IV kurs tələbələrinin nəzərinə!
Sizin dərsə davamiyyət limitini keçmə, imtahan nəticələrinə güzəşt və digər bu kimi hallarla bağlı müraciətləriniz təhlil edilmişdir. Nəzərinizə çatdırırıq ki, müraciətlərinizi ümumiləşdirərək imtahan sessiyasından sonra güzəşt məsələsinə baxılacaqdır. IV kurs tələbələrindən xahiş olunur ki, güzəşt məsələləri ilə bağlı 12 aprel tarixindən sonra fakültə dekanına yazılı formada müraciətlərini təqdim etsinlər.
UNEC - Məzunlar
Səhifə Biznes İnzibatçılığı fakültəsi Tələbə Gənclər Təşkilatı və fakültənin f?
02/04/2017
Aprel döyüşlərindən 1il ötür. Bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirik!
UNEC "BİRLİK VAXTIDIR!" Azərbaycan Dövlət İqtisad Universiteti tələbələrinin əsgərlərimizə dəstək aksiyası © BİF TGT
25/02/2017
"YADDAŞLARDA XOCALI " Azərbaycan Dövlət İqtisad Universiteti, Biznes inzibatçılığı fakültəsi tələbələrinin Xocalı soyqırımı haqqında hazırladıqları qısa film. Rejissor və layihə r...
Dəyərli müəllimlər və tələbələr,
2016/17-ci tədris ilinin Yaz semestri 16 fevral 2017 tarixindən başlayacaq. Dərs cədvəlləri ilə şəxsi kabinetinizdən tanış ola bilərsiniz.
Yeni semestrde hər birinizə uğurlar!
Əziz tələbələr, Sizləri Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təbrik edir, bu ilin sizlər üçün uğurlu və düşərli olmasını arzu edirik!
03/12/2016
3 dekabr Beynəlxalq Əlillər Günüdür.
Hazırda dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. 1982-ci ildə Baş Məclis tərəfindən qəbul edilmiş əlillərə münasibətdə Ümumdünya hərəkət proqramında xüsusi təkliflər göstərilib.
EY HƏYAT, SƏN NƏ QƏRİBƏSƏN (İşarə dili) BİF TGT Video, Azərbaycan Dövlət İqtisad Universiteti Biznes İnzibatçılığı fakültəsi TGT fəalları tərəfindən danışma və eşitmə qabiliyyəti olmayan şəxslərin cəmiyyət...
08/11/2016
Bayramınız Mübarək! :)
"HAPPY FLAG DAY" AZERBAIJAN Azərbaycan Dövlət İqtisad Universiteti Biznes İnzibatçılığı fakültəsi Tələbə Gənclər Təşkilatı tərəfindən 9 noyabr “Azərbaycan Respublikasının Dövlət Bayrağı...
Əziz tələbələr!
UNEC Yaradıcılıq Mərkəzinin rəhbərliyi mərkəzə qoşulmaq istəyən hər bir tələbəni üzv olmaqa dəvət edir.
İlk qeydiyyat və görüş Türk Dünyası İşlətmə Fakültəsi, Biznes və Menecment fakültəsinin tələbələri üçün olacaq.
Tarix: 26 oktyabr
I növbə 13:30
II növbə 12:00
Məkan: IV tədris binası, böyük akt zalı.
Qeyd: İstənilən kurs yaxınlaşa bilər.
1.Rəsm
2.Rəqs (milli, xarici və dünya rəqsləri)
3.İnstrumental ifaçılıq (milli, xarici)
4.Vokal ifaçılıqı (milli, müasir, rok, jazz, pop, muğam, aşıq)
5.Aktyorluq (dram, komediya, KVN)
6.Bədii qiraət
7.Dizayn və modelyerlik və s.
04/10/2016
04.10.2016 tarixində keçirilən Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Gənclər Təşkilatının VII hesabat-seçki konfransında Biznes və Menecment fakültəsi "İlin ən yaxşı fakültəsi" nominasiyası üzrə qalib olub.
Tələbələrimizi təbrik edir,uğurlarının davamını diləyirik! :)
UNEC-in III VƏ IV KURS TƏLƏBƏLƏRİNİN NƏZƏRİNƏ!
“Azercell Telekom” MMC Azərbaycanda təhsil alan tələbələrə aylıq təqaüd almaq imkanını təqdim edir. Tələbə Təqaüdü Proqram üzrə qalib gələn tələbələr ali təhsillərinin sonunadək 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə və sosial fəaliyyətlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək şansını əldə edəcəklər.
Azercellin Tələbə Təqaüdü Proqramının məqsədi:
müvəffəqiyyətlə təhsil alan və akademik fərq yaradan tələbələrə xüsusi qayğı göstərmək,
yüksək potensiallı tələbələrin gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olmaq,
korporativ sosial məsuliyyətli fəaliyyətlər çərçivəsində cəmiyyətimizə töhfə vermək.
Bu məqsədlə 11.10.2016-cı il tarixində saat 11:45-də universitetin əsas tədris binasının Böyük akt zalında Azercell Şirkətinin əməkdaşlarının iştirakı ilə təqaüd proqramının təqdimatı keçiriləcəkdir.
Arzu edənlər (III və IV kurs tələbələri) görüşdə iştirak edə bilərlər.
21/09/2016
UNEC-in Biznes və menecment fakültəsinin strateji hədəfləri müzakirə edilib.
UNEC — UNEC-in Biznes və menecment fakültəsinin strateji hədəfləri müzakirə edilib Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsində “Meqa fakültədə keyfiyyətli təhsilin strateji hədəfləri” mövzusunda dəyirmi masa keçirilib.
Sabahdan başlayacaq yeni dərs ili və bilik günü münasibətilə bütün tələbələrimizi, o cümlədən müəllim kollektivini təbrik edir, uğurlu dərs ili və müvəffəqiyyətlər arzu edirik!
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Website
Address
IV Tədris Binası Bakı şəhəri, Abbas Səhhət, 45 A
Baku