214 nömrəli tam orta məktəb

214 nömrəli tam orta məktəb

Share

V.Sadıqov adına 214 nömrəli tam orta məktəb Hər tədris ilində məktəbi yüzlərlə XI sinif məzunu bitirir.

214 nömrəli tam orta məktəb 1963-cü ildə tikilmişdir. 2002-ci ildən Vüqar Sadıqovun adını daşıyır. 2006-cı ildə məktəbin 3 mərtəbəli təzə korpusu istifadəyə verilmişdir. Azərbycan Respublikaısnın Prezidenti İlham Əliyevin sərəncamı ilə 2014-2015-ci tədris ilində məktəbdə keyfiyyətli təmir işləri aparılmış, məktəb yeni mebel, avadanlıq, kompüter və elektron dərs vasaitləri ilə təchiz edilmişdir. 20

30/04/2026
Photos from 214 nömrəli tam orta məktəb's post 23/04/2026

214 nömrəli məktəbin müəllimləri Hacıyeva Gülnar, Fətəliyeva Raidə, Aslanlı Ülkər, Əsgərli Röya Azərbaycan Respublikasının Təhsil İnstitutu və HP İDEA (HP İnnovasiya və Rəqəmsal Təhsil Akademiyası) tərəfindən həyata keçirilən beynəlxalq proqramda uğurla iştirak edərək HP İDEA sertifikatı ilə təltif olunublar.

19/04/2026

11-ci sinif buraxılış imtahanının nəticələri elan olundu!
Unutmayın, bu sadəcə bir mərhələdir — qarşıda daha böyük hədəflər var!

Hər birinizə uğurlar!

Photos from 214 nömrəli tam orta məktəb's post 17/03/2026

Bayramlar həm də milli adət-ənənələrimizi, dəyərlərimizi və atributlarımızı yaşatmaq, gələcək nəsillərə ötürmək baxımından xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə ilaxır çərşənbədə məktəbimizin qadın kollektivi milli dəyərlərimizi əks etdirən kəlağayılarla bir araya gəldi. Bayram ab-havasını əks etdirən bu təşəbbüs səmimi və xoş ovqat yaratdı. Bu gözəl ovqatla hər kəsin bayramını təbrik edirik!

Photos from 214 nömrəli tam orta məktəb's post 06/03/2026

3-5 mart 2026-cı il tarixlərində Bakı Ali Neft Məktəbində ABŞ-nin Society for Science təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində ölkəmizdə keçirilən “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin milli final mərhələsi təşkil olunub.
Ümumtəhsil müəssisələrində təhsil alan, elmi tədqiqat işinə meyli olan IX–XI sinif şagirdləri müsabiqədə 9 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt) üzrə iştirak ediblər.
Nizami rayonu 214 nömrəli məktəbin 10ə sinif şagirdi Əsədli Banu Ceyhun qızı Biologiya istiqaməti üzrə "GO-KİD" adlı layihə ilə müsabiqənin final mərhələsində iştirak edərək III yerə layiq görülmüşdür. Şagirdimizi təbrik edirik, ona gələcək təhsilində uğurlar arzulayırıq.

18/02/2026

Ana dili gününə həsr olunmuş tədbirdən

Photos from 214 nömrəli tam orta məktəb's post 10/02/2026

V, VI və VII sinif şagirdlərinin iştirak etdiyi məktəblilərarası fənn müsabiqələri, eləcə də Lütfi-Zadə adına riyaziyyat-məntiq olimpiadasının məktəb mərhələsi keçirilir.

05/02/2026

“Rəqəmsal məktəb”: müəllim fəaliyyətinə dair valideyn rəyi

“Rəqəmsal Məktəb” platformasının (https://reqemsal.edu.az/) “Valideynlərin rəylərii” bölməsi vasitəsilə valideynlər övladlarına dərs deyən müəllimlərin fəaliyyəti barədə rəy bildirmək imkanına malikdirlər.

Valideynlər platformaya daxil olaraq övladlarına dərs deyən müəllimlər haqqında müvafiq meyarlar üzrə fikir və təkliflərini qeyd edə, dərslərin təşkili, müəllimin şagirdlərlə münasibəti barədə rəy verə bilirlər.

Valideynlər tərəfindən təqdim olunan rəylər “Rəqəmsal məktəb” platformasının məktəb direktoru səhifəsində əks olunur. Toplanılan rəylər tədris prosesinin təkmilləşdirilməsi, müəllim fəaliyyətinin qiymətləndirilməsi və şagirdlərin inkişafının daha yaxından izlənilməsinə şərait yaradır.

Qeyd edək ki, bölmənin yaradılmasında əsas məqsəd müəllim-valideyn əməkdaşlığının gücləndirilməsi və təhsilin keyfiyyətinin daha da yüksəldilməsindən ibarətdir.

02/02/2026

“Rəqəmsal məktəb”: valideyn- məktəb əməkdaşlığında yeni imkan

“Rəqəmsal məktəb” platformasının (https://reqemsal.edu.az/) funksiyalarından istifadə etmək üçün valideynlər bir neçə sadə mərhələni icra edərək qeydiyyatdan keçirlər. Qeydiyyat zamanı valideyn şəxsiyyətini və övladı ilə bağlı məlumatları təsdiqləyir ki, bu da platformadan təhlükəsiz və fərdi istifadəni təmin edir.

Qeydiyyat tamamlandıqdan sonra valideyn övladı üçün müəyyən etdiyi fərdi giriş şifrəsi vasitəsilə onun təhsil göstəricilərini, davamiyyətini və məktəblə bağlı məlumatlarını rahat və təhlükəsiz şəkildə izləyə bilir.

Qeyd edək ki, təhsil prosesində şəffaflığın və valideyn–məktəb əməkdaşlığının gücləndirilməsi məqsədilə yaradılmış “Rəqəmsal məktəb” platforması valideynlərə övladlarının təhsil göstəricilərini izləmək, məktəb həyatı ilə bağlı məlumatları vaxtında əldə etmək və rəy bildirmək imkanı yaradır.

28/01/2026

“Məktəb ictimai müzakirədə” layihəsinə start verilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə “Məktəb ictimai müzakirədə” adlı yeni layihəyə start verilir.

Layihənin əsas məqsədi ümumi təhsil müəssisələrinin fəaliyyətinə dair ictimai hesabatlılığın genişləndirilməsi, ictimaiyyətlə açıq dialoqun qurulması və təhsil mühitində şəffaflığın daha da artırılmasından ibarətdir.

“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində paytaxtdakı ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı nüfuzlu ziyalıların, tanınmış ictimai xadimlərin, təhsil ictimaiyyətinin, valideynlərin və media nümayəndələrinin iştirakı ilə müzakirələr aparılacaq, açıq dialoq mühiti formalaşdırılacaq. Müzakirələr zamanı məktəblərin idarə olunması, tədrisin keyfiyyəti, valideyn-məktəb əməkdaşlığı, ictimai nəzarət mexanizmləri və təhsil sahəsində şəffaflığın artırılması kimi məsələlərə xüsusi diqqət yetiriləcək.

Qeyd edək ki, layihə çərçivəsində paytaxtın müxtəlif məktəblərində təşkil olunacaq müzakirələrdə təhsil ocağının fəaliyyəti, əldə olunan nailiyyətlər, qarşıda duran hədəflər və mövcud çağırışlar təqdim ediləcək, iştirakçıların rəy və təklifləri dinləniləcək.

Photos from Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi's post 29/11/2025

“Məktəblərarası Milli Hakaton-2025”- müsabiqəsinin final mərhələsi keçirilir. Məktəbin şagirdləri də müsabiqədə iştirak edir. Onlara uğurlar arzu edirik!

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Əzim Əzimzadə 18
Baku
1096

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00