25/12/2020
Hazırkı dövrdə daha çox inkişaf etmək, daha çox qloballaşmaq biz gənclərin üzərinə düşür. Bunun üçün bacardığımız qədər öz üzərimizdə işləməli və qarşımıza çıxan fürsətlərdən faydalanmalıyıq. "Stipendium Hungaricum" dövlət təqaüd proqramı da gənclərə xaricdə təhsil üçün yaradılan fürsətlərdən biridir.
Macarıstanda təhsilə gedən yolda başdan sona qarşılaşa biləcəyiniz problemlər və atacağınız addımlar, təqaüd proqramları ilə bağlı bir vebinarla qarşınıza gəlirik.
Qonağımız "Stipendium Hungaricum təqaüdçüsü Günay Bayramova Macarıstanın Budapeşt şəhərində yerləşən Budapeşt Biznes Məktəbinin (Budapest Business School) magistr tələbəsidir. O, bu vebinarda qazandığı təcrübəni sizinlə bölüşməyə hazırdır.
Nələr öyrənəcəksiniz?
1. Macarıstanda təhsil almaq üçün tələb olunan göstəricilər
2. Təqaüd proqramları
3. Təqaüdlü təhsil almaq üçün tələblər
4. Müraciət prosesi
5. Macarıstanda perspektivli universitet və ixtisaslar
6. Yaşam xərcləri və s.
ÖDƏNİŞSİZ vebinar üçün tələsin!
Qeydiyyat linki: https://forms.gle/nhuTKAmucDzxe3qZ7