18/06/2013
Kitabxanamızdan Çingiz Abdullayevin əsərlərini də əldə edə bilərsiz,dəyərli kitab qurdları..:)
Çingiz Akif oğlu Abdullayev. Detektiv janrında məşhur əsərlər yazmış yazıçıdır. 7 Aprel 1959 -cu ildə Bakı şəhərində anadan olmuşdur.
Atası, Abdullayev Akif Abdulla oğlu, Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, Naxçıvan Muxtar Respublikasında Prokuror, Bakı Şəhərində Prokuror müavini, Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri vəzifələrində çalışmışdır.
Azərbaycan Yazıçılar Birliyinin katibidir. Hüquq elmləri doktorudur. Dünya şöhrətli yazıçının əsərləri on dörd dildə tərcümə edilmiş və MDB ölkələrində, eləcə də Amerika Birləşmiş Ştatları, Fransa, İsveç, Türkiyə, Bolqarıstan, İsraildə ümumi tirajı 16 milyon olan nüsxə ilə nəşr edilmişdir. Amerikanın "The Christian Science Monitor" jurnalı onu müasir dövrün siyasi detektiv janrında yazan ən yaxşı müəlliflərindən adlandırmışdır.