20/03/2026
308 nömrəli tam orta ümumtəhsil məktəbinin rəhbəri Fatma Süleymanova və müəllim kollektivi tərəfindən Nur Uşaq Evinə ziyarət həyata keçirildi.
Ziyarət zamanı uşaqlarla səmimi görüşlər keçirildi, onlara müxtəlif hədiyyələr təqdim olundu və xoş anlar yaşadıldı. Məktəb kollektivi tərəfindən göstərilən diqqət və qayğı uşaqların sevincinə səbəb oldu.
Belə görüşlərin əsas məqsədi uşaqlara mənəvi dəstək olmaq, onların üzündə təbəssüm yaratmaq və cəmiyyətimizdə xeyirxahlıq, paylaşmaq kimi dəyərləri təşviq etməkdir.
Birlikdə daha güclüyük, birlikdə daha xoşbəxtik 💙
https://youtu.be/YFN1FX-W9Xo?si=ryDSPQ4YsfqwlZA6