Azərbaycan Dövlət Pedaqoji Universiteti

Azərbaycan Dövlət Pedaqoji Universiteti Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəsmi facebook səhifəsi

🎓 Pedaqoji Universitet — gələcəyi qurmaq istəyənlərin seçimi!✨ Bəs Pedaqoji Universiteti fərqləndirən nədir?🔹 Müəllimlər...
13/08/2026

🎓 Pedaqoji Universitet — gələcəyi qurmaq istəyənlərin seçimi!
✨ Bəs Pedaqoji Universiteti fərqləndirən nədir?
🔹 Müəllimlər məbədi
105 illik pedaqoji təhsil ənənəsinə malik olan Pedaqoji Universitet Azərbaycan təhsilinin formalaşmasında mühüm rol oynayan ali təhsil müəssisələrindən biridir. Burada illər ərzində minlərlə müəllim və təhsil mütəxəssisi yetişib.
🔹 Güclü akademik baza
Tələbələrin seçdikləri ixtisas üzrə fundamental və müasir biliklər əldə etməsi üçün formalaşdırılmış akademik mühit. Tədris prosesi yalnız nəzəri biliklərlə məhdudlaşmır, tələbələrin peşəkar inkişafına da yönəlir.
🔹 Zəngin resurslar
Tələbələrin təhsil prosesində istifadə edə biləcəyi kitabxana, elektron resurslar, tədris materialları və digər akademik imkanlar onların müstəqil öyrənməsinə və biliklərini genişləndirməsinə şərait yaradır.
🔹 E-universitet
Rəqəmsal texnologiyaların təhsil prosesinə inteqrasiyası tələbələrə universitet xidmətlərindən və tədris imkanlarından daha rahat və çevik şəkildə istifadə etməyə imkan verir.
🔹 Real təcrübə və iş imkanı
Universitetdə əldə olunan nəzəri biliklərin praktikada tətbiqi tələbələrin gələcək peşə fəaliyyətinə hazırlanmasında mühüm rol oynayır. Təcrübə imkanları tələbəyə özünü real iş mühitində sınamaq və peşə bacarıqlarını inkişaf etdirmək fürsəti verir.
🔹 Yenilənən məzmun
Təhsil məzmununun müasir tələblərə uyğun olaraq yenilənməsi tələbələrin dəyişən dünyaya və əmək bazarının gözləntilərinə uyğun bilik və bacarıqlar qazanmasına imkan yaradır. Müasir yanaşmalar, yeni tədris metodları və aktual mövzular tələbələrin daha çevik və rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına dəstək olur
🔹 Zəngin sosial həyat
Universitet həyatı yalnız auditoriyadan ibarət deyil. Tələbələr universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarının təşkil etdiyi müxtəlif tədbirlərdə, layihələrdə, klublarda, könüllülük fəaliyyətlərində və digər sosial təşəbbüslərdə iştirak etməklə yeni dostlar qazana və öz sosial bacarıqlarını inkişaf etdirə bilərlər.
🔹 Geniş təqaüd proqramı
Tələbələrin akademik göstəricilərinin və nailiyyətlərinin dəstəklənməsi üçün müxtəlif təqaüd imkanları mövcuddur. Semestr imtahanlarının nəticələrinə əsasən universitet və fakültələr üzrə ən yüksək nəticə göstərən tələbələr əlavə adlı təqaüdlər almaq imkanı əldə edirlər. Universitetdə ümumilikdə 14 adlı təqaüd mövcuddur. Bu imkanlar tələbələri daha yüksək nəticələr göstərməyə təşviq edir.
🔹 70 faizə qədər ödənişsiz təhsil
Yüksək nəticə göstərən abituriyentlər üçün dövlət sifarişi əsasında ödənişsiz təhsil imkanları mövcuddur. Bu isə ali təhsil almaq istəyən gənclər üçün mühüm üstünlüklərdən biridir.
🔹 Sosial həssas qız tələbələr üçün yataqxana
Sosial həssas qruplara aid qız tələbələrin təhsil müddətində yaşayış məsələsinin həllinə dəstək göstərilməsi onların təhsillərini daha rahat şəkildə davam etdirməsinə imkan yaradır.
🔹 İkili diplom və beynəlxalq mübadilə
Tələbələr üçün beynəlxalq təcrübə qazanmaq, müxtəlif ölkələrin təhsil mühiti ilə tanış olmaq, xarici universitetlərlə əməkdaşlıq çərçivəsində mübadilə proqramlarında iştirak etmək və ikili diplom imkanlarından yararlanmaq perspektivləri yaradılır.
📚 Bütün bunlar bir məqsədə xidmət edir:
Tələbənin universitetə qəbul olduğu ilk gündən məzun olduğu günə qədər yalnız ixtisas üzrə bilik qazanması deyil, həm də peşəkar, sosial və şəxsi inkişafını təmin etməsi.
Çünki Pedaqoji Universitet sadəcə ali təhsil müəssisəsi deyil — gələcəyin qurulduğu məkandır.
🎓 Sən də gələcəyini qurmaq üçün doğru seçim et!

12/08/2026

📢Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb.

Qeydiyyat 13 avqust saat 18:00-dək davam edəcək.

Qeyd edək ki, magistratura səviyyəsinə qəbul olan bakalavrlar təhsil alacaqları ali təhsil müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər.

Hələ də hansı universiteti seçəcəyini bilmirsən? Cavab sadədir: Pedaqoji Universitet - Gələcəyin Qurucularının seçimi!  ...
12/08/2026

Hələ də hansı universiteti seçəcəyini bilmirsən?
Cavab sadədir: Pedaqoji Universitet - Gələcəyin Qurucularının seçimi!

ADPU tələbələri üçün geniş təqaüd imkanı: 14 adlı təqaüdADPU tələbələri dövlət tərəfindən təyin edilən və semestr imtaha...
10/08/2026

ADPU tələbələri üçün geniş təqaüd imkanı: 14 adlı təqaüd

ADPU tələbələri dövlət tərəfindən təyin edilən və semestr imtahanlarının nəticələrinə əsasən müəyyənləşən (adi, həvəsləndirici, əlaçı) təqaüdlə yanaşı yüksək nəticələr göstərərək universitetin adlı təqaüdlərini də almaq şansı əldə edirlər.
Belə ki, semestr imtahanlarının nəticələrinə əsasən universitet və ya təhsil aldığı fakültə və ya ixtisas üzrə ən yüksək ÜOMG-nə malik olan tələbə müvafiq adlı təqaüdü almaq şansı qazanır. Təqaüdlərin fakültələr üzrə bölgüsü və meyarları ilə poserdən tanış ola bilərsiniz. Təqaüdlər tələbəyə 1 semestr ərzində verilir.
Həmçinin universitetə ən yüksək balla qəbul olunan 1 tələbəyə 1 il müddətində aylıq miqdarı 125 AZN olan Firudin bəy Köçərli adına təqaüd verilir. Bu təqaüdü alan tələbədən sonrakı 600 və daha yüksək balla ADPU-ya qəbul olunan 10 nəfər tələbəyə isə 1 semestr ərzində aylıq 200 AZN dəyərində "Uğur" təqaüdü təyin edilir.

✅ Pedaqoji Universiteti seç - 👩🏻‍🏫 "Gələcəyin müəllimi" təqaüdü almaq şansı qazan!⚡Hər il qəbul imtahanlarında 500 bal v...
09/08/2026

✅ Pedaqoji Universiteti seç - 👩🏻‍🏫 "Gələcəyin müəllimi" təqaüdü almaq şansı qazan!

⚡Hər il qəbul imtahanlarında 500 bal və daha yüksək nəticə göstərərək ixtisas seçimi mərhələsində I və ya II sırada müəllimlik ixtisaslarını seçərək ali təhsil müəssisələrinə qəbul olunan ölkə universitetləri üzrə ən yüksək nəticəli ilk 300 nəfər tələbə Elm və Təhsil Nazirliyi tərəfindən verilən "Gələcəyin müəllimi" təqaüdünü almaq şansı qazanırlar.

💡Bu təqaüd yüksək nəticələrlə müəllimlik peşəsinə yiyələnmək istəyən gənclər üçün motivasiya olaraq nəzərdə tutulur və məbləği aylıq 100 AZN təşkil edir.

✅ Əgər "Gələcəyin müəllimi" təqaüdü alan tələbə 4 illik təhsil müddətində (qoşa ixtisarlarda 5 il) müəyyən olunan ortalama müvəffəqiyyət göstəricilərini (71 və daha yüksək) qoruyarsa, məzun olana qədər təqaüddən yararlana bilər.
Hər hansı semestrdə yaranan müvəffəqiyyətsizlik yalnız növbəti semestr üzrə təqaüdün dayandırılmasına səbəb olur və növbəti semestrdə tələbənin yenidən yüksək nəticə göstərərək təqaüd alma şansı var.

ADPU-nu seç, gələcəyinə "UĞUR"la başla!600 bal və daha yüksək nəticə ilə ADPU-nu seçən ilk 10 tələbə ilk tədris ilinin b...
06/08/2026

ADPU-nu seç, gələcəyinə "UĞUR"la başla!

600 bal və daha yüksək nəticə ilə ADPU-nu seçən ilk 10 tələbə ilk tədris ilinin birinci semestri ərzində aylıq 200 AZN dəyərində xüsusi “UĞUR” təqaüdü qazanır.

“UĞUR” xüsusi təqaüd proqramı ən yüksək balla ADPU-ya qəbul olunaraq “Firudin bəy Köçərli” təqaüdü (1 il ərzində, aylıq 125 AZN) alan tələbədən sonrakı, 600 bal və daha yüksək nəticə ilə universitetə qəbul olunan ilk 10 nəfər tələbəyə şamil edilir.

03/08/2026

📚💻 Ali və orta ixtisas təhsil müəssisələrinin ödənişsiz ixtisaslarına qeydiyyat prosesini mygov üzərindən həyata keçirə bilərsiniz.

Müraciətinizi onlayn şəkildə tamamlayın və qeydiyyatınızın statusunu şəxsi kabinetiniz vasitəsilə izləyin.

🎦 Videoda qeydiyyat prosesinin bütün addımları ilə tanış ola bilərsiniz.

Professor Eldar Abbaszadə vəfat edibBöyük təəssüf hissi ilə bildiririk ki, uzun illər ADPU-da elmi-təşkilati fəaliyyət g...
03/08/2026

Professor Eldar Abbaszadə vəfat edib

Böyük təəssüf hissi ilə bildiririk ki, uzun illər ADPU-da elmi-təşkilati fəaliyyət göstərmiş, universitetin tədris və beynəlxalq əlaqələr üzrə prorektoru olmuş professor Eldar Abbaszadə vəfat etmişdir.
Pedaqoji Universitetin rəhbərliyi və kollektivi mərhum həmkarımıza allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.

Allah rəhmət eləsin!

Ödənişi Təhsil Tələbə Krediti vasitəsilə ödəmək istəyən şəxslər qeydiyyat zamanı müvafiq bəndi işarələməli və paralel ol...
02/08/2026

Ödənişi Təhsil Tələbə Krediti vasitəsilə ödəmək istəyən şəxslər qeydiyyat zamanı müvafiq bəndi işarələməli və paralel olaraq https://www.e-ttkf.edu.az/ saytında mygov ID (əvvəlki adı ilə Digital Login/ASAN Login) və ya natariusdan alınmış ərizə nömrəsi ilə qeydiyyatdan keçərək müraciət ünvanlamalıdırlar. TTK barədə ətraflı məlumat üçün QR kodları oxudun.

Address

Üzeyir Hacıbəyli, 68
Baku
AZ1000

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30

Telephone

+994124930032

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Dövlət Pedaqoji Universiteti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Azərbaycan Dövlət Pedaqoji Universiteti:

Shortcuts

Share