Bakı ş. Dilqəm Nəbiyev adına 178 nömrəli tam orta məktəb

Bakı ş. Dilqəm Nəbiyev adına 178 nömrəli tam orta məktəb Bakı şəhəri Nərimanov rayonu Dilqəm Nəbiyev adına 178 nömrəli tam orta ümumtəhsil məktəbi

1-ci sinfə qəbul başlayıb!
16/05/2026

1-ci sinfə qəbul başlayıb!

Məktəbimizdə xalq şairi Səməd Vurğunun yubileyinə həsr olunmuş tədbir keçirilmişdir​Azərbaycan ədəbiyyatının görkəmli nü...
15/05/2026

Məktəbimizdə xalq şairi Səməd Vurğunun yubileyinə həsr olunmuş tədbir keçirilmişdir

​Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq və ictimai xadim Səməd Vurğunun anadan olmasının ildönümü münasibətilə məktəbimizdə genişmiqyaslı tədbir təşkil olunmuşdur.

Tədbirdə məktəb rəhbərliyi, pedaqoji heyət və şagirdlər iştirak etmişlər.

​Tədbirin rəsmi hissəsindən sonra şairin yaradıcılığının şah əsəri hesab olunan "Vaqif" dramından müəyyən hissələr şagirdlərin ifasında səhnələşdirilmişdir. Tamaşada Molla Pənah Vaqif obrazı vasitəsilə sənətkarın azadlıq ideyaları, vətənpərvərlik və mənəvi ucalıq prinsipləri yüksək bədii ustalıqla nümayiş etdirilmişdir. Şagirdlərin peşəkar çıxışı, dövrün tarixi ruhunu əks etdirən geyim və dekorasiyalar tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilmişdir.

Ailə Günü ilə bağlı tədbir keçirildi...Məktəbimizdə Beynəlxalq Ailə Günü münasibətilə keçirilən tədbirlər silsiləsi dava...
15/05/2026

Ailə Günü ilə bağlı tədbir keçirildi...

Məktəbimizdə Beynəlxalq Ailə Günü münasibətilə keçirilən tədbirlər silsiləsi davam edir. Növbəti tədbir ibtidai sinif müəllimi Sevda Rüstəmovanın rəhbərliyi ilə 2B sinif şagirdləri tərəfindən təşkil olunub.

​Tədbirdə məktəbin direktoru Xəyalə Qasımova, müəllimlər və valideynlər iştirak ediblər.

​Açılış nitqi ilə çıxış edən Sevda Rüstəmova şagirdlərdə ailə dəyərlərinə sevgi və hörmət hissinin erkən yaşlardan formalaşmasının vacibliyini vurğulayıb.

Şagirdlərimizin uğuru...6c sinif şagirdi Əkbərli Nihad Afərin oğlu RFM-in riyaziyyat fənni üzrə, 5a sinif şagirdi Əsədov...
14/05/2026

Şagirdlərimizin uğuru...

6c sinif şagirdi Əkbərli Nihad Afərin oğlu RFM-in riyaziyyat fənni üzrə, 5a sinif şagirdi Əsədova Nurxanım Cəfər qızı isə Lütfizadə adına Məntiq Olimpiadasının final mərhələsinə keçiblər.

Hər iki şagirdimizi təbrik edirik!

Şagirdimizin uğuru...9A sinif şagirdi İsgəndərli Mədinə "Aura" idman klubunun cüdo idman növü üzrə yeniyetmələr arasında...
13/05/2026

Şagirdimizin uğuru...

9A sinif şagirdi İsgəndərli Mədinə "Aura" idman klubunun cüdo idman növü üzrə yeniyetmələr arasında keçirilmiş yarışda 1-ci yerə laiq görülmüşdür.

Şagirdimizi təbrik edir və uğurlarının davamlı olmasını arzu edirik!

Məktəbimizdə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib10 may Azərbaycanın ümummilli lideri Heyd...
08/05/2026

Məktəbimizdə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

10 may Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Bu münasibətlə məktəbin akt zalında "Ulu Öndər və Azərbaycan" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıq elan edildi. Daha sonra Ulu Öndərin və Vətənin azadlığı uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Məktəbin direktoru X. Qasımova Ulu Öndərin Azərbaycan təhsilinə, gənclərin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs etdi. O, Heydər Əliyev ideyalarının hər bir azərbaycanlı üçün mayak olduğunu və gənc nəslin bu ruhda tərbiyə olunmasının vacibliyini qeyd etdi.

​Daha sonra məktəbin tarix müəllimi S. Qurbanlı çıxış edərək, dahi rəhbərin siyasi fəaliyyəti, xilaskarlıq missiyası və dövlətçilik tariximizdəki əvəzsiz rolu barədə şagirdlərə geniş məlumat verdi.

​Tədbirin bədii hissəsində məktəblilərin hazırladıqları proqram maraqla qarşılanıb.
​Şagirdlər Ulu Öndərə və Vətənə həsr olunmuş duyğulu şeirlər səsləndirdilər. Məktəblilərin ifasında nümayiş etdirilən rəqs nömrələri tədbirə xüsusi rəng qatdı.

Müasir Azərbaycanın Qurucusu Heydər Əliyevin 103-cü İldönümünə Həsr Olunmuş Dəyirmi Masa Keçirildi​Məktəbimizdə Azərbayc...
08/05/2026

Müasir Azərbaycanın Qurucusu Heydər Əliyevin 103-cü İldönümünə Həsr Olunmuş Dəyirmi Masa Keçirildi

​Məktəbimizdə Azərbaycan xalqının Ümummilli Lideri, uzaqgörən siyasətçi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə 9-cu və 10-cu sinif şagirdlərinin iştirakı ilə "Heydər Əliyev və Müasir Azərbaycan" mövzusunda dəyirmi masa təşkil olunub.

Məktəbin direktoru Xəyalə Qasımova çıxış edərək Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixindəki misilsiz xidmətlərindən danışıb. O, dahi şəxsiyyətin təhsilə və gənclərə verdiyi önəmi vurğulayaraq qeyd edib:

​"Heydər Əliyev təkcə bir dövlət xadimi deyil, həm də hər bir azərbaycanlı üçün milli qürur mənbəyidir. Bu gün biz onun təməlini qoyduğu güclü Azərbaycanın bəhrələrini görürük. Şagirdlərimizin bu irsi öyrənməsi və yaşatması ən vacib vəzifələrdən biridir."

Təşkilatçı Pəri Nağızadə öz çıxışında Ulu Öndərin gənclər siyasətinə toxunub. O, Heydər Əliyev ideologiyasının gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı rolunu xüsusi qeyd edib. Bildirilib ki, bu cür tədbirlərin məqsədi şagirdlərdə dövlətçilik şüurunu inkişaf etdirmək və tarixi həqiqətləri onlara daha dərindən aşılamaqdır.

Tarix müəllimi Azər Həsənli tərəfindən dərnək üzvləri ilə Ulu öndər Heydər Əliyevin 103-cü illiyi ilə bağlı dəyirmi masa...
08/05/2026

Tarix müəllimi Azər Həsənli tərəfindən dərnək üzvləri ilə Ulu öndər Heydər Əliyevin 103-cü illiyi ilə bağlı dəyirmi masa keçirildi.

Tədbirdə təşkilatçı müavin və tarix müəllimləri iştirak etdilər.

Dahi Şəxsiyyətə Ehtiram: Məktəblilər Fəxri Xiyabanı Ziyarət Ediblər​Azərbaycan xalqının Ümummilli Lideri, müasir dövlətç...
07/05/2026

Dahi Şəxsiyyətə Ehtiram: Məktəblilər Fəxri Xiyabanı Ziyarət Ediblər

​Azərbaycan xalqının Ümummilli Lideri, müasir dövlətçiliyimizin banisi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə ölkəmizin hər yerində silsilə tədbirlər keçirilir. Bu əlamətdar gün çərçivəsində gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə növbəti ziyarət təşkil olunub.

​Tarix müəllimi Azər Həsənli rəhbərlik etdiyi dərnək üzvləri ilə birlikdə paytaxtın ən müqəddəs məkanlarından olan Fəxri Xiyabanı ziyarət edib. Ziyarət zamanı şagirdlər Ulu Öndərin məzarı önünə tər çiçəklər düzərək, dahi rəhbərin əziz xatirəsini böyük ehtiramla yad ediblər.

​Ziyarət zamanı Azər Həsənli şagirdlərə Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və inkişafı naminə göstərdiyi misilsiz xidmətlər barədə məlumat verib.

Pedaqoji Şuranın növbədənkənar iclası: "Son zəng" tədbirinə hazırlıq məsələləri müzakirə olunub​Məktəbimizdə 2025/2026-c...
04/05/2026

Pedaqoji Şuranın növbədənkənar iclası: "Son zəng" tədbirinə hazırlıq məsələləri müzakirə olunub

​Məktəbimizdə 2025/2026-cı tədris ilinin "Son zəng" tədbirinin yüksək səviyyədə təşkili və keçirilməsinə dair növbədənkənar Pedaqoji Şura iclası keçirilib. İclasın əsas məqsədi müvafiq təlimatların həm pedaqoji heyətə, həm də valideynlərə çatdırılması və təşkilati işlərin koordinasiya edilməsi olub.

​İclasda çıxış edən məktəbin direktoru Xəyalə Qasımova tədbirin gedişatı ilə bağlı aşağıdakı mühüm məqamları diqqətə çatdırıb:
1. ​Təhlükəsizlik tədbirləri: Tədbir zamanı şagirdlərin təhlükəsizliyinin maksimum dərəcədə təmin olunması;
2. ​Daxili intizam qaydaları: Məktəb ərazisində və tədbir müddətində nizam-intizam qaydalarına ciddi riayət edilməsi;
3. ​Təşkilati prosedur: Təlimata uyğun olaraq tədbirin müəyyən olunmuş zaman çərçivəsində və ssenari üzrə idarə olunması.

​Direktor, həmçinin valideynləri maraqlandıran sualları cavablandıraraq, bu əlamətdar günün hər bir məzun üçün yaddaqalan və təhlükəsiz keçməsinin məktəb rəhbərliyinin prioritet vəzifəsi olduğunu vurğulayıb.

Məktəb rəhbərliyi təcrübəçi tələbələrlə görüşüb​Məktəbimizdə pedaqoji təcrübə keçən tələbələrlə növbəti görüş baş tutub....
04/05/2026

Məktəb rəhbərliyi təcrübəçi tələbələrlə görüşüb

​Məktəbimizdə pedaqoji təcrübə keçən tələbələrlə növbəti görüş baş tutub. Görüş zamanı məktəbin direktoru Xəyalə Qasımova gənc mütəxəssislərlə yaxından tanış olaraq, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

​Direktor öz çıxışında müəllimlik peşəsinin məsuliyyətindən və şərəfindən bəhs edərək, təcrübə müddətinin tələbələr üçün önəmli bir mərhələ olduğunu vurğulayıb. O, gənclərin məktəb mühitinə uyğunlaşması, müasir təlim metodlarını mənimsəməsi və şagirdlərlə düzgün ünsiyyət qurması istiqamətində öz tövsiyələrini verib.

​Görüş səmimi diskussiya formatında davam edib. Tələbələr onlara yaradılan şəraitə və göstərilən diqqətə görə məktəb rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Address

A. Heydərov Küçəsi 26
Baku

Alerts

Be the first to know and let us send you an email when Bakı ş. Dilqəm Nəbiyev adına 178 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Bakı ş. Dilqəm Nəbiyev adına 178 nömrəli tam orta məktəb:

Shortcuts

Share

Category