Senzurasiz TARİX

Senzurasiz TARİX

Share

KEÇMİŞİNİ TANIMAYAN GƏLƏCƏYİNİ QURA BİLMƏZ

27/09/2022

ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!

10/04/2022

Qay Yuli Sezar
Tarix məhşur Roma imperatoru Yuli Sezarı hökmdar, fateh kimi təqdim etsə də çoxları onun ilin günlərinin reformatoru kimi tanımır. Sezar 1 ili günəşin dövr etməsinə görə 365 günə bölmüş. 4 ildən bir isə 1 gün əlavə edilməsini təqdim edərək Yulian təqvimini yaradır. Tarixdə ilk siyahıya alma keçirərək çörək paylanılan adamların sayını 320 mindən 150 minə qədər endirmişdir.
Sezar qanunlara riayət etməyi ciddiləşdirərək rüşvət və cinayət qarşısında cəzaları ciddiləşdirir. Daha çox dəbdəbədən uzaq olmaq üçün tədbirlər görürdü.
Görülən tədbirlərdən cana yığılmış senat üzvləri iclas zamanı alqışlar altında Sezara 23 bıçaq və qılınc zərbəsi ilə qətlə yetirir. Özünü müdafiə etmək istəyən Sezar üzərinə Mark Brutun da gəldiyini görərək son söz olaraq - Sən də mi oğlum? deyə bilir. Sonra isə senat üzvləri xalq arasına çıxaraq onun azad olduğunu nümayiş etdirir və qanlı qılınclarını nümayiş etdirirlər.
Tarix heç nə yaddan çıxarmır. Yuli Sezarın vəsiyyəti oxuduqda məlum oldu ki, o öz bağlarını xalqa, hətta onu qətlə yetirən senat üzvlərinə torpaq sahələri və növbəti hökmdar Oktavian Avqustu övladlığa götürdüyü qeyd olunur. Bu məlumatdan hiddətlənən xalq qatıllərin evlərinə gedərək hamısını deməsək də tapdıqlarını qılıncdan keçirir. Tuta bilmədikləri qatillər isə 3 ildən artıq yaşamadılar. Onlar döyüşdə və ya gəmi batması zamanı həyatları ilə vidalaşırlar. Mark Brut isə Mark Antoni ilə döyüşü uduzduğu üçün öz qılıncı ilə özünü qətlə yetirir.

20/11/2021

MAGEDONİYALI İSGƏNDƏRİN ATASI
Tarix Magedoniyalı İsgəndərin atasının Magedoniya hökmdarı 2-ci Filip olaraq dərsliklərə yazır. Lakin belə rəvayət də var ki, 2-ci Filipin yoldaşı uzun müddət hamilə qala bilmirdi. Filip səfərdə olan müddətdə saraya bir misirli nökər gəlir. Həqiqətdə həmin nökər Misirdən qaçmış Firon hökmdarı idi. O, Olimpiadaya (Filipin yoldaşı) müəyyən ayinlər vasitəsilə hamilə qala biləcəyini bildirir. Qadın razılaşır. Hər axşam nökər Amon tanrısı formasında geyinərək Olimpiadanın otağına gəlir. Səfərdə olan 2-ci Filippə baxıcı yoldaşının Misir tanrısından hamilə qaldığını deyir. Tələsik evə qayıdan hökmdarı qarşılayan Olimpiada hamilə olduğunu bildirir. Filip bilmir əsəbiləşsin yoxsa sevinsin. Yenə də bu xəbəri sükutla qarşılayır. Lakin əsəbi olduğu halda hər dəfə bu oğlanın onun olmadığını deyir. Yəni söz havada olaraq qalır. Olimpiadanın xəyanət etdiyini deyə bilmir.

18/05/2021

ARİ İRQ
Darvinin təkamül nəzəriyyəsinin əsirinə çevrilmiş Hi**er Almaniyası insanlıq tarixində ARİ irq olduqlarını və dünyaya hökm etmək hüququna malik olduqlarını təlqin edirdilər. Onların fikrincə ARİ irq insanı: uzun boylu, Sarı saçlı, mavi gözlü və xarakteri olmalıdır. Lakin nə Hi**er və nə də ətrafı bu kateqoriyaya uyğun gəlmirdi.

11/05/2021

SİNAXXERİB
Böyük Assuriya hökmdarı II Sarqonun oğlu Sinaxxerib hökmdarlıq pilləsindən imtina edərək 8 hərbi yürüş edir. Məqsəd Babil (Vavilon) ölkəsinin hərbi müttəfiqlərini səhnədən götürməkdir. Bundan sonra eramızdan əvvəl 689-cu ildə Babil şəhərinə hücul edərək onu zəbt edir. Ölkədən qızılları çıxardıqdan sonra şəhərin bütün inzibati və yaşayış binalarının uçurulmasına əmr verir. Bununla qane olmayaraq Əfrat çayının istiqamətini şəhərə yönəldərək oranı bataqlığa çevirir. Son olaraq da bütün Babil torpaqlarını yandırar.
Bu hadisədən yeddi il sonra isə öz iki oğlu tərəfindən saray çevrilişi vaxtı məbəddə öldürülür. Lakin onlar da ğlkədən qaçmaq məcburiyyətində qalırlar. Çünki Sinaxxeribin üçüncü oğlu onlardan qisasını alacaqdı.

03/05/2021

DÖVLƏTİN ŞƏRƏFİ
Çoxumuza səhnədir ki, ölkə başçısı Olimpiya oyunlarında dövlətin şərəf və ləyaqətini müdafiə edən idmançını təltif edir. Deməli dövlətin şərəf və ləyaqəti onun müasirliyində, mədəniyyətində, ac əhalisinin sayında və savadlı kadrlarında deyil, hər hansı bir fərdinin 400 m qaçmasındadır.
Aydın məsələdir ki, olimpiya komandasının yaradılması daha asandır nəinki müasir texnologiya. Daha asan olardı ki, komanda üzvliyinə Dəvəquşu seçilərdi. Çünki o daha möhkəm qaçır. Uzunluğa tullanmaqda isə Avstraliyanın bəxti gətirib. Kenqurular daha uzağa tullanır.
Misal üçün deyək ki, Braziliyanın hər hansı fiziki, şairi vəya filosofu haqqında tarixdə məlumat varmı? Bəs futbolçusu?

30/04/2021

ATİLLA
Atilla — türk-Hun dünyasının ən məşhur sərkərdələrindən biri. "Avropanın imperatoru" titulunu qazanmış Avropa Hun İmperiyası hökmdarı.
452-ci ildə Milana girən Atilla şəhərin divar rəsmlərində skif hökmdarlarının Roma imperatoruna baş əydiyi freskanı görərək bərk qəzəblənir. Rəssamı çağıraraq şəkli yenidən çəkməyi və Roma imperatorunun Skif hökmdarına baş əydiyi formada olmasını tapşırır. Vaxt gələr min illiklərdən sonra rəsmə baxan insanlar tarixin hansı axarda və Roma imperiyasının aşağı səviyyəli dövlət olduğunu düşünərlər.

29/04/2021

YERMAK TİMOFEYEVİÇ
Tarixi kazak atamanı, Rusiya Hökuməti üçün Sibir torpaqlarının fatehi. Bu qayda ilə Xristofor Kolumb və Ceyms K*k da ayaq basdıqları torpaqların fəthi ilə məşğul olublar. Lakin onların adı səyyah kimi anılır. Deməli Yermak onlara baxanda daha çox qan töküb.

09/10/2020

Allah hər şeyi görür

12/08/2020

COVİD-19
Dünyaya öz hökmünü oxuyan koronavirus müəyyən mənada təsdiq etdi ki, hər bir ölkəyə şablon deyil savadlı həkimlər və müəxəsislər lazımdır.

22/09/2019

ALADDİN
Nağıl qəhrəmanlarının həqiqətdə hansı adı daşıdığını bilirsinizmi. Qədim əlyazmalarda Dəclə və Fərat çayları yaxınlığında dağlarda bir qoca kişinin yaşadığı haqqında məlumat var. Ondan bütün ətraf ölkələrin hökmdarları qorxduğu üçün həmişə dost münasibət göstərməyə çalışırdılar. Qoca Aləddinin yaşadığı dağda Cənnət vadisi yaratmışdır. O, kimsəsiz 12-18 yaşlı uşaqları özünə yaxın götürərək Cənnətə gətirirdi. Burada onlara narkotik təsiri altında istənilən azadlığı və təminatı verirdi. Vaxtı gələndə isə həmin uşaqlardan istədiyi insanı öldürmək üçün təsirdən çıxarırdı. Göstərilən insanı öldürdüyü halda yenidən Cənnətə gələcəyini bildirirdi. Bu arzu ilə həmin yeniyetmə gənc istənilən tapşırığı yetirməyə hazır idi. Sonralar tarix Cənnət bağlarına Assassinlər diyarı adı verəcəkdir.

26/08/2019

TİTANİK
Titanik (ing. RMS Titanic) — "Uayt Star Layn" (ing. White Star Line) şirkətinə məxsus buxar gəmisi. Transatlantik səyahətlər üçün tikilmiş "Olimpik" tipinə aid olan üç əkiz-gəmidən biri. Suya buraxıldığı zaman dövrünün ən böyük sərnişin gəmisi. İlk səyahəti zamanı 14 aprel 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batmışdır. Göyərtəsindəki 1 316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilmiş, 1 514 nəfər həlak olmuşdur.
Gəminin hazırlanmasına sifarişin verildiyi tarix
---------------
17.09.1908
35.8.33.6
---------------
Gəminin suya buraxılma tarixi
---------------
31.05.1911
21.3.15.6
---------------
Gəminin istismara buraxılma tarixi
---------------
02.04.1912
19.10.15.6
---------------
Hesabat rəqəmlərindən göründüyü kimi Titanik gəmisini 6 rəqəmi səbəb olaraq müşayət edir. Bu rəqəm isə özündə çətinlik və maneə əks etdirir.
Gəminin batma tarixi

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Baku