21/05/2026
Ramil Nuralı oğlu Quliyev 1981-ci il yanvarın 28-də Kürdəmir rayonunun Qarasu kəndində anadan olub.
Baş gizir Ramil Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.
Ramil Quliyev Füzulinin azadlığı uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuş və sentyabrın 30-da Kürdəmir rayonunun Qarasu kəndində dəfn edilmişdir.
Göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 05 noyabr 2022-ci il tarixli sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ramil Quliyev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.