17/01/2023
Prezident İlham Əliyevin yerli televiziya kanallarına 10 yanvar 2023-cü il tarixində verdiyi müsahibə ilə əlaqədar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına 10 yanvar 2023-cü il tarixində müsahibə verib. Müsahibəsində prezident bildirib ki, hazırda biz Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin genişləndirilməsi ilə ciddi məşğuluq.Keçən il göstəriş verilib və büdcədən 100 milyondan çox vəsait ayrılacaq. Biz bu dəmir yolunun ötürmə qabiliyyətini indiki 1milyon tondan 5milyon tonadək çatdıracağıq. “Orta Asiyadan gedən yüklər üçündə yeni yollar olmalıdır.Xəzər üzərindən keçən yollarda vaxt baxımından çox cəlbedicidir.
Daha sonra çıxışında “Zəngəzur dəhlizi “ terminini geosiyasi leksikona daxil etdiyini bildirir. Cənab Prezident İlham Əliyev 10noyabr 2020-ci il 3tərəfli bəyanatında da “Zəngəzur dəhlizi “ layihəsində göstərildiyi kimi Azərbaycanın Qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalı və Ermənistan bunu təmin etməlidir.
“ Qərbi Azərbaycanlılar da öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu onların hhüququdur ”söyləyən Cənab Prezident daha sonra çıxışında bütün beynəlxalq konvensiyaların bu hüququ tanıdığını bildirib.Eyni zamanda Azərbaycan dövlətinin üzərinə bu hüququ təmin etmək düşür və biz çalışacağıq ki, buna sülh yolu ilə nail olaq.
Dövlət başçısı çıxışında onu da vurğulayıb ki, deportasiya olunmuş azərbaycanlıların Qərbi Azərbaycana qayıtması ermənilərə problem yaratmayacaq, çünki onların ora qayıtması ermənilərin ordan çıxarılması demək deyil. Necə ki, vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı buradada görməliyik.
Çıxışında media nümayəndələrinində burada böyük fəaliyyətinə ehtiyac duyulduğunu söylənən Prezident İlham Əliyev sonda heç vaxt reallaşması mümkün olmayan təşəbbüslə çıxış etmədiklərini, eyni zamanda bu sahədə proqram üzərində artıq iş gedildiyini bildirib.Sonda buna nail olacağımızı və tarixi ədaləti bərpa edəcəyimizi əminliklə bildirib.
Aynur İsmayılova , partiya fəalı