09/05/2025
Heydər Əliyev – Müasir Azərbaycanın memarı
Azərbaycan xalqının yaddaşında əbədiyaşar lider kimi qalan ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü xalqımız tərəfindən dərin hörmət və ehtiramla qeyd olunur.
Heydər Əliyev ölkənin müstəqilliyini qorumaqla yanaşı, təhsil, mədəniyyət və dövlət quruculuğu sahələrində də dərin izlər buraxmışdır. Onun “Təhsil millətin gələcəyidir” prinsipi bu gün də ölkə siyasətində əsas istiqamətlərdən biri kimi qəbul olunur.
Bu əlamətdar tarix münasibətilə Beynəlxalq Karyera Akademiyası da ümummilli liderin irsinin təbliği məqsədilə bir sıra tədbirlər həyata keçirir. Akademiyada “Təhsildə Heydər Əliyev imzası” esse müsabiqəsi, “102 Menecment Simulyasiya Proqramı” və “Heydər Əliyev – Ulu bir sərkərdə, ulu bir öndər” adlı elektron jurnal layihələri təşkil olunmuşdur.
Bu tədbirlər Heydər Əliyev ideyalarının yaşadılması və irsinin qorunmasına xidmət edir.
Hörmət və ehtiramla anırıq!