Tarix Elşən Zeynalovla

Tarix Elşən Zeynalovla Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tarix Elşən Zeynalovla, Tutor/Teacher, Baku.

İngiltərə kraliçası Viktoriyа Sultan Əbdülməcidə İstanbuldа bir kilsə tikdirmək istəyini bildirdi. Əbdülməcid bu istəyin...
10/09/2025

İngiltərə kraliçası Viktoriyа Sultan Əbdülməcidə İstanbuldа bir kilsə tikdirmək istəyini bildirdi. Əbdülməcid bu istəyini qəbul etdi, ingilislərə Tunel ilə Tophanə arasında yer verdi. Kilsənin tikintisi 10 il çəkdi.

1868-ci il oktyabrın 22-də kilsə ibadətə açılacaqdı.
Sultan Əbdülməcid vəfat etmiş, taxta Sultan Əbdüləziz çıxmışdı. Kraliça Viktoriya kilsənin açılışı münasibətilə Əbdüləzizə ən müasir bir avtomobil hədiyyə etdi. Osmanlı sarayından bir nəfərə də avtomobil sürməyi öyrətdilər. Bu, İstanbulun gördüyü ilk avtomobil idi.

Lakin bir problem ortaya çıxdı: xalq avtomobili görəndə şeytan görmüş kimi qaçırdı; qaçanların ən önündə də mədrəsə müəllimləri və tələbələri olurdu. “Zatü’l-Hərəkə” (Öz-özünə hərəkət edən zat) deyilən bu vasitənin “şeytan işi olduğu” xəbəri qulaqdan-qulağa bütün İstanbula yayıldı.

Bundan narahat olan Sultan Əbdüləziz Şeyxülislam Hacı Məhəmməd Rəfiq Əfəndidən fətva istədi. Ancaq Şeyxülislam həftələrlə yuxusuz qaldı, ayələrdə, hədislərdə mövzu ilə bağlı bir dəlil axtardı, tapa bilmədi…
Nəhayət “Bu avtomobil şeytan işidir” fətvasını verdi və avtomobil dənizə atıldı.

Bu fətvadan sonra İstanbula 40 il avtomobil girmədi. Bəzi varlılar, xüsusilə yəhudilər gizlicə avtomobil gətirdilər, amma II Əbdülhəmid “Yollar xarab olar, qəzalar baş verər” qorxusu ilə bu avtomobillərin istifadəsinə qadağa qoydu.

Görəsən, Əbdülhəmid Şeyxülislam Hacı Məhəmməd Rəfiq Əfəndinin “şeytan işi” fətvasındanmı qorxmuşdu?

Sükan arxasına keçdiyinizdə “Osmanlını kim yıxdı?” sualı ağlınıza gəlsə, verdiyimiz bu məlumatları xatırlayın.
Osmanlını Qərb yıxmadı, İttihadçılar yıxmadı, yəhudi bankirləri yıxmadı – məhz bu tərəqqiyə, elmə qapalı, mədrəsələrində təbiət elmləri olmayan dini fanatizmin yer aldığı zehniyyət yıxdı.

Tələbə adını qazanan bütün abituriyentləri təbrik edirəm xüsusilə öz şagirdlərimi.Tələbə adınız mübarək 👏👏👏
23/08/2025

Tələbə adını qazanan bütün abituriyentləri təbrik edirəm xüsusilə öz şagirdlərimi.Tələbə adınız mübarək 👏👏👏

DİM tarix toplusu yeniləndi
22/08/2025

DİM tarix toplusu yeniləndi

Dövlət İmtahan Mərkəzi Tarix fənni üzrə test toplusunun I hissəsini nəşr edib.

Toplunu DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://shorturl.at/B4g0M

DİM-in yeni nəşrləri
21/08/2025

DİM-in yeni nəşrləri

Dövlət İmtahan Mərkəzi Azərbaycan dili, riyaziyyat, coğrafiya, kimya fənləri üzrə test toplularının I hissəsini nəşr edib.

Topluları DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://shorturl.at/B4g0M

21/08/2025

Dövlət İmtahan Mərkəzi Azərbaycan dili, riyaziyyat, coğrafiya, kimya fənləri üzrə test toplularının I hissəsini nəşr edib.

Topluları DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://shorturl.at/B4g0M

📚 Azərbaycan tarixi 6-cı sinif📌 Ən son variant budur və bu variant nəşrə gedib⬇️📎https://t.me/tarixvemiq1/2326
21/08/2025

📚 Azərbaycan tarixi 6-cı sinif
📌 Ən son variant budur və bu variant nəşrə gedib
⬇️
📎https://t.me/tarixvemiq1/2326

Address

Baku
AZ1093

Alerts

Be the first to know and let us send you an email when Tarix Elşən Zeynalovla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category