Qartal - 2018

Qartal - 2018

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Qartal - 2018, Personal coach, Azerbaycan, Baku.

Sahil Babayev onu rəis təyin etdi - AzPost.info 27/12/2025

Sahil Babayev onu rəis təyin etdi

Maliyyə Nazirliyinin yeni yaradılan Şərqi Zəngəzur Regional Maliyyə İdarəsinə rəis təyin olunub. Qaynarinfo-nun məlumatına görə, nazir Sahil Babayevin müvafiq əmri ilə Mülkədarov Nurlan Qələndar oğlu Şərqi Zəngəzur Regional Maliyyə İdarəsinə rəis təyin gətirilib. Qeyd edək ki, bu ilin may ayında Maliyyə Nazirliyinin yerli bölmələrinin fəaliyyətini təkmilləşdirmək, onlara münasibətdə optimal idarəetmə formasını tətbiq etmək məqsədilə rayon (şəhər) üzrə maliyyə idarələri (şöbələri) ləğv edilərək onların bazasında ölkənin iqtisadi rayonlarının yeni bölgüsünə uyğun olaraq regional maliyyə idarələri yaradılıb, onların strukturu təsdiq olunub. Maliyyə Nazirliyinin Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur və Şirvan-Salyan regional idarələri yaradılıb.

Sahil Babayev onu rəis təyin etdi - AzPost.info Sahil Babayev onu rəis təyin etdi - AzPost.info - Gündəm

Trampın reytinqi kasıblar arasında düşüb - AzPost.info 27/12/2025

Trampın reytinqi kasıblar arasında düşüb –

ABŞ-da işçi sinfi arasında prezident Donald Trampın reytinqi rekord həddə düşüb. AzPost Newsweek jurnalına istindən bildirir ki, YouGov Sosioloji Tədqiqatlar İnstitunun sorğusuna görə, ildə 50.000 dollara qədər qazanan amerikalıların yalnız 31%-i Trampın prezident kimi fəaliyyətini bəyənir, 65%-i isə bəyənmir. Trampın siyasətinin bəyənənlər sırasında isə daha yüksək gəlirli ABŞ vətəndaşlarının sayı çoxdur: ildə 100.000 dollardan çox qazananların 40%-i Trampı müsbət qiymətləndirir, 51%-i isə əks fikirdədir....

Trampın reytinqi kasıblar arasında düşüb - AzPost.info Trampın reytinqi kasıblar arasında düşüb - AzPost.info - Dünya

Sabiq daxili işlər nazirinin oğlu vəfat edib - AzPost.info 27/12/2025

Sabiq daxili işlər nazirinin oğlu vəfat edib

Azərbaycan Respublikasının keçmiş daxili işlər naziri mərhum Məhəmməd Əsədovun ailəsinə ağır itki üz verib. AzPost Haqqin.az-a istinadla xəbər verir ki, bu gün sabiq nazirin oğlu Nazim Əsədov vəfat edib. Xatırladaq ki, Məhəmməd Əsədov 27 dekabr tarixində 1991-ci il noyabrın 20-də Qarabağda törədilmiş terror aktı nəticəsində helikopter qəzasında faciəvi şəkildə həlak olub.

Sabiq daxili işlər nazirinin oğlu vəfat edib - AzPost.info Sabiq daxili işlər nazirinin oğlu vəfat edib - AzPost.info - Sosial

"Deputat Səməd Seyidovla bağlı yayılmış məlumat saxtadır" - AzPost.info 27/12/2025

“Deputat Səməd Seyidovla bağlı yayılmış məlumat saxtadır” –

Bəzi sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun adından “deep fake” texnologiyası ilə hazırlanmış, reallığı əks etdirməyən açıqlama yayılıb. AzPost bildirir ki, bu barədə MEDİA Agentliyi məlumat yayıb. "Bildiririk ki, süni intellektin köməyi ilə hazırlanan bu saxta videogörüntü ictimai rəyi çaşdırmağa yönələn kobud manipulyasiya nümunəsidir. Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq....

"Deputat Səməd Seyidovla bağlı yayılmış məlumat saxtadır" - AzPost.info "Deputat Səməd Seyidovla bağlı yayılmış məlumat saxtadır" - AzPost.info - Media

Paşinyanın şeirinə mahnı yazıldı, özü də zərb alətində çaldı - AzPost.info 27/12/2025

Paşinyanın şeirinə mahnı yazıldı, özü də zərb alətində çaldı –

Ermənistanın Baş naziri Paşinyanın yazdığı şeirə mahnı bəstələnib. AzPost bildirir ki, mahnın ifası zamanı Paşinyan özü zərb alətində çalıb. Bununla bağlı Baş nazir görüntüləri sosial şəbəkədə paylaşıb. "Bu şeirim mahnı oldu"-deyə Paşinyan yazıb. Paşinyanın "Real Ermənistan" adlı mahnısı vətənpərvlik notunda bəstələnib.

Paşinyanın şeirinə mahnı yazıldı, özü də zərb alətində çaldı - AzPost.info Paşinyanın şeirinə mahnı yazıldı, özü də zərb alətində çaldı - AzPost.info - Maraqlı

Rusiya Türkiyəyə 9 milyard dollar ayırdı - AzPost.info 27/12/2025

Rusiya Türkiyəyə 9 milyard dollar ayırdı

Rusiya Türkiyədə Akkuyu nüvə elektrik stansiyasının (AES) tikintisini maliyyələşdirmək üçün 9 milyard dollar ayırıb. AzPost bildirir ki, bu barədə Reuters agentliyi Türkiyənin energetika naziri Alparslan Bayraktara istinadən məlumat yayıb. O əlavə edib ki, Ankara obyektin 2026-cı ildə fəaliyyətə başlamasını gözləyir. Türkiyənin Mersin əyalətindəki AES Rosatom tərəfindən 2010-cu il müqaviləsi çərçivəsində tikilir. Layihənin ümumi dəyəri 20 milyard dollardır. Reuters qeyd edib ki, stansiyanın işə salınması əvvəlcə 2025-ci ilə planlaşdırılırdı, lakin son tarix təxirə salınıb....

Rusiya Türkiyəyə 9 milyard dollar ayırdı - AzPost.info Rusiya Türkiyəyə 9 milyard dollar ayırdı - AzPost.info - Dünya

Biləsuvarda toy karvanında ağır qəza - AzPost.info 27/12/2025

Biləsuvarda toy karvanında ağır qəza

Biləsuvarda toy karvanında ağır yol-nəqliyyat hadisəsi baş verib. Ölən və xəsarət alanlar var. AzPost APA-ya istinadən bildirir ki, hadisə Biləsuvar–Bəhramtəpə avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində baş verib. Toy karvanında hərəkətdə olan "Lexsus" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarından Mil-Muğan su kanalına aşıb. İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb. Avtomobildə 6 qadın olub. Digər 4 nəfər kanaldan çıxarılaraq Biləsuvar rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar....

Biləsuvarda toy karvanında ağır qəza - AzPost.info Biləsuvarda toy karvanında ağır qəza - AzPost.info - Sosial

ABŞ Konqresinin saytında 907-ci düzəlişin ləğvi ilə bağlı qanun layihəsi yerləşdirilib - AzPost.info 27/12/2025

ABŞ Konqresinin saytında 907-ci düzəlişin ləğvi ilə bağlı qanun layihəsi yerləşdirilib

ABŞ Konqresinin saytında Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib. Mətndə göstərilir ki, Azərbaycan Respublikası müstəqillik qazandığı gündən bu yana ABŞ və onun tərəfdaşları üçün möhkəm müttəfiq olaraq qalıb, müharibə və sülh dövründə mühüm əməkdaşlıq həyata keçirib. Qeyd olunur ki, Azərbaycan Cənubi Qafqazda sülhün prioritet olduğunu açıq şəkildə nümayiş etdirib və müvafiq sərhədlər, ərazi bütövlüyü Azərbaycan və Ermənistan tərəfindən razılaşdırılan sülh sazişi ilə təsbit olunub....

ABŞ Konqresinin saytında 907-ci düzəlişin ləğvi ilə bağlı qanun layihəsi yerləşdirilib - AzPost.info ABŞ Konqresinin saytında 907-ci düzəlişin ləğvi ilə bağlı qanun layihəsi yerləşdirilib - AzPost.info - Dünya

Biləsuvarda qadın gözəllik salonunda öldü - AzPost.info 27/12/2025

Biləsuvarda qadın gözəllik salonunda öldü

Biləsuvar rayonunda 51 yaşlı qadın iş yerində ölüb. APA-nın verdiyi xəbərə görə, hadisə rayon mərkəzində, M. İbrahimov küçəsində yerləşən gözəllik salonunda baş verib. Biləsuvar rayon sakini, 1974-cü il təvəllüdlü İlhamə Ümüdvar qızı Məmmədova işlədiyi gözəllik salonunda ölüb. İlkin ehtimala görə, qadının ölümünə ürəktutma səbəb olub. Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Biləsuvarda qadın gözəllik salonunda öldü - AzPost.info Biləsuvarda qadın gözəllik salonunda öldü - AzPost.info - Sosial

Öskürəyə nə yaxşı təsir edir? - AzPost.info 27/12/2025

Öskürəyə nə yaxşı təsir edir? –

Hamı öskürəyin nə qədər can sıxıcı bir problem olduğu ilə razılaşır. Sadə bir öskürək həftələrlə davam edə, boğaz ağrısına, əzələ gərginliyinə və yuxunun tez-tez pozulmasına səbəb ola bilər. Buna görə də öskürəyə çarə axtarılması və bu problemi aradan qaldırmağa yönəlmiş məhsulların geniş bir bazarının olması təəccüblü deyil. Bəs bu üsullar həqiqətən təsir edirmi? BBC Radio 4 dinləyicilərindən biri bu sualı "Sliced Bread" ("Bundan daha yaxşısı yoxdur") adlı proqrama göndərib....

Öskürəyə nə yaxşı təsir edir? - AzPost.info Öskürəyə nə yaxşı təsir edir? - AzPost.info - Maraqlı

Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti açıqlanıb - AzPost.info 27/12/2025

Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti açıqlanıb

Xalq şairi Nəriman Həsənzadənin stasionar müalicəsi davam edir. Bu barədə APA-ya Mərkəzi Klinik Xəstəxanasından məlumat verilib. Bildirilib ki, onun vəziyyəti ağır-stabil olaraq qalır. Qeyd edək ki, Nəriman Həsənzadə böyrəklərində yaranan problemlərlə əlaqədar olaraq bir müddət əvvəl xəstəxanaya yerləşdirilib.

Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti açıqlanıb - AzPost.info Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti açıqlanıb - AzPost.info - Sosial

Gürcüstanın keçmiş müdafiə naziri həbs olunub - AzPost.info 27/12/2025

Gürcüstanın keçmiş müdafiə naziri həbs olunub

Gürcüstanın sabiq müdafiə naziri Baço Axalaya barəsində həbs qətimkan tədbiri seçilib. Qərar Tbilisi Şəhər Məhkəməsinin qapalı keçirilən iclasında qəbul olunub. Bu qərarla Gürcüstan Baş Prokurorluğunun vəsatəti təmin edilib. Axalaya bu ilin oktyabrın 4-də bələdiyyə seçkiləri günündə Tbilisidə Gürcüstan prezidentinin sarayına basqın işi üzrə qrup halında zorakılığın təşkili və ona rəhbərlik etməkdə ittiham olunur. Törədilmiş cinayət əməllərinə görə 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq edilir.

Gürcüstanın keçmiş müdafiə naziri həbs olunub - AzPost.info Gürcüstanın keçmiş müdafiə naziri həbs olunub - AzPost.info - Dünya

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Azerbaycan
Baku