08/01/2021
https://stemolympiad.online/
🧬 Beynəlxalq Onlayn Stem Olimpiadası Almaniya mərkəzli, onlayn keçiriləcək bir olimpiadadır. Bu olimpiadada V-XII siniflər arasında təhsil alan bütün şagirdlər iştirak edə bilərlər. İlk dəfə bu il imtahan sualları İngilis dili 🇬🇧 ilə yanaşı Azərbaycan 🇦🇿 və Rus 🇷🇺 dillərinə də tərcümə olunacaq . Şagirdlər ilkin qeydiyyat zamanı imtahanda sualların dilini əvvəlcədən seçə biləcəklər.
🧬 Olimpiada 3 mərhələdə keçiriləcək. İlk iki tur ölkə üzrə seçmələrdir.
1️⃣ Ölkə seçimləri I tur - 20 fevral 2021 (son qeydiyyat 22 yanvar)
2️⃣ Ölkə seçimləri II tur - 20 mart 2021 (son qeydiyyat 22 fevral)
3️⃣ FİNAL - 24 aprel 2021
🌐 Şagirdlər ilk iki turun birində vəya hər ikisində fərqli fənlər üzrə iştirak edə bilərlər. Ölkə seçmələrində iştirak etmək istəyən şagird hər tur üçün ayrılıqda 15€ ödəniş etməlidir. Bu 2 turda hər sinif və hər fənn üzrə ölkədə ilk 10 yerə çıxan şagirdlər FİNAL mərhələsində pulsuz iştirak etmək hüququ əldə edəcəklər.
🌐 İmtahanda siniflərə görə hər fənn üzrə soruşulacaq sualların mövzusu web səhifəsində aşağıdakı linkdə qeyd olunub. Şagirdlər imtahanda iştirak etmədən əvvəl bu məlumatları oxuyub sualların mövzusu haqqında tanış ola bilərlər:
⏩ https://stemolympiad.online/subjects.html
🌐 İmtahanda siniflər və fənlər üzrə soruşulacaq sualların nümunələri ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:
⏩ https://stemolympiad.online/sample-questions.html
🌐 Şagirdlər qeyd olunan mövzular arasında tanış olmadıqları vəya keçmədikləri mövzulara görə narahat olmasınlar, çünki ilk tur ölkə seçmələridir və burada bizim öz məktəblərimizdə təhsil alan şagirdlər yarışırlar. Bütün təhsil mərkəzlərində demək olar ki eyni proqram əsasında dərslər keçirilir. Final turunda mövzular daha yığcam olacaq və şagirdlər həmin mövzulara əvvəlcədən hazırlaşa biləcəklər.
🪙 Ölkə seçimlərində ilk 10 yerə çıxan şagirdlərə Ölkə Üzrə Nailiyyət (achievement) sertifikatları, yer tutmayan şagirdlərə isə Ölkə Seçmələrində İştirak (participation)sertifikatı veriləcək. Final Turunda ilk 3 yerə çıxan şagirdlərə medallar və Nailiyyət Sertifikatı, 3-10 arası yer tutal şagirdlərə Həvəsləndirici Yer Medalı və Nailiyyət Sertifikatı, ilk 10-a çıxmayan şagirdlərə isə Final Turunda İştirak sertifikatı təqdim olunacaq.
💶 Dərəcəyə girən şagirdlərə medal və sertifikatdan başqa pul mükafatı və digər qiymətli hədiyyələr təqdim olunacaq.