19/08/2026
Bəla sözü bəlva feilindən törəyib, imtahan etmək, sınamaq deməkdir. Həmçinin bəliyə feli də bu qoldandır ki, bəzi adamlar kökü buradan götürür. Bir şeyin köhnəlməsi, aşınması deməkdir. Bəla sözü imtahan, taleyin sınağı kimi işlədilib. Zamanla mənfi istiqamətdə daha çox yer tutub. Bizim dildə də fəlakət mənasında işlədilir.
Ərəb dilində bəla qətiyyətli təsdiq bildirən bəli, əlbəttə deməkdir, amma fəlakət kimi işlətdiyimiz bəla ilə bəli eyni kökdən deyil. İslam inancına görə, ruhlar aləmində Allah onlardan soruşub. Mən sizin Rəbbiniz deyiləmmi? Ruhlar isə bəla! cavabını veriblər. Dilçilərin romantik olan bəziləri deyir ki, o qəti cavaba görə, insanlar sınaqdan keçməkdən çox bəla çəkirlər. Bu daha çox təsəvvüfdə belə qəbul olunur.
Yeri gəlmişkən, ingiliscə tribulation sözü var, ağır sınaq və fəlakət deməkdir. Latıncada tribulum sözündən yaranıb. Vaxtilə buğdanı samandan ayırıb əzmək üçün üstündən keçən ağır taxta mənasında işlənirmiş.
(C) Alisa Poliker