13/03/2026
✨22 fevral 2026-cı il tarixində keçirilən Azərbaycan Gimnastika və Rəqs Assosiasiyası nəzdində keçirilən Azərbaycan çempionatı (Gimnastika sahəsi üzrə) “Bakı Rəqs Çempionatı 2026” təqdimatında KREATİV Tədris və Psixoloji-Nitq İnkişaf Mərkəzinin gimnastları göstərdikləri mükəmməl və estetik hərəkətlər üzrə birinciliyə laiq görülmüşdür. 🤩 Uzun zaman hazırlıqlara başlayan və gimnastika sahəsində üstün bacarıqlara, elastik bədən quruluşuna, estetik hərəkətlərə və incə ruhun formalaşmasında mükəmməl hərəkətlər sərgiləyən gimnastlarımız bu yeri zəhmət, inam, məsuliyyət və disiplinli çalışma ilə qazanmağı bacardılar. 🥳
Birinci yerə laiq görülən və yarışmaya qatılan gimnastlarımızın performasını və adlarını sizlərə təqdim edirik 🤩
✨ 1) Əliyeva İnci Asim qızı🥇
✨ 2) Ağabəyli Zəhra Fərman qızı🥇
✨ 3) Mutayeva Albina Ömər qızı 🥇
✨ 4) Tərçiyeva Xanum Həmzət qızı🥇
✨ 5) Məmmədova Ayan Rafət qızı🥇
1-ci yeri qazanan gimnastlarımız birincilik medalı 🥇 və Azərbaycan Gənclər İttifaqı İdarə Heyətinin üzvi, Azərbaycan Rəqs Assosiasiyası Prezidenti və Azərbaycan Gənclər İttifaqı Sədri tərəfindən diplomla 📃 təltif edildilər. 👏
✨Başda kursun rəhbərliyi Psixoloq Ramiyyə Həsənova və gimnastika müəllimi Nigar Səfərova, kursun əməkdaşları, valideynləri və ən əsas gimnastlarımız olmaqla əziyyəti keçən hər kəsi təbrik edirik. 👏 Növbəti dəfə birinciliyimizin xarici ölkələrdən gəlməsini diləyirik. 😇🙏🏻
(Postu çevirib digər şəkil və video görüntüləri izləyə bilərsiniz)
Ətraflı məlumat almaq üçün əlaqə saxlamağınız kifayətdir ✨
☎️+994 55 955 05 95
📍Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mkr., Cavadxan küçəsi, 48a
(9 nömrəli məktəbin qarşısı / M.Əcəmi m/s yaxınlığı)
🏆💪👍👏