09/10/2017
Tarixdə bu günlər 7-9 oktyabr
7 oktyabr:
1768 — Ceyms K*k Yeni Zelandiya adalarını kəşf etmişdir.
1806 — Karbon kağızı kəşf edilmişdir.
1826 — ABŞ-da ilk dəmir yolu xətti istifadəyə verilmişdir.
1950 — Tereza Ana xeyriyyə fondu yaradılmışdır.
1970 — Riçard Nikson Vyetnam müharibəsinə son qoyacaq beş maddəlik sülh şərtlərini açıqlamışdır.
1992 — Azərbaycan Ali Soveti MDB-yə daxil olmağın əleyhinə səs vermişdir.
2001 — ABŞ Əfqanıstanda hərbi əməliyyatlara başlamışdır.
2003 — Kinoaktyor Arnold Şvartsenegger Kaliforniyanın qubernatoru seçilmişdir.
8 oktyabr:
1601 — Azərbaycan şairi Saib Təbrizi anadan olmuşdur.
1873 — ABŞ-da ilk qadın həbsxanası açılmışdır.
1906 — Lev Tolstoy Nobel Ədəbiyyat Mükafatından imtina etmişdir.
1912 — Osmanlı İmperiyası və Balkan dövlətləri arasında Balkan Müharibəsi başlamışdır.
1962 — Əlcəzair BMT-yə üzv olmuşdur.
1967 — İngiltərədə ilk dəfə alkotester yaradılmışdır.
2001 — Duman nəticəsində Milan aeroportunda 2 təyyarə toqquşmuş, 118 nəfər həlak olmuşdur.
9 oktyabr:
1547 — İspaniya yazıçısı Migel de Servantes Saavedra anadan olmuşdur.
1874 — Beynəlxalq Poçt İttifaqı yaradılmışdır.
1876 — Qraham Bel ilk telefonu sınaqdan çıxarmışdır.
1941 — Azərbaycanlılardan ibarət 223-cü Milli Diviziya yaradılmışdır.
1967 — Kuba inqilabçısı Ernesto Çe Gevara qətlə yetirilmişdir.
2006 — Şimali Koreya nüvə sınağı həyata keçirmişdir.
2006 — Google şirkəti YouTube-u almaq üçün 1,65 milyard dollar ödədiyini bəyan etmişdir.