06/06/2026
Varan Colleges-in təsisçisi Prof. Dr. Bəxtiyar Nəcəfov bu gün Almaniyanın Köln şəhərində EKET Fuarcılıq tərəfindən təşkil olunan “Türkiyədə Təhsil” Sərgisində iştirak etmişdir.
Sərgi çərçivəsində Prof. Dr. Bəxtiyar Nəcəfov uzunmüddətli tərəfdaşları və yaxın dostları olan Özyeğin Universitetinin Beynəlxalq Ofisinin Direktoru Danış Tuğrul Gözcü, Beynəlxalq Tələbə Qəbulu üzrə Menecer Furkan Karakullukçu, Arel Universitetinin Beynəlxalq Ofis Müdiri Omid Salimi Lak və Gelişim Universitetinin Beynəlxalq Tələbələr üzrə Müdir Müavini Alkan Kotro ilə görüş keçirmişdir.
Görüş zamanı universitetlərarası əməkdaşlıq imkanları, beynəlxalq tələbə mobilliyi, birgə layihələrin həyata keçirilməsi və gələcək strateji tərəfdaşlıqlar ətrafında məhsuldar müzakirələr aparılmışdır.