Learn Azerbaijani

Learn Azerbaijani Qısa zamanda kitabın 2-ci və 3-cü səviyyələri işıq üzü görəcək.

Səhifə: 80
Müəlliflər: GRBS®, Nüsrət Şıxbabayev, Səbuhi Yusifov

Learn Azerbaijani 1 kitabı İngilis dilli əcnəbilərə Azərbaycan dilini öyrənmək üçün nəzərdə tutulmuş kitablar silsiləsindən və ilk nəşrdir ilkin bilik və bacarıqları əhatə edir. Kitab müasir interaktiv təlim üsullarına əsaslanır və bu qəbildən ilk əsərdir. Əyləncəli metodlarla öyrənmə prinsipinə söykənən əsər dünyanın aparıcı dil tə

drisi mərkəzlərində tətbiq olunan metodika əsasında hazırlanıb. Kitab ölkəmizdə təhsil alan, işləyən və ya yaşayan və Azərbaycan dilini öyrənmək istəyən, uzun müddətdir ki, xaricdə yaşayan azərbaycanlılar və digər şəxslər üçün nəzərdə tutulub.

Страница: 80
Авторы: GRBS®, Нюсрет Шихбабаев, Сабухи Юсифов

Книга «Learn Azerbaijani 1» предназначена для обучения англоязычных иностранцев азербайджанскому языку и охватывает базовые знания и навыки. В скором времени будет выпущена 2-ая и 3-ья части книги. Книга основывается на современные интерактивные методы обучения и является первой в этом роде. Основывающаяся на развлекательные методы принципов обучения книга составлена на основе методики, разработанной ведущими языковыми центрами обучения. Эта книга предназначена для англоязычных иностранцев, которые получают образование, работают или проживают и желают изучить азербайджанский язык, а также для живущих за рубежом азербайджанцев и т.д. Pages: 80
Authors: GRBS®, Nusrat Shihbabayev, Sabuhi Yusifov

“Learn Azerbaijani 1” is the first book of the series intended for English-speaking foreigners who want to learn Azerbaijani, and covers primary knowledge and skills. 2nd and 3rd levels of the book will also be published soon. The book is based on contemporary interactive teaching methods and is the first book of this kind. Being based on the principle of learning with the help of entertaining methods, the book is prepared on the basis of the methods applied at leading language tuition centers of the world. The book is intended for foreigners who live, study or work in Azerbaijan, as well as for Azeri people who have long been living abroad and for foreign citizens, who just want to learn Azerbaijani.

02/01/2017

If you talk to a man in a language he understands, that goes to his head. If you talk to him in his language, that goes to his heart. - Nelson Mandela

27/07/2016

http://www.translatetoalllanguages.com/careers.html

We’re always looking for translators and interpreters in all languages who can work with our company.  With us, you’ll have the opportunity to work with clients and improve yourselve.  We need:...

http://www.adabook.az/en/books/5995
22/02/2015

http://www.adabook.az/en/books/5995

“Learn Azerbaijani 1” is the first book of the series intended for English-speaking foreigners who want to learn Azerbaijani, and covers primary knowledge and skills. 2nd and 3rd levels of the book will also be published soon. The book is based on contemporary interactive teaching methods and is the…

http://www.aztv.az/readnews.php?lang=az&id=622
22/02/2015

http://www.aztv.az/readnews.php?lang=az&id=622

21 Fevral bütün dünyada Beynəlxalq Ana dili günü qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana dili günü elan edib.

12 dekabr - Bu gün bütün dünya azərbaycanlıları milli liderimiz Heydər Əliyevin əziz xatirəsini yad edir. O indi aramızd...
12/12/2014

12 dekabr - Bu gün bütün dünya azərbaycanlıları milli liderimiz Heydər Əliyevin əziz xatirəsini yad edir. O indi aramızda olmasa da, yoxluğuna inanmaq çox çətindir. Çünki bizi əhatə edən gözəl Bakımız, əzəmətli Azərbaycanımız milli liderimiz Heydər Əliyevin əməlləri ilə bəzənib.

Azərbaycanın tarixində görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.

Heydər Əliyev tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi. Heydər Əliyev mahir psixoloq, insan qəlbinin dərin bilicisi idi. O, analitik düşüncə tərzi ilə, çətin vəziyyətlərdə soyuqqanlılığını saxlamaq məharəti ilə, yüksək intellekti, dünya mədəniyyətinə bələdliyi ilə ətrafdakıları heyrətləndirirdi. Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi.

Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi idi. Onun bu sahədəki fitri istedadı və fövqəladə qabiliyyəti, hadisələrin və tarixin gedişatını öncə görmək məharəti siyasət aləminə qədəm qoyduğu ilk günlərdən özünü büruzə vermişdi. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdi. Onun siyasəti milli maraqlar üzərində qurulmuşdu. Elə bu cəhətlərinə görədir ki, xalqımız onu əsrin böyük Azərbaycanlısı, xalqın xilaskarı, müstəqil Azərbaycan dövlətinin memarı və Azərbaycanı dünyaya tanıdan insan kimi qəbul edir, hörmət bəsləyir və ürəkdən sevirdi.

Heydər Əliyev fenomeni, onun şəxsiyyətinin ucalığı, fövqəladə idarəçilik qabiliyyəti, yüksək intellekti nəticəsində dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri arasında onun adı həmişə birincilər sırasında çəkilib. Azərbaycan coğrafi cəhətdən kiçik ölkə olsa da, Heydər Əliyevin böyük siyasət adamı olaraq beynəlxalq miqyasda özünü təsdiq etməsinə heç vaxt mane olmayıb. Təkcə belə bir faktı göstərmək kifayətdir ki, hələ on ildən artıq bundan əvvəl Brazilyanın "Planetin səsi" qəzeti doqquz dövlətin jurnalistlərinə "dünyanın hansı üç super siyasətçisinin adını çəkə bilərsiniz" sualını vermiş və altı dövlətin jurnalistləri birinci olaraq ümummilli lider Heydər Əliyevin adını çəkmişdir.

Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Azərbaycan Respublikası Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə istiqamətlənmişdir. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır.

04/08/2014
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.1993-cü ilin 15 iyun günü Heydər Əliyevin Azərbayca...
14/06/2014

“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.

1993-cü ilin 15 iyun günü Heydər Əliyevin Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildilməklə, tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.

Dövləti olmayan xalq ölümə məhkumdur. Dövlətçilik xalqın “ölüm, ya olum” məsələsidir. Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir! Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı.

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi ki, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.

BENEFITS OF BEING A MULTILINGUALYou become friendlyYou learn about various culturesIt bridges the gapsYou’ll be ahead o...
13/02/2014

BENEFITS OF BEING A MULTILINGUAL

You become friendly
You learn about various cultures
It bridges the gaps
You’ll be ahead of everyone else
You’ll have tools to learn another language
It opens doors to promotions
You’ll be able to apply for many more jobs
You can enhance your country’s interests abroad
You’ll see the world from new perspectives
It can help you to gain a better understanding of your native tongue

http://www.todaysseminar.com/

Cooperate with us Advertisments

07/08/2013

Hörmətli dostlar, qarşıdan gələn Ramazan bayramı münasibətilə GRBS olaraq hər birinizi təbrik edirik və nəzərinizə çatdırırıq ki, 8, 9, 10, 11 avqust tarixlərində Ramazan bayramı ilə əlaqədar olaraq GRBS-də tətil günləri olacaq. Bu səbəbdən bu tarixlərə təsadüf edən bütün xidmətlər təxirə salınaraq ertələnmişdir.

Bayramınız Mübarək !

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Learn Azerbaijani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Learn Azerbaijani:

Shortcuts

Share

Category