Azərbaycan Universiteti sizlərin mükəmməl ali təhsil almaq, şəxsiyyət kimi daha da təkmilləşmək, layiqli vətəndaş və peşəkar mütəxəssis olmaq arzunuzu ürəkdən dəstəkləyir və bu yolda sizə köməkçi və bələdçi olmaq istəyir. Azərbaycan Universiteti Dövlət Ali Ekspert Komissiyasının 3 mart 1993-cü il tarixli, Təhsil Nazirliyi Kollegiyasının 8 aprel 1993-cü il tarixli qərarları ilə dövlət qeydiyyatına
alınıb, 01 saylı Dövlət reyestrinə qəbul edilib və ona sertifikat verilib.
1991-ci ildən fəaliyyət göstərən Azərbaycan Universiteti 24 il ərzində ciddi inkişaf yolu keçmiş, peşəkar professor-müəllim heyəti formalaşdırmışdır. O, indi mükəmməl tədris proqramları əsasında şəffaf və tələbə-yönümlü təhsil mühiti təklif edir. Azərbaycan Universiteti gələcəyin universiteti olmaq əzmindədir və bu yolda ciddi strategiyalar üzərində işləyir. Beynəlxalq tərəfdaşlıq proqramları artıq öz bəhrəsini ver məyə başlayıb. ABŞ-ın Corciya Dövlət Universiteti ilə başladığımız Biznes İnzibatçılığı üzrə Bakalavr və Magistratura proqramları, Sosial iş ixtisası üzrə İsveçin Lund Universiteti ilə əməkdaşlıq uğur la davam edir. 2013/2014-cü tədris ilindən “Mövlanə Mübadilə Proqramı” çərçivəsində Türkiyə Respublikasının Hacettepe, Kocaeli, Ana dolu, Gazi, Selçuk, Gaziantep, Gazi Osman Paşa, İnönü və Mehmet Akif Ersoy və s. universitetləri ilə əməkdaşlıq müqavilələri imzalanıb. "Erasmus+" proqramı çərçivəsində Almaniya və Türkiyə universitetləri ilə tələbə mübadiləsinə dair müqavilələr imzalanıb. Tələbələrimiz üçün daha səmərəli imkanlar əldə et mək məq sədilə digər ixtisaslar üzrə də beynəlxalq əməkdaşlığı genişləndiririk. Azərbaycan Universitetində peşəkar kadrların hazırlanması istiqamətində həyata keçirilən strategiyanın bir parçası olaraq tətbiq edilən "Daxili Təqaüd və Təhsil haqqından Güzəştlər Proqramı”nın tətbiqi 2015/2016-cı tədris ilində də davam etdiriləcək. Proqrama əsasən universitetə yüksək balla qəbul olanlar aşağıda göstərilən təhsil haqqı güzəştlərindən faydalanmaqla yanaşı təqaüdlə də mükafatlandırılacaqlar.
420-489 bal: 25%
490-559 bal: 50%
560-629 bal: 75%
630-700 bal: 100%
Təqaüdlərin şərtləri isə aşağıdakı kimidir:
350-419 bal: ayda 50 AZN
420-489 bal: ayda 75 AZN
490-559 bal: ayda 100 AZN
560-629 bal: ayda 150 AZN+notebook
630-700 bal: ayda 200 AZN+notebook
Təqaüd və güzəştlər tədris prosesində universitetin təyin etdiyi minimum müvəffəqiyyət göstəricilərinə əsasən tənzimlənir. Universitetin öz büdcəsindən maliyyələşən proqramın məqsədi fərqlənməyi bacaran və uğur əldə edən tələbələrə dəstək olmaqdan ibarətdir. Azərbaycan Universitetinin “Daxili Təqaüd və Təhsil haqqından Güzəştlər Proqramı” həm çalışqan tələbənin əməyini dəyərləndirir, həm də az təminatlı ailələr üçün sosial dəstək mahiyyəti daşıyır. Azərbaycan Universiteti 2015/-2016-cı tədris ili üçün bakalavr pilləsinə aşağıdakı ixtisaslara tələbə qəbulu elan edir:
I Qrup
155114 Riyaziyyat
155122 Kompüter elmləri
II Qrup
155147 Dünya iqtisadiyyatı
155155 Mühasibat uçotu və audit
155163 Maliyyə
155171 İqtisadiyyat
155188 Menecment
155196 Marketinq
155211 Dövlət və bələdiyyə idarəetməsi
155228 Dünya iqtisadiyyatı (İngilisdilli proqram)
155236 Mühasibat uçotu və audit (İngilisdilli proqram)
155244 Maliyyə (İngilisdilli proqram)
155252 Menecment (İngilisdilli proqram)
155269 Marketinq (İngilisdilli proqram)
III Qrup
155277 Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
155285 Tərcümə (İngilis dili)
155293 Tarix
155317 Sosial iş
Universitet seçmək, həm də gələcəyinizi seçməkdir. Azərbaycan Universiteti
Gələcəyini bu gün seç!