08/08/2025
🎉 8 avqust 2025-ci il tarixində Lütfizade Texnologiya Mərkəzində “Dəyər üçün əməkdaşlıq” (Collaborate for Impact) proqramının rəsmi bağlanış tədbiri keçirilib.
✨ Tədbirin açılışında proqram rəhbəri Gülnarə İsmayılova proqram çərçivəsində əldə olunan nəticələr, öyrənilmiş dərslər və tərəfdaşlıqlar haqqında ətraflı təqdimatla çıxış edib.
📊 Tədbir zamanı ölkəmizdə ilk dəfə yaradılan Impact Azerbaijan-ın fəaliyyəti və ölkədə təsir investisiyalarına dəstək sahəsində atılan addımlar iştirakçılara təqdim olundu. Təşkilatın nümayəndəsi Samir Əliyev “Azərbaycanda ESG Təcrübələrinin Gücləndirilməsi” mövzusunda həyata keçirilən tədqiqatın nəticələrini paylaşdı.
🔖Bu tədqiqat çərçivəsində Azərbaycanın müxtəlif sektorlarını təmsil edən 31 aparıcı şirkətin ətraf mühit, sosial məsuliyyət və idarəetmə sahələrində fəaliyyəti qiymətləndirilib. Məqsəd isə ESG sahəsində mövcud çatışmazlıqları aşkara çıxarmaq, həmçinin inkişaf yollarını təklif etməkdir.
12/07/2025
🔖 "Peşə Mərkəzləri Müəllimləri üçün TOT" Proqramı peşə təhsili üzrə mütəxəssisləri bir araya gətirdi!
🗓️ Tərəfdaşı olduğumuz S.E.VET proqramı çərçivəsində keçirilən onlayn sessiyada Azərbaycanın müxtəlif bölgələrindən olan peşə mərkəzi müəllimləri iştirak etdilər.
Sessiya çərçivəsində:
🔶 İştirakçılara Sosial Sahibkarlıq və Sosial Sahibkarlıq Səriştələri anlayışları, eləcə də bu düşüncə tərzini formalaşdıran bacarıqlar barədə məlumat verildi.
🔸 Eyni zamanda, peşə təhsili üçün modul kurikulumların məqsədi və onların Peşə Mərkəzlərində tətbiqinin əhəmiyyəti müzakirə olundu.
📚 Sosial sahibkarlıqla bağlı yeniliklərdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin!
🔖 The "TOT for Vocational Center Teachers" Program brought together professionals in vocational education!
🗓️ As part of the S.E.VET program, an online session was held with the participation of vocational center teachers from various regions of Azerbaijan.
During the session:
🔶 Participants were introduced to the concepts of Social Entrepreneurship and Social Entrepreneurial Competencies, alongside with the key skills that shape this mindset.
🔸 Additionally, the goals of modular curricula in vocational education and the importance of their implementation in Vocational Centers were discussed.
📚 Keep following us for the latest updates in social entrepreneurship!
vet.project
06/06/2025
Qurban Bayramınız mübarək!
Education HUB komandası olaraq bu müqəddəs bayramın hər birinizə sevinc, sağlamlıq və mənəvi rahatlıq gətirməsini diləyirik.
Bayram günlərinizin dəyərli, xoş xatirələrlə dolu və unudulmaz keçməsini arzulayırıq.
Bayramınız mübarək olsun! 🕊️
22/05/2025
🚀 S.E.VET National Event held in Azerbaijan!
🔸 The event was organised by the Goychay Development Centre and Education HUB, taking place at the Sumgayit Vocational Education Centre.
🔖 Attended by teachers and vocational school students, the event provided information about social entrepreneurship and its role in engineering. It also showcased exemplary local and international best practices in social entrepreneurship to the participants.
🪴 Additionally, former attendees of a study visit to Greece shared their experiences with the group.
vet.project
03/04/2025
🔸 2 aprel Beynəlxalq Autizm günüdür!
🔖 Tərəfdaşı olduğumuz S.E.VET proqramının Yunanıstanda keçirilən öyrənmə səfərində Azərbaycan heyətinin rəhbəri Orxan Məsimov Education HUB və inklüziv sosial sahibkarlıq haqqında məlumat verib.
🪴 Education HUB tərəfindən Azərbaycanda ilk inklüziv, autizm dostu kafe olan "Kaşalata" haqqında çəkilmiş video çarx iştirakçılara təqdim edilib və nəticədə, sosial sahibkarlığın komponentləri real təcrübə əsasında müzakirə edilib!
🇦🇿 Təqdimat əsasında, Education HUB-ın əməkdaşlıq etdiyi digər sosial sahibkarlıq nümunələri Azərbaycandan 'ən yaxşı təcrübə' qismində təqdim olunub, tədbir iştirakçıları videoları izləməyə dəvət olunub.
vet.project
31/03/2025
🇦🇿🔶 Tərəfdaşı olduğumuz S.E.VET proqramı çərçivəsində azərbaycanlı tələbələrin Yunanıstana öyrənmə səfəri başlayıb!
💼 Səfər zamanı iştirakçılarımız tərəfdaşımız Yunanıstanın EuroTraining mərkəzi tərəfindən keçirilən müxtəlif təlimlərdə iştirak edirlər.
🔖 Tələbələr sosial sahibkarlıq biznes modelləri ilə tanış olacaq, peşə məktəblərində sosial sahibkarlığın təşviqi, sosial müəssisələrin maliyyələşdirilməsi mövzularında keçirilən təlim və simulyasiyalarda iştirak edəcəklər. Eyni zamanda startap və innovativ biznes nümayəndələri ilə görüşlərdə iştirak etmələri planlaşdırılır.
🗣 Gedişatla bağlı ən son məlumatlar üçün bizi izləməyə davam edin!
🇬🇧 🔶 As part of the S.E.VET program, Azerbaijani students have officially started their study visit to Greece!
💼 During the visit, our participants are taking part in various trainings organized by our partner, EuroTraining Center in Greece.
🔖 The students will explore social entrepreneurship business models, join training sessions and simulations on promoting social entrepreneurship in vocational schools and funding models for social enterprises. They will also attend meetings with startups and innovative businesses.
🗣 Stay tuned for updates throughout the journey!
vet.project
30/03/2025
Education HUB komandası olaraq, Ramazan bayramınızı səmimi qəlbdən təbrik edirik. Bu müqəddəs günün sizə və yaxınlarınıza sevgi, dinc və uğurlu anlar gətirməsini arzulayırıq. Bayramınız mübarək!🌙✨
20/03/2025
Education HUB komandası olaraq sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik!
Bu bayram təbiətin oyanışı ilə birlikdə yeni başlanğıclar və gözəl ümidlər gətirir. Arzu edirik ki, bu Novruz hər birinizin həyatına xoş xəbərlər, bərəkət və sevinc dolu anlar bəxş etsin.
Novruz bayramınız mübarək! 🎉🪻🌱
18/03/2025
Torpaq Çərşənbəniz mübarək!