17/11/2022
17 noyabr 2022-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və Biologiya fakültəsinin dekanı dosent Elnarə Mehbalıyeva Abşeron rayonu Mehdiabad qəsəbəsi 4 saylı tam orta məktəbin müəllim-şagird kollektivi ilə görüşdü.Elnarə xanım şagirdlərə ADPU-nun tarixindən, universitetin məşhur məzunlarından, hal-hazırda universitetdə mövcud olan yüksək səviyyəli təlim-təhsil prosesindən bəhs etdi. Şagirdlərə Vətən müharibəsindən, şəhidlərimizdən ,onların timsalında fakültəmizin , universitetimizin şəhid məzunlarından geniş məlumat verdi .
Daha sonra Elnarə xanım şagirdləri fakültənin Zoologiya muzeyi ilə tanış etdi. Muzey olduqca şagirdlərin marağına səbəb oldu. Şagirdlərin çoxsaylı sualları cavablandırıldı.
Eyni zamanda şagirdlər Filologiya fakültəsi ilə, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı v.i.e., Əməkdar müəllim, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova ilə də tanış oldular. Mahirə xanım da öz növbəsində şagirdlərlə səmimi söhbət etdi , onların söylədikləri vətən, yurd sevgisindən bəhs edən şeirləri diqqətlə dinlədi .
Şagirdlərlə səmimi ünsiyyətdə olan Mahirə xanım daha sonra özünün müəllifi olduğu kitablarından onlara hədiyyə etdi, gələcək həyatları ilə bağlı dəyərli məsləhətlərini verdi, xatirə şəkilləri çəkildi.
Daha sonra Elnarə xanım şagirdləri universitetimizin müasir tipli kitabxanası ilə də tanış etdi. Müasir elektron kitabxana da şagirdlərin böyük marağına səbəb oldu. Elnarə xanım bildirdi ki, 100 ildən artıq yaşı olan universitetimiz hal hazırda da ənənələrə sadiq, yeniliklərə açıqdır! Və buna görə də Universitetimiz günü -gündən inkişafdadır .
Elnarə xanımın şagirdlərlə olan səmimi söhbəti daha sonra çay süfrəsində davam etdi. Bu görüşdən sonra şagirdlərin əksəriyyəti səmimi olaraq gələcəkdə məhz bu universiteti seçəcək lərini bildirdilər.Bütün şagirdlərə bir daha xoş arzularını bildirən Elnarə xanım onlarla xatirə şəkilləri çekdirdi , bu görüşlərin bundan sonra da dava