Türkiyə-Azərbaycan Universiteti

Türkiyə-Azərbaycan Universiteti Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Türkiyə-Azərbaycan Universiteti, College & University, Xocalı pr, 30, Baku.

2024-cü il fevralın 19-da Ankara şəhərində “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu” imzalanıb.

Türkiyə-Azərbaycan Universitetinin (TAU) rektoru dos. Nəcibə Nəsibova tələbə adını qazanmış gəncləri təbrik edib:“Əziz g...
25/08/2026

Türkiyə-Azərbaycan Universitetinin (TAU) rektoru dos. Nəcibə Nəsibova tələbə adını qazanmış gəncləri təbrik edib:

“Əziz gənclərimiz, əvvəlcə hamınızı Türkiyə-Azərbaycan Universitetinin (TAU) tələbəsi olmağınız münasibətilə bütün heyətimiz adından ürəkdən təbrik edirəm. TAU ailəsinə xoş gəlmişsiniz və hamınızı gələcəyin mühəndislərini hazırlayan təhsil ocağımızda görməkdən çox məmnunuq.

İki qardaş ölkənin prezidentlərinin etimadı ilə qurulan və hər zaman diqqət mərkəzində olan Türkiyə-Azərbaycan Universitetinin əsas məqsədi sizin kimi savadlı, istedadlı və parlaq gələcək vəd edən gənclərimizi ölkəmiz üçün beynəlxalq standartlara cavab verən peşəkar mütəxəssis kimi yetişdirməkdir.

Bu məqsədlə sizin üçün Türkiyənin nüfuzlu universitetlərinin imkanlarından faydalanmaqla, beynəlxalq təhsil mühiti yaradılıb."

Daha ətraflı -nun saytında:
https://tau.edu.az/az/news/turkiye-azerbaycan-universitetinin-rektoru-yeni-telebeleri-tebrik-edib



Orta Dogu Teknik Universitesi
İTÜ
Hacettepe Üniversitesi
Azərbaycan Texniki Universiteti

✌️ Türkiyə-Azərbaycan Universitetinin tələbəsi adını qazanmış bütün abituriyentləri ürəkdən təbrik edirik!✨️ Hamınıza fa...
24/08/2026

✌️ Türkiyə-Azərbaycan Universitetinin tələbəsi adını qazanmış bütün abituriyentləri ürəkdən təbrik edirik!

✨️ Hamınıza faydalı və məzmunlu tələbəlik illəri diləyirik!

✅️ Gələcəyin mühəndislərini hazırlayan universitetdə görüşmək diləyilə!



Orta Dogu Teknik Universitesi
İTÜ
Hacettepe Üniversitesi
Azərbaycan Texniki Universiteti

TAU-nun ODTÜ-də təcrübə keçən tələbələri ilə görüş keçirilib Avqustun 19-unda Azərbaycan Respublikasının Türkiyə Respubl...
20/08/2026

TAU-nun ODTÜ-də təcrübə keçən tələbələri ilə görüş keçirilib

Avqustun 19-unda Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin təhsil məsələləri üzrə müşaviri Müjdat Həsənov Türkiyə-Azərbaycan Universitetinin (TAU) Orta Doğu Texniki Universitetində (ODTÜ) təcrübə keçən tələbələri ilə görüşüb.

Tanışlıq görüşü zamanı təhsil və təcrübə prosesi, eləcə də ümumi təəssüratları barədə fikir mübadiləsi aparılıb.

Görüşdə ODTÜ-nün Kompüter Mühəndisliyi kafedrasının müdiri, İnformasiya Texnologiyaları şöbəsinin müdiri və müəllimləri də iştirak ediblər.



Orta Dogu Teknik Universitesi

19/08/2026

ixtisası nədir və nəyi əhatə edir?

Türkiyə-Azərbaycan Universitetinin sənaye mühəndisliyi ixtisasının II kurs tələbəsi Bəxtiyar Mirzəyev sualı cavablandırır.



İTÜ

19/08/2026

-da İstanbul Texniki Universitetinin ixtisasını oxumaq çətindir?

Bu suala -da Sənaye mühəndisliyi proqramının rəhbəri dos. Ömer Faruk Beyca cavab verir.

19/08/2026

ixtisası niyə bu qədər əhəmiyyətlidir?

Bu suala Hacettepe Universitetindən dəvət olunmuş, TAU-da Qida mühəndisliyi proqramının rəhbəri prof. Ümran Uyqun cavab verir.



Hacettepe Üniversitesi

Türkiyə-Azərbaycan Universitetinin rektorunun yüksək ballı abituriyentlərlə görüşü davam edir. Türkiyə-Azərbaycan Univer...
19/08/2026

Türkiyə-Azərbaycan Universitetinin rektorunun yüksək ballı abituriyentlərlə görüşü davam edir.

Türkiyə-Azərbaycan Universitetinin (TAU) rektoru Nəcibə Nəsibova qəbul imtahanlarından yüksək bal toplamış abituriyentlərlə görüşüb.

600-dən yuxarı bal toplamış abituriyentlərdən 297 saylı tam orta məktəbin məzunu Aida İmaməliyeva (640), Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın məzunu Rinat Məmmədli (639.3), Dilarə Əliyeva adına 1 nömrəli tam orta məktəbin məzunu Vasif İsmayılov (628), 167 saylı tam orta məktəbin məzunu Uğur Xasiyev (625), Yaşam Beynəlxalq Məktəbinin məzunu Nərmin Ağayeva (621.1), Texniki Humanitar Təbiət fənləri təmayüllü gimnaziyanın məzunu Cavidan Məcidli (606), S. Rüstəm adına Gimnaziyanın məzunu Filiz Əhmədova (606) və 169 saylı tam orta məktəbin məzunu Ziya Hüseynzadə (603) görüşdə iştirak ediblər.

Onlar Türkiyə-Azərbaycan Universitetinin kompüter və sənaye mühəndisliyi ixtisaslarını hədəflədiyini ifadə ediblər.

Rektor qəbul imtahanlarında yüksək nəticə göstərmiş abituriyentləri təbrik edib və onlara uğurlar arzulayıb.

19/08/2026

Türkiyə-Azərbaycan Universitetinin ixtisasının II kurs tələbəsi Ayan Əhmədli sahə ilə bağlı formalaşmış yanlış təsəvvürlər haqqında komandası üçün bölüşür.

Videonu tam formada linkdən izləyə bilərsiniz:
https://bit.ly/3SnQmvc



Hacettepe Üniversitesi

Address

Xocalı Pr, 30
Baku
AZ1025

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Türkiyə-Azərbaycan Universiteti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share