlavə və dəyişikliklərin aparılması
📌 Tranzit, idxal-ixrac yüklərinin hərəkətini və marşrutlarını təhlil etmək
📌 Stansiya xidməti üzrə işlərin icrası və tapşırıqların yerinə yetirilməsi
📌 Layihələrdə texniki və tarif aspektlərinin icrası üzrə dəstək vermək

Son müraciət tarixi: 20 avqust 2025

📩 Müraciət üçün: [email protected]

14/08/2025

Əziz məzunlar!

Texniki servis sahəsində karyera qurmaq istəyirsinizsə, sizin üçün maraqlı fürsət var!
🔹 Sahə: Tibbi və laborator avadanlıqların texniki xidməti
🔹 İş qrafiki: 5 günlük
🔹 Sənədləşmə: AR Əmək Məcəlləsinə uyğun
🔹 Əmək haqqı: Razılaşma əsasında
Əsas vəzifələr:
✔ Avadanlıqların quraşdırılması və texniki xidmət proseslərinə nəzarət
✔ Servis işlərinin keyfiyyətini təmin etmək
✔ Texniki xidmət strategiyasını hazırlamaq və icrasını idarə etmək
✔ Müştəri məmnuniyyətini artırmaq və servisin gəlirliliyini yüksəltmək
📩 Müraciət üçün: [email protected]

Photos from ADNSU Karyera Mərkəzi's post 14/08/2025

ADNSU Məzunlarla İş və Karyera Mərkəzi və Bayraktar Teknoloji Azərbaycan ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən 2025 Yay Təcrübə Proqramına seçim prosesi uğurla başa çatdı!

Proqrama ümumilikdə 108 ADNSU tələbə və məzunu müraciət edib.Onlardan 6 nəfər seçim mərhələsini uğurla keçərək Bayraktar komandasında təcrübə imkanını qazandı!

Bu uğur, tələbə və məzunlarımızın sənaye ilə inteqrasiyasını sürətləndirmək və real iş mühitində təcrübə qazanmalarına dəstək olmaq məqsədi daşıyan əməkdaşlığımızın bariz göstəricisidir.

Photos from ADNSU Karyera Mərkəzi's post 24/07/2025

V “Yüksəliş” müsabiqəsinin qalibləri açıqlandı!
Azərbaycanın ən nüfuzlu müsabiqəsinin 20 qalibi arasında 7 nəfər məzunu yer alıb!
Bu, ümumi qaliblərin 35%-ni təşkil edir və universitetimizin yüksək potensialını bir daha sübut edir!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsi ölkəmizin perspektivli liderlərini üzə çıxaran ən mühüm platformalardan biridir.

Biz də ailəsi olaraq uğur qazanan məzunlarımızı səmimi qəlbdən təbrik edirik! Onlarla qürur duyuruq və gələcək fəaliyyətlərində daha böyük zirvələr arzulayırıq.

🔗 Ətraflı: yukselish.az

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Address


16/21 Azadliq Avenue
Baku