01/08/2026
Bu gün şagirdlərimiz Londonun mərkəzində, Imperial College-də əsl yay məktəbi təcrübəsi yaşayırlar.
Onlar seçdikləri sahələr üzrə dərslərdə iştirak edir, laboratoriya və praktiki layihələrdə çalışır, eyni zamanda dünyanın müxtəlif ölkələrindən olan şagirdlərlə birlikdə öyrənirlər.
Proqramların ən böyük üstünlüklərindən biri isə onların ixtisas yönümlü olmasıdır. Dərslər hər sahə üzrə fəaliyyət göstərən peşəkarlar tərəfindən keçirilir. Məsələn, Future CEO proqramında dərsləri şirkət rəhbərləri, tibb proqramlarında isə həkimlər tədris edirlər.
Bu proqram haqqında danışacaq çox şey var. Hələlik isə sadəcə onu deyə bilərik ki, hər şey əla başlayıb.
Ətraflı məlumat və ən maraqlı anlar çox yaxında səhifəmizdə olacaq.