10/09/2025
📢 Xarici dil müəllimliyi fakültəsinə qəbul olunan tələbələrin nəzərinə!
🔹 Bakı Slavyan Universitetinin (BSU) Xarici dil müəllimliyi fakültəsinə qəbul olunan tələbələr üçün “WhatsApp” qrupu artıq fəaliyyətə başlayıb.
⬇️Qrupa qoşulmaqla siz:
* Oxuduğunuz ixtisasla bağlı bütün yeniliklərdən xəbərdar olmaq,
* Suallarınıza tez və səmərəli şəkildə cavab almaq,
* Tələbə dostlarınızla daha yaxın əlaqə qurmaq imkanı əldə edəcəksiniz.
▶️Xarici dil müəllimliyi fakültəsinin QR kodunu skan edib qrupa qoşula bilərsiniz.
26/06/2025
📣 İyunun 25-də Bakı İdman Sarayında Bakı Slavyan Universitetinin (BSU) 2024/2025-ci il buraxılış ilinin tələbələri və magistrantları üçün Məzun Günü tədbiri keçirilib.
Tədbirdə BSU-nun rektoru Anar Nağıyev, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Araz Paşayev, Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankini, universitetin professor-müəllim heyəti, məzunların valideynləri, universitetin əməkdaşlıq etdiyi qurumların nümayəndələri və digər qonaqlar iştirak ediblər.
🇦🇿 Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
♦️ Açılış nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev tədbir iştirakçılarını salamlayaraq məzunları təbrik edib, onlara gələcək həyatlarında böyük nailiyyətlər arzulayıb, eyni zamanda məzunların müasir əmək bazarında layiqli yer tutacaqlarına, qazandıqları bilik və bacarıqları reallaşdırmaq üçün geniş imkanlar əldə edəcəklərinə əminliyini ifadə edib.
🔺 A. Nağıyev bildirib ki, ölkəmizdə ali təhsilin inkişafı istiqamətində Ulu Öndər Heydər Əliyev tərəfindən başlanmış islahatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni bir keyfiyyət mərhələsinə yüksəldilib. Hazırda Azərbaycan gənclərinin həm ölkə daxilində, həm də xaricdə nüfuzlu ali məktəblərdə təhsil almaları üçün geniş imkanlar yaradılıb. Rektor qeyd edib ki, dövlət başçısının sərəncamları ilə xaricdə təhsilə dair proqramlar uğurla həyata keçirilir, ali təhsil sistemi isə sürətli inkişaf mərhələsindədir. Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində mühüm islahatlar reallaşdırılır, ali təhsilə əlçatanlığın təmin olunması istiqamətində ciddi addımlar atılır, təhsildə inklüzivlik əsas prioritetlər sırasında tətbiq olunur.
02/06/2025
✅BSU-da 2024/2025-ci tədris ilinin yaz
semestrinin yay imtahan sessiyasina start verilib.
📝İmtahanda iştirak edən bütün tələbələrə uğurlar arzu edirik!
31/05/2025
✅ Universitetin tələbələrinin iştirakı ilə Üzeyir Hacıbəylinin dünyaca məşhur “Arşın Mal Alan” operettası ilk dəfə olaraq ingilis dilində səhnələşdirilərək tamaşaçılara təqdim edilib. Layihənin məqsədi milli musiqimizi beynəlxalq auditoriyalara tanıtmaq, gənclərin yaradıcılıq potensialını stimullaşdırmaq və klassik sənət nümunələrimizi müasir təqdimat formatında nümayiş etdirmək olub.
✅ Tədbirdə çıxış edən Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev layihənin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” imzaladığı sərəncama əsasən, universitetin tədbirlər planı çərçivəsində həyata keçirildiyini vurğulayıb.
✅ Rektor çıxış zamanı BSU səhnəsində ilk dəfə olaraq “Arşın mal alan” operettasının yüksək səviyyədə səhnələşdirildiyini qeyd edərək, tələbələrin bu sahədə də istedadlı olduqlarını bildirib. O, tələbələrin ingilis dilində sərbəst və düzgün tələffüzlə danışmalarını xüsusi vurğulayaraq, onların bu dili yüksək səviyyədə mənimsədiklərini diqqətə çatdırıb və bu uğura görə müəllimlərə təşəkkürünü ifadə edib.
✅ Sonda A. Nağıyev operettanın hazırlanmasında əməyi olan bütün müəllim və tələbələrə minnətdarlığını bildirib.
✅ Xarici dil fakültəsinin tələbələri də tədbirdə iştirak ediblər. Onlardan biri Asya obrazını canlandırıb, digəri isə BSU ansamblda rəqs edib.
31/05/2025
15–16 may tarixlərində Bakı Slavyan Universitetinin Karyera xidməti şöbəsi və “Knowledge Academy” təhsil müəssisəsinin birgə təşkilatçılığı ilə BSU-nun müxtəlif fakültələrində təhsil alan tələbələri üçün maarifləndirici infosessiya və xarici dil səviyyəsini müəyyən edən diaqnostik imtahan keçirilib.
Tədbirin ilk hissəsində “Knowledge Academy” təhsil müəssisəsinin PR və marketinq direktoru, BSU məzunu Səbinə Muradova tələbələrlə görüşüb. O, iştirakçılara xaricdə təhsil imkanları, beynəlxalq qəbul prosedurları, təqaüd proqramları, həmçinin IELTS, TOEFL və General English hazırlıq kursları haqqında ətraflı məlumat təqdim edib.
Tədbirin ikinci hissəsində isə tələbələrin ingilis dili bilikləri diaqnostik imtahan vasitəsilə qiymətləndirilib.
Nəticələrə əsasən, iştirakçıların əksəriyyəti B1–B2 səviyyəsində nəticə göstərib. Ən yüksək nəticə əldə edən tələbələr arasında keçirilən müsahibə əsasında 5 nəfər seçilərək “Knowledge Academy” tərəfindən təqdim olunan 3 aylıq ödənişsiz hazırlıq proqramına (IELTS və General English üzrə) qəbul olunub!
Qeyd edək ki, Balı Slavyan Universitetinin Xarici dil müəllimliyi fakültəsinin üç tələbəsi(Təbrizi Təbriz, Manafova Şövkət, Heydərova Nilufər) imtahandan uğurla keçmişdilər.
29/05/2025
BSU-da 28 May-Müstəqillik Gününə həsr olunan tədbir təşkil edilib.
Bakı Slavyan Universitetində(BSU) Xarici dil müəllimliyi fakültəsinin təşkilatçılığı ilə 28 May-Müstəqillik Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Xarici dil müəllimliyi fakültəsinin tələbələri Azərbaycan, ingilis, fransız, alman və rus dillərində Azərbaycan Xalq Cümhuriyyətinin(AXC) yaranması, AXC liderlərinin həyat və ictimai-siyasi fəaliyyəti, AXC-nin müxtəlif sahələrdə həyata keçirdiyi tədbirlər,islahatlar, daxili və xarici siyasəti barədə təqdimatla çıxış ediblər. Eyni zamanda tələbələrin çıxışlarında Ulu Öndər Heydər Əliyevin və dövlət başçımız, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin gücləndirilməsi,beynəlxalq aləmdə tanınması və ərazi bütövlüyümüzün,suverenliyimizin tam təmin edilməsi sahəsində göstərdikləri misilsiz xidmətlər öz əksini tapıb.
Tədbirdə tələbərin təqdim etdikləri bədii-musiqili proqram maraqla qarşılanıb.
Tədbirin sonunda Xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent Günel Allahverdiyeva tələbələrə minnətdarlığını bildirib və onlara həmişə dövlət müstəqilliyimizi qorumağı,gələcək nəsillərə ötürməyi tövsiyə edib.
28/05/2025
📌 Mayın 27-də Bakı Slavyan Universitetində (BSU) tələbə və məzunların əmək bazarına inteqrasiyasının dəstəklənməsi məqsədilə II Karyera Yarmarkası təşkil olunub. Tədbirdə BSU-nun rektoru Anar Nağıyev, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) sədr müavini Ramal Quluzadə və işəgötürən müəssisələrin nümayəndələri iştirak ediblər.
✅ Tədbirin açılış mərasimində çıxış edən BSU-nun rektoru Anar Nağıyev yarmarkanın əhəmiyyətinə toxunaraq BSU-da ikinci dəfə təşkil edilən karyera yarmarkasında Azərbaycanın iqtisadiyyatında öz sözünü demiş şirkətlərin və müəssisələrin iştirakından məmnunluq duyduğunu bildirib. A. Nağıyev qeyd edib ki, bu təşəbbüslər tələbələrin karyera inkişafına ciddi töhfə verir. Rektor vurğulayıb ki, DMA-nın dəstəyi ilə keçirilən əmək yarmarkası təkcə tələbələrin və məzunların işlə təmin edilməsi məqsədi daşımır, eyni zamanda ali təhsil müəssisəsi olaraq məzunların karyera planlaması ilə bağlı gələcəyə baxışını müəyyən edir. Çıxışının sonunda A. Nağıyev tələbələri karyera sərgisində fəal iştirak etməyə çağırıb və onlara uğurlar arzulayıb.
✅ DMA-nın İdarə Heyəti sədrinin müavini Ramal Quluzadə çıxış edərək bildirib ki, DMA müxtəlif universitetlərdə tələbələrin iştirakı ilə əmək yarmarkaları təşkil etməklə, gənclərin məşğulluq imkanlarının təmin edilməsi istiqamətində mühüm addımlar atır. R. Quluzadə qeyd edib ki, DMA tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi” platformasında BSU-nun məzunları çox yaxşı göstəricilərə malikdir.
✅ Çıxışlardan sonra tədbir iştirakçıları stendlərə baxış keçiriblər.
✅ Yarmarka çərçivəsində tələbələr şirkət nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, vakansiyalarla tanış olmaq və işə qəbul barədə məlumat almaq imkanı əldə ediblər.
Qeyd edək ki, Xarici dil fakültəsinin 4-cü kurs tələbələridə II Karyera Yarmakasında iştirak ediblər.
27/05/2025
On May 23, Mr. Francesco Banchini, CEO & Director of the European Azerbaijan School and Chairman of CCAAIBWS, delivered a session titled “IB Standards and Leadership Styles” for students of Baku Slavic University. The session explored how effective leadership supports the implementation of IB standards through collaboration, reflection, and a shared vision. Participants discussed inclusive education, empowerment, and leading change in dynamic learning environments.
At the end of the session, CCAAIBWS awarded international certificates to students who actively participated in the yearlong training program-demonstrating our continued commitment to developing skilled, reflective, and principled future educators.
05/12/2024
03 dekabr 2024-cü il tarixində Baki Slavyan Universitetində Beynalxalq Bakalavriat (iB) təliminin ikinci
sessiyasi təşkil olunub. Tədbir IB Dünya Məktəblərinin Qafqaz
və Mərkazi Asiya Assosiasiyasinin sədri, Avropa Azərbaycan Məktabinin direktoru Françesko Bankini tərəfindən keçirilib.
✅Xarici dil müəllimlik fakültəsinin tələbələri təlimdə aktiv iştirak ediblər.