72 Məktəb Lisey

72 Məktəb Lisey

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 72 Məktəb Lisey, Community College, Fikrət Tağıyev 2, Baku.

Photos from 72 Məktəb Lisey's post 21/11/2017

Noyabrın 18-də məktəbin Fəaliyyət planına uyğun olaraq şagirdlərdə keyfiyyətli təhsil alma, biliklərə marağı artırmaq və özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təşkil etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaq məqsədilə məktəbdaxili olimpiada keçirildi. Olimpiadada bütün fənlər üzrə VII-XI sinif şagirdləri iştirak etdi.

Photos from 72 Məktəb Lisey's post 21/11/2017

20 oktyabr - 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı”nın əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü və 20 noyabr- Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılmasıdır. Bu aylıq çərçivəsində bizim məktəbimizdə də uşaq hüquqlarının qorunması mövzusunda bir sıra maarifləndirici tədbirlər, “Dəyirmi masa”, treninq-seminar keçirilmiş, divar qəzetləri hazırlanmışdır.
Həyata keçirilən tədbirlərdə “Uşaq hüquqları aylığın”ın hər il bizim ölkəmizdə də qeyd olunması şagirdlərin nəzərinə çatdırılmış, uşaqların problemlərinin həllinin, onların hüquqlarının qorunmasının ölkəmizdə ən aktual məsələlərdən biri olduğu qeyd edilmişdir. Məhz bu səbəbdən BMT-nin Uşaq Hüquqları Konvensiyasının icrasının təmin edilməsi istiqamətində məktəbimizin bir çox siniflərində qrup halında müzakirələr və mütaliələr keçirilmiş, sinif rəhbərləri tərəfindən sinif təşkilat saatlarında şagirdlərlə söhbətlər aparılmışdır. Həmçinin şagirdlərimiz “Uşaq hüquqları uşaqların gözü ilə” mövzusunda divar qəzetləri və plakatlar hazırlamışdılar.
Bundan əlavə, məktəbimizin kitabxanasında “Uşaq Hüquqları" adlı seminar keçirilmişdir. Seminarda çıxış edən tarix müəllimi Mikayılova Nərgiz uşaqların hüquq və azadlıqları, uşaq hüquqları konvensiyası barədə şagirdlərə məlumat verərək, bir sıra ölkələrdə uşaq hüquqlarının necə qorunması məsələsinə toxunmuş, ölkəmizdə uşaqların yüksək qayğı ilə əhatə olunduğunu, onlar üçün hər cür şəraitin yaradıldığını vurğulamışdır. Qarşılıqlı diskussiya şəraitində həyata keçirilən seminarda müxtəlif video çarxlar nümayiş etdirilmişdi. Seminarın sonunda 3-cü sinif şagirdləri “Qoy həmişə sülh olsun” mahnısınıi ifa etmişdilər.

Photos from 72 Məktəb Lisey's post 21/11/2017

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən 12 noyabr-Konstitusiya günü ilə bağlı məktəbimizdə 6 noyabr tarixində “Hüquqi dövlətin əsasları” adlı olimpiada keçirilmişdi.Olimpiadada sinif şagirdlərindən 20 nəfər iştirak edirdi.Olimpiada Azərbaycan Respublikası Konstitusiyasını əhatə edən 50 test sualından ibarət idi.Bu olimpiyadada məktəbimiz 2-ci yeri tutdu.İki şagirdimiz isə Fəxri Fərmanla təltif olundu

Photos from 72 Məktəb Lisey's post 21/11/2017

Noyabrın 8-də İbtidai sinif müəllimi Nailə Məmmədzadənin təşkilatçılığı altında 2 sinif şagirdlərinin iştirakı ilə 9 noyabr-Dövlət Bayrağı Gününə həsr olunmuş sinif təşkilat saatı keçirildi. Sinif rəhbəri dövlət bayrağının müstəqilliyin, dövlətçiliyin və dövlət quruculuğunun rəmzi olduğunu bildirdi, dövlət atributu olaraq Azərbaycan bayrağına ehtiram göstərilməsinin hər bir ölkə vətəndaşının müqəddəs borcu olduğunu qeyd etdi. Şagirdlər vətən, bayraq, azadlıq, müstəqillik haqqında şeirlər söyləyib ,mahnılar ifa etdilər. ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər.

Photos from 72 Məktəb Lisey's post 21/11/2017

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar tədbirlər keçirilib. Belə ki, təhsil müəssisələrində məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə Dövlət Bayrağı Gününə həsr olunan konfranslar, ədəbi-bədii gecə, mühazirə və disputlar, “Dəyirmi masa”lar təşkil edilib. Eləcə də təhsil müəssisələrində dövlət atributlarına aid fotostendlər hazırlanıb, məktəblilər arasında rəsm, bədii qiraət, inşa yazı müsabiqələri, idman yarışları keçirilib, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub. “Bayrağımız qürur mənbəyimizdir”, “Mənim bayrağım ən gözəl bayraqdır”, “Bir kərə yüksələn bayraq bir daha enməz”, “Qarabağda dalğalan, bayrağım”, “Dövlət bayrağının tarixi” və digər mövzularda təşkil olunmuş tədbirlər Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirlərdə bayrağımızın yaranma tarixi, ulu öndər Heydər Əliyevin Dövlət bayrağı haqqındakı fikirləri, Azərbaycan bayrağının şanlı tarixi haqqında geniş məlumat verilib, Dövlət Bayrağı Gününün tarixi əhəmiyyəti vurğulanıb. Çıxış edənlər Dövlət Bayrağı Gününün bütün azərbaycanlılar tərəfindən qeyd edilməsini milli birliyin nişanəsi adlandırıblar. Həmçinin, bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə torpaqlarımız düşmən işğalından azad ediləcək, üçrəngli bayrağımız doğma Qarabağımızın hər bir guşəsində dalğalanacaq. Tədbirlərdə şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Photos from 72 Məktəb Lisey's post 27/10/2017

Məktəbin Fəaliyyət Planına müvafiq olaraq 9-cu siniflərin Azərbaycan dili və riyaziyyat fənləri üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi və şagirdlərin pedaqoji-psixoloji cəhətdən buraxılış imtahanlarına hazırlığının təmin edilməsi məqsədilə buraxılış siniflərində sınaq qiymətləndirilməsi aparıldı. Oktyabrın 26-da 9-cu siniflərdə şagirdlərin Azərbaycan dilindən və riyaziyyat fənnindən bilik və bacarıqları test üsulu ilə yoxlanıldı.

Photos from 72 Məktəb Lisey's post 27/10/2017

Sabunçu Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Dilarə xanım Cəbrayılovanın birgə təşkilatçılığı ilə 5 oktyabr “Müəllimlər Günü” ilə əlaqədar olaraq “Oxuyaq və Oxudaq” adlı layihəsi keçirilmişdi. Həmin layihədə fəal iştirak edən 5"A" ,6"Ç",7"Ç",7"D"və 8"A" sinifləri məktəb rəhbərliyi tərəfindən təşəkürnamə ilə təltif olundular. Məktəbin direktoru Fərqanə müəllimə şagirdlərə məktəbin ictimayı işlərində daima belə fəal olmaqla yanaşı təhsildədə fəal olmaqlarını arzuladı.

Photos from 72 Məktəb Lisey's post 18/10/2017

Şagirdlərdə dünya görünüşün artırılması məqsədi ilə 16.10.2017-ci il tarixində 7A və 8B sinif şagirdləri “Daşların nəğməsi” adlı içəri şəhər gəzintisinə çıxdılar. Gəzintiyə “Şirvanşahlar Sarayını”və “Qız Qalasını” görmək daxil idi. Bələdçinin o dövrün adət-ənənələri, dövlətçiliyi barədə danışdığı məlumat dolu söhbətlər saray divarlarının daşlarında musiqi kimi sədalanırdı. Şagirdlər sanki qədim şəhərə, qədim dövrə düşmüşdülər. Şəhərimizin gözəlliyi, keçmişlə - müasir dövr arxitekturasının eyni vaxtda canlanması şagirdləri heyran etmişdir. Şirvanşahlar sarayının çöl divarları üzərində 1918-ci il mart güllə-baranlarından qalan izlər şagirdlərin daha çox marağına səbəb oldu. Şagirdlərimizə tariximizi anlatmaq, şəhərimizi, mədəniyyətimizi, adət-ənənəmizi öyrətmək məqsədi ilə keçirilən gəzinti uğurla keçdi. Şagirdlərdə çox xoş təsuratlar yaratdı.

Photos from 72 Məktəb Lisey's post 09/10/2017

Bakıda azyaşlılar arasında karate idman növü üzrə Dünya çempionatı keçirildi. Bu yarışda 72№li məktəb-liseyin 6F sinif şagirdi Quluyev Məhəmməd və İzmayılov Məhəmməd öz yaşıdları arasında keçirilən yarışda 1-ci yeri qazanaraq qızıl medal, İzmayılov Hüseyin 2-ci yerə çıxaraq gümüş medal, Qurbanov Səid isə 3-cü yerə layiq görülmüşdülər. Bununla əlaqədar olaraq 9 oktyabr 72№li məktəb-liseydə tədbir keçirildi. Tədbirdə baş katib Elçin Məmmədli, vitse prezident Vüsal Abdullazadə iştirak etdi. Qalib şagirdləri təbrik edib,onlara hədiyyələrini və Azərbaycan bayrağını təqdim etdilər.Habelə Elçin Məmmədli və Vüsal Abdullazadə şagirdlərin təhsili ilədə maraqlandılar və sinif müəllimləri ilə görüşdülər.

09/10/2017

72 saylı məktəb-liseyin direktoru Fərqanə Abbasovanın siniflər üzrə valideyn komitələrinin sədrləri ilə görüş keçirildi. Görüşdə məktəb-valideyn, həmçinin müəllim-valideyn münasibətlərinin daha effektiv qurulması yolları müzakirə olundu. İclasda valideynləri narahat edən məsələlər ətrafında suallar cavablandırıldı, məktəbin daxili nizam-intizam qaydaları haqqında valideynlər məlumatlandırıldı.

Photos from 72 Məktəb Lisey's post 09/10/2017

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar tədbirlər keçirilib. Belə ki, 72№-li məktəb liseydə də Beynəlxalq Müəllimlər Gününə həsr olunan “Dəyirmi masa”lar, bədii qiraət gecələri təşkil edilib.. Həmçinin, "Ən yaxşı və ən sevimli müəllim", “Müəllimlərə arzularım”, “Mənim sevimli müəllimim”, “Səndən öyrəndim” kimi rəsm, şeir, inşa, video müsabiqələri də həyata keçirilib. Məktəbin foyesində şagirdlər müəllimlərə həsr edilmiş şeirlərdən parçalar səsləndirib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Onlar da müəllimlərini təbrik edib, şərəfli və məsuliyyətli peşələrində uğurlar arzulayıblar

Photos from 72 Məktəb Lisey's post 09/10/2017

Sabunçu Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Dilarə xanım Cəbrayılovanın birgə təşkilatçılığı ilə 5 oktyabr “Müəllimlər Günü” ilə əlaqədar olaraq 3 oktyabr 2017-ci il tarixdə “Oxuyaq və Oxudaq” adlı layihə çərçivəsində Maştağa, Nardaran və Bilgəh qəsəbələrində səyyar kitabxana təşkil olundu və yerli sakinlərə ödənişsiz kitablar paylanıldı. Səyyar kitabxana bu gündə 72 saylı məktəb liseyin qonağı oldu.Şagirdlərə hədiyyə edilən müxtəlif növ kitablar,onların maraq və sevincinə səbəb oldu Rayonumuzda keçirilən bu layihə haqqında şagirdlərimiz öz fikirlərini bildirdilər.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Address


Fikrət Tağıyev 2
Baku