Marketing və PR

Marketing və PR

Share

Marketing və PR uzlaşması. PR haqında bilmədiklərinizi öyrənin. Səhifə Azərbaycanda tədris edilməyən PR sahəsini dərindən bilmək istəyənlər üçündür

Bu səhifə Azərbaycanda tədris edilməyən PR sahəsini dərindən bilmək istəyənlər üçün yaradılıb. Jurnalistlər üçün ən unikal məkandır. Siz bizimlə pulsuz treninqlərə qoşula və gələcəyin uğurlu PRmeni ola biləcəksiniz.

Qlobal brendlər bizi necə idarə edir? 13/05/2020

Qlobal brendlər bizi necə idarə edir?

İkinci dünya müharibəsindən sonra dünya bazarlarının sürətlə bölünməsi səngiyərək qloballaşma mərhələsinə qədəm qoydu. Artıq günümüzün beynəlxalq brendləri ölkələri, onların iqtisadiyyatını işğal etməyə başladı. Davamı videoda..

Qlobal brendlər bizi necə idarə edir? İkinci dünya müharibəsindən sonra dünya bazarlarının sürətlə bölünməsi səngiyərək qloballaşma mərhələsinə qədəm qoydu. Artıq günümüzün beynəlxalq brendləri ö...

21/08/2019

VACANCY

Position: Marketing coordinator

RESPONSIBILITIES:

• Conceive and develop efficient and intuitive marketing strategies
• Organize and oversee advertising/communication campaigns (social media, TV etc.), exhibitions and promotional events
• Conduct market research and analysis to evaluate trends, brand awareness and competition ventures
• Initiate and control surveys to assess customer requirements and dedication
• Write copy for diverse marketing distributions (brochures, press releases, website material etc.)
• Maintain relationships with media vendors and publishers to ensure collaboration in promotional activities
• Monitor progress of campaigns using various metrics and submit reports of performance
• Collaborate with managers in preparing budgets and monitoring expenses

REQUIREMENTS:

• Proven experience as marketing coordinator or similar role
• Good understanding of market research techniques, data analysis and statistics methods
• Thorough knowledge of strategic planning principles and marketing best practices
• Proficient in MS Office and marketing software
• Familiarity with social media and web analytics
• Excellent communication and people skills
• Strong organizational and time-management abilities
• Creativity and commercial awareness

Candidates are requested to send their CV’s to [email protected] until . Please indicate the name of the position (Marketing coordinator) you are applying for in the subject line of the email. Please be advised that only shortlisted candidates will be contacted for the further stages of the recruitment process.

31/10/2017

Azərbaycanda marketinqin belə sürətli inkişafı məni sevindirir. Hər gün yeni layihələr və yeni trendlər gəlir. Bu dəfə də Marketinq Sammiti bizi gözləyir. Bütün tədbir təşkilatçılarına uğur diləyirəm.

05/10/2017

Reklam, Marketinq və Satışa fərqli baxış

“Marketing Communication” və ya Azərbaycan dilində Marketinq Əlaqələri dediyimiz anlayış öz içərisində əsasən beş vasitəni birləşdirir. Bu beş vasitə, Reklam, Satış Kampaniyaları, PR, Fərdi Satış və Birbaşa Marketinq olaraq adlandırılır. Bəs bunlara niyə “vasitə” deyirik? Çünki, yuxarıda adlarını saydığımız bütün anlayışlar məhsulla, marka ilə, firma ilə və s. istehlakçı və ya müştəri arasında əlaqələrin qurulması üçün vasitədir.

Reklam müştəriyə çatdırılmaq istənilən fikrin vizual, səsli və ya yazılı media vasitəsilə istehlakçılara çatdırılmasıdır. Satış kampaniyaları, müştərinin diqqətini çəkmək, onunla firma və ya marka arasında bir əlaqə qurmaq üçün lazım olan vasitədir. Fərdi Satış, firma təmsilçisinin tək-tək müştərilərlə görüşərək onlara firmanı və ya markanı tanıtması, ona mal satmağa çalışması və s. prosesidir. Yəni, bu da vasitədir.

Yuxarıda adları sayılanlar klassik marketinq nəzəriyyəsinin əsaslarını təşkil edirdi və demək olar ki, “Marketing Tools” olaraq istifadə olunan vasitələr idi. Ancaq, müasir dövrdə bu siyahı Word of Mouth Marketing, Guerilla Marketing, Mobile Marketing və s. ilə uzanıb və genişlənib. Bu siyahının uzunluğuna baxmaq üçün İnternetdən istifadə edə bilərsiniz.

Reklam müəyyən məbləğ ödənərək hər hansı bir məlumatın, hər hansı bir media vasitəsilə istehlakçılara çatdırılmasıdır.
Reklamın məqsədi firmanın müştərilərinə çatdırmaq istədiyi fikri, mesajı və ya məlumatı kodlar vasitəsilə açıq və ya qapalı şəkildə müştərilərə çatdırmaqdır. Ancaq, bu cümləni oxuyan kimi fikirləşməyin ki, “gündə əlli dənə reklam görürük amma heç birinin nə demək istədiyini başa düşmürük”. Başa düşmürük çünki, ya içərisində kodlanmış hər hansı bir fikir yoxdur, ya da kod çətindir biz onu aça bilmirik. Kod nədir? Kod reklam verənin çatdirmaq istədiyi fikri qısa bir şəkildə müştəriyə göndərməsidir. Əslində bu kodların çətinliyi və asanlığı özü də digər bir məqalənin mövzusudur, ancaq yazını çox uzatmamaq üçün hələlik bu mövzuya toxunmuruq. Təəssüf ki, son dövrlərdə Azərbaycanda yayımlanan elə bir reklam yoxdur ki, onu əla reklam nümunəsi olaraq xatırlayaq. Ancaq, bir neçə gün əvvəl efirdə görünən bir “Porsche” reklamı barədə danışmaq istəyirik. Bu reklamda evdən qaçaraq çıxan bir qız göstərilir. Rahatlıqla başa düşülür ki, harasa tələsir. Dar küçədə saxlayan “Porsche”ni görüb yanında dayanır. Əllərini sürtür avtomobilə və yan-yörəsinə diqqətlə baxdıqdan sonra (ətrafda insan olub-olmadığına baxır), ətrafda heç kimin olmadığını görüb köynəyinin yaxasını açır və vücüdunu avtomobilə göstərir. Sonra tez yaxasını bağlayıb yoluna davam edir. Bəli, hər bir reklamda mesaj bu qədər açıq və dəqiq olmalıdır.

Bu reklam gözəl və əla reklamdır. Niyə? Gözəl reklamdır çünki, səviyyəsiz seksuallıq istifadə olunmayıb və insanın çox xoşuna gələ biləcək bir kadrdır. Demək olar ki, bu reklama baxan heç kim uzun müddət onu unutmaz. Əla reklamdır çünki, “Porsche”nin müştərilərinə çatdırmaq istədiyi fikir budur; Porsche ilə çox cazibədarsınız və qadınlar sizin qarşınızda dayana bilmir. Reklam kadrlarında bir dənə də olsun söz işlədilmir. Ancaq, fikri başa düşməyən bir dənə də olsun müştəri yoxdur. Diqqətli olun, “başa düşməyən müştəri” ilə “başa düşməyən insan” arasında çox böyük fərq var. Reklam verən firma bilməlidir ki, bu reklamı kimlər üçün hazırlayır, onun müştəriləri kimlərdir, fikri çatdırmaq istədiyi insanlar kimlərdir, onların təhsilləri hansı səviyyədədir, kodu aça biləcəklərmi və s. Bəlkə də “Porsche”nin reklamındakı kodu Marketinqlə maraqlanmasaydım mən də başa düşməzdim, ancaq əmin olun ki, Amerikadakı (reklam ABŞda yayımlanıb) “Porsche” müştəriləri bunu gözəl başa düşüblər.

Prosesi qısa olaraq yazsaq belədir; firma vermək istədiyi fikri kodlayır, media vasitəsilə müştəriyə çatdırır, müştəri reklamı eşidir və ya görür eyni zamanda, onu açır və ya açmır. Reklamın təsirlərindən bəhs etməyəcəyimizə görə, davamını yazmırıq.
Çünki reklamlardakı mesajların formatı, qısalığı-uzunluğu, azlığı-çoxluğu özü ayrıca bir məqalədir. Bəs, “yaxşı reklam” və “p*s reklam” nədir? Bunu qarışıqlıq olmasın deyə maddələrlə göstəririk.
Yaxşı reklam;

fikiri qısaca çatdırır
fikri açıq çatdırır, kodu açmaq çətin deyil
kimə müraciət etdiyi bilinir
niyə müraciət elədiyini və məqsədinin nə olduğu bilinir
görüntü və ya səs etibarı ilə diqqət çəkir və yadda qalır
bezdirici deyil
inandırıcıdır
P*s reklam;

yaxşı reklamda olanların heç biri p*s reklamda olmur
nə demək istənildiyi başa düşülmür
Bunlar qısa və kobud şəkildə yazılsa da, onu deyək ki, bir neçə yüz səhifəlik Reklam Strategiyaları kitabları mövcuddur. Yəni, reklam bizim yazdığımız qədər sadə deyil. Əgər sadə olsaydı, bütün şirkətlərin uğurlu reklamları və reklam strategiyaları olardı. Azərbaycanda isə bir dənə də olsun “yaxşı reklam” nümunəsi yoxdur. Ancaq, inanırıq ki, ən qısa zamanda olacaq.

Marketinq və Satışa ümumi baxış

“Marketinq və satış arasındakı fərq nədir?” sualına cavab verməzdən əvvəl, cavab verməli olduğumuz iki əsas sual var; Marketinq nədir? Satış nədir?

Marketinqin nə olduğu haqqında mən əminəm ki, məndən əvvəl bu jurnalda çox dəyərli Marketoloqlar tərəfindən cavablar verilib. Həmçinin də, satış haqqında bunu demək olar.
Ancaq, məsələyə daha sadə yöndən yanaşaraq daha çox ikisi arasında ortaq və fərqli cəhətlərə toxunacağıq.

Marketinq bir prosesdir. Müştəri üçün dəyər yaratmaq, onunla əlaqələr qurmaq və qarşılığında da dəyər əldə etmək prosesidir. Bu daha çox müasir marketinq fikrinin sahibi Filip Kotlerə aid bir yanaşma tərzidir.

Çox əhəmiyyətli fikirləri olan P. Druckerin fikrincə isə “Marketinqin məqsədi müştərini yaxşı tanımaq və onu öyrənməkdir ki, onun üçün özü-özünü sata bilən məhsul istehsal etsin”. Yəqin ki, buradan Marketinqin nə olduğunu bir az da dəqiqləşdirdik. Yəni, müasir marketinq konsepsiyasında bütün startegiyaların başında müştəri faktoru dayanır. Bunun nəticəsidir ki, artıq əvvəllər “mass marketing” deyilən anlayışın yerini artıq “individual customers” anlayışı alıb. Mass Marketing və ya Azərbaycan dilində kütləvi marketinq anlayışında, istehsal mühüm amil idi. İstehsalçı bir məhsulu istehsal edirdi və bütün marketinq fəaliyyətlərini istehsal etdiyi həmin malın müştərilərə tanıdılması, onların inandırılması və nəticədə də malın alınması istiqamətində yoğunlaşdırırdı. İndividual Customers və ya Azərbaycan dilində Müştəri fərdləri anlayışında isə istehsalçı əvvəlcə müştəri qruplarının ehtiyaclarını müəyyənləşdirir. Onun nə istədiyini tam olaraq öyrənir və ondan sonra məhsulu istehsal edir. Məhz bunun nəticəsidir ki, hazırda marketlərin rəflərində milyon çeşid məhsul görürük. Hətta, daha yaxın bir nümunə verək; Mobil telefonlar. Gözlərinizi yumub bir dəqiqə fikirləşsəniz, ağlınıza yəqin ki, ən az 10-15 fərqli model gələr.

İndi isə satış və marketinqin fərqlərinə keçək. Ayırmamışdan əvvəl birləşdirək ki, ayırandan sonra nəyi nədən ayırdığımızın fərqinə vara bilək. Satış marketinqin başının tacıdır. Bunu bu qədər sadə bir şəkildə birləşdirmək olar. “Coca-Colanın əfsanəvi Marketinq Müdüri” olaraq bilinən Sergio Zymanın fikrincə, marketinqin əsas vəzifəsi “mümkün olan ən baha qiymətə, mümkün olan ən çox miqdarda və mümkün olan ən sıx aralıqlarla satmaqdır”. Bəli, bütün növ Marketinq fəaliyyətlərinin tək məqsədi var; pul qazanmaq. Pul qazanmağın da bir yolu var, satmaq.

Bəs, Marketinq və Satışı bir-birindən necə ayırmaq olar?

marketing vs selling? hansını seçməli?

Marketinq bir yol tapıb müştərini marketə qədər gətirir, hətta marketin içinə girməsini də o təmin edir. Elə buradaca satışın işi başlayır. Satış malı müştəriyə satır. Müştəri marketdən çıxdıqdan sonra yenə marketinqin işi başlayır. Marketinq öyrənməlidir ki, o müştəri yediyi dondurmadan, satıcının onunla rəftarından, marketin içinin dizaynından və s. razıdır yoxsa yox?

Bir cümlə ilə, başqa çox mühüm bir fərqə toxunmaq istəyirəm. Marketinqlə məşğul olan Marketoloqlarla, Satışla məşğul olan Satış Menecerləri (satış müdürləri və kordinatorları nəzərdə tutulur) arasındakı ən böyük fərq ondadır ki, Marketoloqlar müştərini məmnun edərək həmişə satmağı, Satışçılar isə ən qısa zamanda necə və nə yolla olur-olsun satmağı fikirləşirlər. Ən əsas fərqlərdən biri də budur.

Çox dəyərli oxucularımız arasında satışla birbaşa əlaqəli olanlar bəlkə də bununla razılaşmayacaq, ancaq onu da deməliyik ki, bunun belə olması da təbiidir, çünki firma rəhbəri ondan ancaq satış tələb edir.

Unutmayın, Marketinq bir şirkət üçün o qədər mühümdir ki, onu bir marketinq şöbəsinin öhdəsinə buraxmaq olmaz. Əmin olun ki, bu fikirlə razılaşmayan marketoloq yoxdur.

Mənbə Marketinq jurnalı

JobSearch.az 05/10/2017


Namizədə tələblər:

• Göstərilən vəzifə üzrə ən azı 1-3 illik iş təcrübəsinin olması;
• Ali təhsil (Reklam, dizayn, rəssamlıq və s. üzrə);
• Azərbaycan dili, rus dili – mükəmməl, ingilis dili yaxşı səviyyədə;
• Kompüterdə və İnternetdə sərbəst, yüksək səviyyədə işləmək;
• Çapa hazırlıq mərhələsi və çap texnologiyaları üzrə biliklər;
• Web design, brendinq, qablaşdırma üzrə biliklər;
• Adobe PhotoShop, CorelDraw, AutoCad kimi qrafik proqramlarda işləmə bacarığı;
• 3D Max proqramında işləmə bacarığı əlavə üstünlük ola bilər;
• Kreativ, amma eyni zamanda məsuliyyətli, komandada işləmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV və Portfolionu [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “PR və Brend menecer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

JobSearch.az 2013-cü ilin avqust ayında təsis edilən “Amapola Exclusive Events” şirkəti vahid məqsəd ətrafında birləşən kreativ insanlardan ibarət bir komanda yaratmışdır. Şirkət dövlət tədbirləri, toy mərasimləri, ad günləri və hər növ korporativ tədbirlərin təşkilini həyata keçirir. “Amapola Exclusive Events”…

26/09/2017

Salam Dəyərli səhifə üzvləri. Böyük bir araşdırmamız var. Kimdə PR-la bağlı çox xoşuna gələn keyslər varsa burda linkini atsın və ya kiçik xatırlatma yazsın. Bütün PRmenlərə süpriz gələcək :)

08/05/2017

Korparativ Sosial Məsuliyyət

Qloballaşan bazar iqtisadiyyatı dövründə kəskin rəqabətdən dolayı son illərdə Korparativ Sosial Məsuliyyətin (KSM) əhəmiyyəti xeyli dərəcədə artıb. Məhz bu səbəbdən KSM-in gündən-günə müasirləşən dünya vizionunda şirkətlərin menecment reputasiyasına, yüksək brend dəyərinə və sadiq müştəri yarada bilmək üçün uyğuladığı siyasət halına gəlməsi təsadüfi deyil. Yüksək texnologiyanın inkişafı və bazarların sıx əməkdaşlığı nəticəsində məhsulların bir çoxu eqvivalent (bərabər) hala gəlib və məhsulun istehlakçı tərəfindən seçilməsində fayda verən brendlər ön plana çıxmağa başlayıb. Müasir dövrdə KSM davamlı inkişafın çox vacib elementlərindən biri kimi qəbul edilir.
Korporativ Sosial Məsuliyyət cəmiyyətin həyat şəraitini yaxşılaşdırmaq üçün öz əməkdaşları, onların ailələri, yerli əhali - bir sözlə bütün cəmiyyətlə birlikdə dünyanı yaşanılası hala gətirmək üçün (“sustainable world”) iqtisadi, ekoloji, mədəni və ictimai inkişafa dəstək vermə məsuliyyətidir. KSM şirkətlərin bütün maraqlı tərəflərə (“stakeholder”. Bu sözü bir neçə adam tərcümə etməyə cəhd edib alınmayib.) və cəmiyyətə qarşı etik və məsuliyyətli davranması, bu istiqamətdə qərarlar qəbul etməsi və həyata keçirməsində vacib rol oynayır. Amma bunu qətiyyən sponsorluq anlayışı ilə qarışdırmaq olmaz. KSM-in layihələri ictimaiyyətdə yaratdığı təsir gücü ilə etibarlılığın və brendin dəyərinin artmasına köməklik göstərir. Şirkətlər üçün KSM keyfiyyət meyarı olaraq qəbul edilməlidir. Bu mənada missiya, vizion və hədəfləri ilə üst-üstə düşən, icra etmə və tətbiq strategiyası inkişaf etdirilməli, düzgün planlanmalı, rol, model meydana gətirəcək şəkildə şirkətlə əməkdaşlıq etmək istəyən bütün maraqlı tərəflərə paylaşdırılmalıdır. KSM layihələrinə qərar verən hər hansı bir şirkət, müəyyən etdiyi strategiyaya uyğun proses xəritəsi hazırlamalı və bu xəritəylə üst-üstə düşən istehsal və xidmət planlaşdırması etməlidir. Özü- özlüyündə bütün bu işlər mütəxəssislər tərəfindən təklif edilən xidmətlərlə idarə edilməlidir. Şirkət rəhbərliyi isə bu prosesə şərait yatamalıdır.
KSM layihələrinin ən başlıca meyarı onun davamlı olmasıdır. Cəmiyyətə fayda verən layihənin, işin dəyəri ölçülə bilməz. Ancaq KSM uzun müddətli, ictimai-sosial mənada xeyir gətirə biləcək və uzunmüddətli fayda vəd edən proyektləri özündə birləşdirməlidir. Eyni zamanda proyektlər ölçülə və hesabat verilə bilinən qiymətləndirmə prosesinə sahib olmalıdlr.
KSM 3 yerə bölünür:
1. Şirkət (bank, holdinq və s)
2. QHT (Qeyri-hökumət təşkilatı)
3. Dövlət
KSM markanın etibarlılığına, məlumatlılığına və seçilməsinə birbaşa təsir edir. Yeni bir məhsulla bazara çıxan şirkətin satılacaq məhsuldan əldə edəcəyi gəlirin müəyyən bir qismini KSM-in layihəsinə yönləndirəcəyini elan etməsi, həmin məhsulun seçilməsinə uyğun zəmin yaratmaqla yanaşı, şirkətə də müsbət imic gətirir. Əməkdaşlarının layihədə şəxsən iştirak etmələrini təmin etməsi isə onların iştirakçılılıq qabiliyyətini və sosial məsuliyyətini artırır. Beləliklə, KSM həm şirkətə, həm də cəmiyyətə qazandırmış olur. Bütün bunlarla yanaşı KSM eyni zamanda bir xeyirxahlıq anlayışıdır. Bir şirkətin Korporativ Sosial Məsuliyyətini yerinə yetirməsi bütün maraqlı tərəflərə (investorlar, müştərilər, tərəfdaşlar, işçilər, ortaqlar, tədarükçülər və s), ətraf mühitə qarşı məsuliyyətli olması və bütün qərarlarında bu xüsusiyyətləri nəzərə alması anlamına gəlir.

06/05/2017

İctimaiyyətlə Əlaqələr işinin jurnalistika ilə oxşar cəhəti hər iksinin ictimai rəy formalaşdırmasıdır.

Photos 04/05/2017

VAKANSİYA

PR menecer - AzFinance
[email protected]

Full-Time
28-04-2017
187
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
- Media və ictimai əlaqələr fəaliyyətini həyata keçirmək
- Media və ictimai əlaqələrin təşkilinin öncədən planlaşdırılması
- Marketinq yönümlü mətnlərin, press-relizlərin hazırlanması və həyata keçirilməsi
- Təqdimatların hazırlanması və həyata keçirilməsi
- Daxili kommunikasiyanın və birliyinin təşkil edilməsi üçün şirkətlər arası partnyorluğun aparılması
- Şirkətin müntəzəm olaraq xəbərlərinin və nəşr bülletenlərinin hazırlanması
- Əməkdaşlıq məqsədi ilə müştərilərə xüsusi günlərdə mesaj çatdırılmasını izləmək
- Yerli reklam firmaları, jurnal və e-qəzet, o cümlədən ictimai media ilə əlaqələr yaratmaq
- Müxtəlif nəşr və informasiya xarakterli xəbər məktublarının və broşürlərın hazırlanması
- Konfransların, şirkətin tanınmasını təmin edəcək müxtəlif sərgilərin, seminarların həyata keçməsinə nəzarət
- Daimi olaraq sosial şəbəkələrdə o cümlədən şirkətin web saytında məlumatların yenilənməsi və yerləşdirilməsi

Namizədə dair tələblər:
- 3 il PR və Marketing sahəsində iş təcrübəsi
- Mürəkkəb məsələlərin və müxtəlif problemlərin aradan qaldırılması və həll edilməsi bacarığı
- Microsoft office proqramları və həmçinin PowerPoint proqramında yüksək işləmə bacarığı
- Azərbaycan, ingilis və rus dillərində mükəmməl bilik

Müraciət etmək istəyənlər CV-ləri [email protected] emailinə göndərə bilərlər.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Baku