19/03/2026
Odlar yurduna bahar gəlir
Mübariz Nəcəfov adına 86 nömrəli tam orta ümumtəhsil məktəbində “Dəyərlərimizi qoruyaq!” layihəsi çərçivəsində ibtidai sinif müəllimi Səbinə Əlibəyova və tarix müəllimi Samirə Əhmədovanın təşkilatçılığı ilə “Odlar yurduna bahar gəlir” adlı tədbir təşkil olunub. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə milli-mənəvi dəyərlərə hörmət hissini daha da artırmaq və onları bu dəyərlərin qoruyub saxlaması istiqamətində fəal mövqe tutmalarına şərait yaratmaq olub.
Şagirdlər tərəfindən hazırlanmış təqdimatlar, şeirlər və səhnəciklər vasitəsilə Azərbaycan xalqının zəngin mədəni irsi və mənəvi dəyərləri nümayiş etdirilib.
Məktəbin direktoru Günel Səmədova milli kimliyin qorunması, adət-ənənələrin gələcək nəsillərə ötürülməsi və milli dəyərlərin cəmiyyət həyatındakı rolunu çıxışı zamanı vurğulayaraq tədbir iştirakçılarını ilaxır çərşənbə və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.