Bakı ş. S.Məmmədov adına 110 nömrəli tam orta məktəb

Bakı ş. S.Məmmədov adına 110 nömrəli tam orta məktəb

Share

Məktəb Qaradağ rayonu,Ələt qəsəbəsində yerləşir.1973-cü ildə tikilib,2011-ci ildə əsaslı təmir olunaraq yenidən istifadəyə verilmişdir.

Məktəbin direktor əvəzi: Hüseynova Sərvinaz Şamil qızı. Hazırda məktəbdə 896 şagird təhsil alır.Pedaqoji heyət 66 müəllimdən ibarətdir. Məktəb bir korpusdan ibarətdir.Məktəbdə həmçinin bir akt zalı,üç informatika kabineti,yeməkxana,bir fizika laboratoriyasi,bir kimya laboratoriyasi,bir biologiya laboratoriyasi və idman zali var..!

16/05/2026

Photos from Bakı ş. S.Məmmədov adına 110 nömrəli tam orta məktəb's post 05/05/2026

Bu gün məktəbimizdə Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən maarifləndirici görüş keçirilib.
İdarənin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis kapitanı Seymur Xəlilzadə və Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin inspektoru, polis leytenantı Rəfael Abdullayev 110 nömrəli məktəbin IX–XI sinif şagirdləri ilə görüşüblər.
Görüş zamanı şagirdlərə hüquqi maarifləndirmə aparılıb, onların sualları cavablandırılıb və zərərli vərdişlərdən uzaq durmağın əhəmiyyəti vurğulanıb.

05/05/2026

Şagirdlərimiz Qaradağ rayon məktəbliləri arasında keçirilən “Şahinlər” hərbi-idman yarışında 1-ci yerə layiq görülərək medal və kubok qazanıblar. Qazanılan uğur münasibətilə şagirdlərimizi və onların üzərində böyük əməyi olan məktəbimizin hərbi rəhbəri Əliyev Pərvin Şahin oğlunu bütün 110 ailəsi adından təbrik edir və davamlı uğurlar arzu edirik.

Photos from Bakı ş. S.Məmmədov adına 110 nömrəli tam orta məktəb's post 21/04/2026

Elm dahilərinin dünyasına səyahət
Günəş müəllim 9-cu sinif şagirdləri ilə maraqlı və maarifləndirici dərs keçirdi. Dərs zamanı Pifaqor, İsaak Nyuton, Nəsrəddin Tusi və Lütfi Zadə kimi görkəmli alimlərin həyat və fəaliyyəti haqqında məlumat verildi.
Şagirdlər bu alimlərin elmə verdiyi mühüm töhfələrlə tanış oldular və riyaziyyatın gündəlik həyatda necə geniş tətbiq olunduğunu daha yaxşı anladılar. Dərs həm bilik, həm də maraq baxımından şagirdlər üçün faydalı və yadda qalan oldu.

Photos from Bakı ş. S.Məmmədov adına 110 nömrəli tam orta məktəb's post 10/04/2026

Məktəbimizdə IV və VI sinif şagirdlərinin valideynləri ilə iclas keçirildi. İclasda məktəbin direktoru, direktor müavinləri və müəllimlər iştirak etdilər.
İclas zamanı valideynlərə bildirildi ki, IV və VI siniflər üzrə monitorinqlər may ayında keçiriləcək.IV siniflərdə Azərbaycan-dili və riyaziyyat fənnindən, VI siniflərdə Azərbaycan-dili, riyaziyyat və təbiət fənnindən monitorinqlər keçiriləcək. Monitorinqlərin məqsədi şagirdlərin bilik səviyyəsini yoxlamaq və onların hazırlıq vəziyyətini müəyyən etməkdir.
Həmçinin qeyd olundu ki, zəif nəticə göstərən şagirdlər əlavə məşğələlərə yazılacaq və onların bilik səviyyəsinin artırılması üçün lazımi tədbirlər görüləcək. Valideynlərə övladlarının dərslərə davamiyyətinə və hazırlığına xüsusi diqqət yetirmələri tövsiyə olundu.

Photos from Bakı ş. S.Məmmədov adına 110 nömrəli tam orta məktəb's post 10/04/2026

Məktəbimizdə şəhid Cavanşir Əhmədovun adını daşıyan IV “a” sinif şagirdləri yaz fəslinin gəlişi ilə əlaqədar olaraq həyətində ayrılmış Cavanşir Əhmədovun adına kiçik ərazidə iməclik keçirdilər. Əvvəlcə şagirdlər ərazini alaq otlarından təmizlədilər və səliqəyə saldılar. Daha sonra müəllimin rəhbərliyi ilə şagirdlər tərəfindən müxtəlif növ güllər, xüsusilə rəngarəng qızılgüllər əkildi və suvarıldı. Bu fəaliyyət zamanı şagirdlər həm əmək vərdişlərini inkişaf etdirmiş, həm də təbiətə qayğı göstərməyin vacibliyini bir daha dərk etmişlər.

Belə tədbirlər şagirdlərdə vətənpərvərlik hissinin gücləndirilməsinə, şəhidlərimizin xatirəsinin yaşadılmasına və onların ekoloji düşüncəsinin formalaşmasına xidmət edir.

Photos from Bakı ş. S.Məmmədov adına 110 nömrəli tam orta məktəb's post 31/03/2026

Məktəbimizdə milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə maraqlı və yaddaqalan tədbir keçirildi. Tədbir zamanı şagirdlər tərəfindən bir-birindən maraqlı səhnəciklər nümayiş olundu. Xüsusilə "Şərikli çörək", "Alma almaya bənzər", "O olmasın, bu olsun" və "Bəxtiyar" filmlərindən təqdim olunan səhnələr tədbirə xüsusi rəng qatdı. Şagirdlər milli geyimlərdə çıxış edərək milli ruhu daha da canlandırdılar və tamaşaçılar tərəfindən böyük maraqla qarşılandılar. Tədbirdə həmçinin milli musiqilər səsləndirildi, şeirlər və mahnılar ifa olundu. Bu cür çıxışlar şagirdlərdə milli dəyərlərə sevgi və hörmət hissinin formalaşmasına müsbət təsir göstərir. Sonda tədbir alqışlarla başa çatdı.

Photos from Bakı ş. S.Məmmədov adına 110 nömrəli tam orta məktəb's post 31/03/2026

VI "a " sifində Bayramova Kimya müəllimə açıq dərsində Albert Eynşteynin həyatı və yaradıcılığı haqqında geniş məlumat verdi. Şagirdlər Eynşteyn haqqında maraqlı faktları təqdim etdilər. Alimin həyatı bir çoxlarımıza örnək olduğunu, Eynşteyn Fizikaya öz marağını gizlədə bilməmişdi və araşdırmağa həyatı boyu davam etdiyini müəllim çıxışında qeyd etdi.

Photos from Bakı ş. S.Məmmədov adına 110 nömrəli tam orta məktəb's post 31/03/2026

Rumiyyə müəllimin təşkil etdiyi tədbirdə VI sinif şagirdlərinə Şah I Təhmasib və Babək haqqında ətraflı məlumat verildi. Tədbirin əsas məqsədi şagirdlərə Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərini tanıtmaq, onların həyat və fəaliyyətləri barədə biliklərini artırmaq, eyni zamanda vətənpərvərlik ruhunu gücləndirmək idi.
Tədbir zamanı şagirdlər bu tarixi şəxsiyyətlərin göstərdikləri qəhrəmanlıq, apardıqları mübarizə və Azərbaycan tarixində tutduqları mühüm rol ilə yaxından tanış oldular. Mövzu şagirdlər tərəfindən böyük maraqla qarşılandı. Sonda isə keçirilən sual-cavab hissəsində şagirdlər mövzu üzrə biliklərini nümayiş etdirdilər və fəal iştirak etdilər.

Photos from Bakı ş. S.Məmmədov adına 110 nömrəli tam orta məktəb's post 31/03/2026

Məktəbimizdə Novruz bayramına həsr olunmuş bayram şənliyi təşkil olundu. Tədbir zamanı şagirdlərin iştirakı ilə maraqlı səhnə çıxışları nümayiş etdirildi, Novruzun adət-ənənələri canlandırıldı. Şənlik çərçivəsində milli rəqslər ifa olundu, bayram əhval-ruhiyyəsini əks etdirən mahnılar səsləndirildi.
Həmçinin məktəbdə Novruz sərgisi təşkil edildi və burada şagirdlərin hazırladıqları əl işləri, bayram atributları nümayiş olundu. Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Tədbir ümumilikdə şagirdlərdə milli dəyərlərə bağlılığın artırılmasına xidmət etdi və xoş təəssüratlarla yadda qaldı.

Photos from Bakı ş. S.Məmmədov adına 110 nömrəli tam orta məktəb's post 19/03/2026

Məktəbimizin 3 “C” sinfində görkəmli Azərbaycan şairi Abbas Səhhətin həyat və yaradıcılığına həsr olunmuş maraqlı və yaddaqalan dərs keçirildi.
Dərs zamanı şagirdlər şairin həyatı, uşaqlar üçün yazdığı əsərlər və Azərbaycan ədəbiyyatına verdiyi töhfələr haqqında məlumat əldə etdilər. Onlar şeirlərdən nümunələr səsləndirdilər, fikirlərini bölüşdülər və mövzu ətrafında fəal müzakirələr apardılar.
Şagirdlərin mövzuya olan marağı və fəallığı dərsi daha da rəngarəng və məhsuldar etdi. Bu cür dərslər uşaqlarda ədəbiyyata sevgi aşılayır və onların dünyagörüşünün inkişafına böyük töhfə verir.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Qaraş Əmirov 2
Baku