01/05/2026
Məktəblilərimiz "Şahin" hərbi-idman oyununun rayon mərhələsində uğurla çıxış ediblər
Yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə keçirilən "Şahin" hərbi-idman oyununun Nəsimi rayon birinciliyi baş tutub. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda məktəbimizin 10-cu sinif şagirdlərindən ibarət komandası yüksək hazırlıq nümayiş etdirərək məktəbimizi layiqincə təmsil edib.
Yarışma zamanı şagirdlərimiz sıra hazırlığı, fiziki normativlərin yerinə yetirilməsi və digər hərbi elementlər üzrə öz bacarıqlarını sərgiləyiblər. Komandanın tərkibində fəal iştirak edən şagirdlərimiz — Seyfulov Davud, Yahyayev Adil, Mordasov Vadim, Quliyev Rza, Haşemi Xeyabani Seid Omid, Rüstəmov Səyid, Əlişzadə Ayza, Kudriavtseva Veronika, Əsədzadə Nurə, Verdiev Farkhad, Yusifov Əli, Babayev Bülbül və Şəmmədov Ramal nizam-intizamı ilə seçiliblər.
Şagirdlərimizin bu uğurlu çıxışında komandanın hazırlanmasına rəhbərlik edən hərbi rəhbər Əliyev Hüseynin və təşkilati işlərdə böyük əməyi olan təşkilatçı İbrahimli Safuiranın xüsusi rolu olmuşdur. Onların rəhbərliyi altında şagirdlərimiz həm fiziki dözümlülük, həm də komanda ruhu nümayiş etdirərək rəqiblərindən fərqlənməyi bacarıblar.
Qeyd edək ki, gərgin keçən yarışın yekun nəticələrinin yaxın günlərdə rəsmi olaraq elan edilməsi gözlənilir. Məktəb rəhbərliyi adından həm müəllimlərimizi, həm də şagirdlərimizi bu nailiyyət münasibətilə təbrik edir, onlara vətənpərvərlik ruhunda yetişmək yolunda yeni müvəffəqiyyətlər arzulayırıq.