IB ,SAT, IGCSE and YÖS -Mathematics İnstructor Emil Babayev

IB ,SAT, IGCSE and YÖS -Mathematics İnstructor Emil Babayev

Share

YÖS və SAT hazırlığı

Photos 07/02/2020
2019 cu ildə imtahan verən  bəzi şagirdlərimizin YÖS nəticəri 04/08/2019
20/07/2019

SAT (Scholastic Aptitude Test) imtahanı ilə şagirdlər Amerikada,Türkiyənin prestijli dövlət və özəl universitetlərində,həmçinin Azərbaycanda ADA və ADİU da bakalavr təhsili ala bilərlər.
SAT imtahanı SAT 1 və SAT 2 olmaqla iki hissəyə bölünür.
SAT 1 – Riyaziyyat və İngilis dilindən ibarətdir.İngilis dili özüdə Critical Reading (İngiliscə oxuma), Writing (Yazı qabiliyyəti) olmaqla 2 hissədən ibarətdir. Hər bir hissə isə 200-800 arası balla qiymətləndirilir.Amerika universitetlərinə qəbul olmaq üçün bu 3 bölmənin hər birindən imtahan verməlisiniz, lakin Türkiyə universitetlərinə qəbul olmaq üçün riyaziyyat və critical readingdən imtahan vermək kifayət edir.
SAT 2 vəya Subject Test . Bu bölmədə isə suallar seçmə fənnlərdən ibarətdir. İmtahanın əsas məqsədi tələbənin hər hansı bir mövzuda akademik biliyinin yoxlanması məqsədini daşıyır. Yenə SAT 1 – də olduğu kimi SAT 2 imtahanındada həmçinin suallar 200-800 bal arası dəyişir. SAT 2 – də fənnlər İngiliscə, Tarix, Biologiya, Kimya, Fizika, Fransız, Alman, İspan, İtalyan, Latın, Yapon, Çİn dillərindən ibarət sizə uyğun birini seçə bilərsiniz, təbiiki SAT 2 fənn seçməzdən əvvəl sənəd verəcəyiniz universitetin tələblərini nəzərə almalısınız. Və yadda saxlayın Amerikanın və Türkiyənin bir çox universitetlərinə sadəcə SAT 1 imtahanı verməklə qəbul ola bilərsiniz, lakin daha prestijli universitetlərə qəbul üçün SAT 2 vermək lazımdır.

20/07/2019

YÖS (yada uzun adıyla Yabancı Öğrenci Sınavı) - bu imtahan Türkiyə vətəndaşlığı olmayan, Türkiyədə yaşamayan xarici şagirdlər üçün Türkiyənin dövlət və özəl universitetlərinə qəbul imtahanıdır .YÖS imtahanı Türkiyədə yalnız bakalavr təhsili üçündür . Imtahanda 10-11 ci siniflər və məzunlar iştirak edə bilərlər.2011-ci ilə qədər bu imtahan OSYM tərəfindən keçirilirdi. Sonrakı illərdən başlayaraq YÖS imtahanlarını universitetlər özləri keçirir. Bu səbəbdən hər universitetin öz YÖS imtahan vaxtı, qəbul şərti və keçid balı var.YÖS imtahanını keçirən veya hansısa universitetin YÖS nəticəsini qəbul edən 70 dən çox dövlət və özəl universitetlər var.YÖS imtahanlarında əsasən 45 sual məntiqdən, 35 sual isə riyaziyyatdan olur.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


40 J. Jabbarli
Baku
AZ1065