Hörmətli Həmkar!
Azərbaycanda turizm və otel biznesi yüksək səviyyədə, beynəlxalq
standartlara uyğun olaraq inkişaf edir, innovasiyalar tətbiq olunur. Bu proseslərin
fonunda və tələbə uyğun olaraq yaradılmış Azərbaycan Turizm Assosiasiyası bazar
iştirakçılarını birləşdirərək öz fəaliyyətini genişləndirir və daima inkişaf etdirir.
Azərbaycan Turizm Assosiasiyası 2009 – cu ildə yaranıb və 2010 – cu ildə
Otel Assosiasiyası ilə birləşərək AZTA adı altında vahid qurum kimi fəaliyyətə
başlayıb. Azərbaycan Turizm Assosiasiyası Respublikada qabaqcıl turizm
qurumlarından biri olaraq 200 – ə yaxın aparıcı turizm şirkəti və 100 – ə yaxın oteli
birləşdirir. AZTA, Ümumdünya Turizm Təşkilatına üzv olmuş və təşkilatın idarə
heyətinin sədri Ümumdünya Turizm Təşkilatına qoşulmuş üzvlər şurasının
Avropa üzrə vitse-prezidenti seçilmişdir. AZTA 2013 – cü ildən BSP İATA idarə
heyyətinin üzvüdür. Təşkilat 2012 – ci ilin may ayında Bakıda keçirilmiş
“Avroviziya” (Eurovision-2012) mahnı müsabiqəsinin fəal rəsmi tərəfdaşı seçilmiş
və bu sahədə mühüm işlər görmüşdür. 2015-ci ildə Bakıda keçirilmiş Birinci
Avropa Oyunlarının təşkilində, turistlərin qəbulunda, turizm şirkətləri və otellərlə
fəal əməkdaşlıq etmişdir.
Ümumiyyətlə, AZTA Respublikada turizm sahəsində gələcəkdə də böyük
layihələri həyata keçirməyi öz qarşısına məqsəd olaraq qoyub və bu lahiyələrin
əhatəsini və əhəmiyyətini genişləndirmək məqsədi ilə bir çox xarici ölkələrin
Turizm Assosiasiyaları və digər turizm qurumları ilə sıx əməkdaşlıq edir.
Kadr potensialının gücləndirməsi sahəsində Azərbaycan Turizm və
Menecment Universiteti, hazırlanmış kadrların məşğulluğunu təmin etmək
məqsədi ilə isə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyası və digər mühüm qurumlarla əməkdaşlıq edir. Tanınmış
beynəlxalq otel şəbəkələrinin baş menecerlərinin Azərbaycan Turizm və
Menecment Universitetində tələbələr üçün mühazirələr oxumasını məhz AZTA
təklif edib və həyata keçirir.
UNESCO və Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşlığı ilə həyata
keçirilən ilk peşə-vəsaiti olan “Mehmanxana inzibatçısı” kitabının meydana
gəlməsində Azərbaycan Turizm Assosiasiyasının rolu böyükdür. Assosiasiya
British Council ilə birlikdə İsmayıllı rayonunda açılan turizm peşə məktəbi üçün
“qeyd - qəbul ” (Recepsionist) ixtisası üzrə peşə standartlarını hazırlamışdır.
AZTA həmçinin BMT – nin “ Turizmin inkişaf layihəsi ” - nin fəal iştirakçısına
çevrilmişdir.
Azərbaycan Turizm Assosiasiyası turizm şirkətləri ilə birlikdə bir sıra daxili və
xarici info-turların təşkilində fəal iştirak etmiş və bu cür info-turların mütəmadi
olaraq təşkil olunmasını dəstəkləmişdir. Respublikada ekskursiya bələdçilərinə
böyük tələbatı nəzərə alan AZTA, Azərbaycanda ilk dəfə olaraq, öz nəzdində
ödənişsiz ekskursiya bələdçiləri kursu yaratmışdır.
Azərbaycan iqtisadiyyatının prioritet qeyri-neft sahələrindən olan turizmi inkişaf
etdirmək, sektorda sağlam və rəqabətə davamlı sahibkarlıq mühitini və
münasibətləri formalaşdırmaq, birgə inkişaf etdirmək, nizamlamaq və tənzimləmək
üçün Sizi, AZTA-ya üzv olmağa dəvət edirik!
Hörmətlə,
AZTA İdarə Heyətinin Sədri Nahid Bağırov
AZTA Education Centre
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AZTA Education Centre, "Af-Mall" ticarət mərkəzi, Səməd Vurğun, 34, Bakı, Baku.
Want your school to be the top-listed School/college in Baku?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Location
Telephone
Website
Address
"Af-Mall" Ticarət Mərkəzi, Səməd Vurğun, 34, Bakı
Baku