08/05/2022
Mayın 8-i Green Card nəticələri açıqlandı. Bu barədə bir neçə düşüncəmi bəndlərlə açıqlamaq istərdim. Neqativ və pozitiv tərəfləri var və bu istiqamətləri pozitivə çevirmək də mümkündür.
+1. Green Card nəticələrinə intellektual gənclər arasında həddindən çox rəğbət var. Bu bizə inteqrativ pozitiv nəticə verir ki, intellektual gənclər dünyanın ən böyük iqtisadi gücünə malik ölkəsinə gedirlər.
-1. İntellektual gənclərin Green Card`a həddindən çox marağının olması ölkədə ağıl axınına işarədir. +1.1. Şans istiqamətli olması pozitivdir ki, daha az intellektual itki olacaq. -1.1. Şans istiqamətli nəticə olması belə, gənclərin ölkədən getmək üçün hər yolu yoxladığı mənasına da gəlir.
/2. Green Card alqoritmi haqqında dəqiq informasiya yoxdur. +2.1 Rastgələ olması ehtimalı pozitivdir, çünki bilik indeksi yüksək olan şəxslər üçün ehtimal 1/36 kimidir (Az. üçün). -2.1. Alqoritmin ağıl axınına istiqamətlənmiş alqoritmi varsa, bu daha da neqativ nəticədir. (ist. https://bit.ly/3vTdsvV)
/2.2. Alqoritmik şans hər il dəyişə bilir, ancaq yenə də hansı statusa görə seçdikləri, sadəcə sahildəki dalğalar kimidir, dərində nə baş verdiyi dəqiq deyildir. Bildiyim qədərilə Green Card Lottery`də seçim alqoritmi "Open source" deyil.
(The average chance of winning a Green Card with The American Dream is about 1:25 to 1:75, depending on the region and year (for Europeans recently around 1:45). (ist. https://bit.ly/3LWu63i)
/4. 2021-ci ilə olan statistikaları daha dəyərli data halındakı versiyasını iki istiqamətdə analizinə baxaq: 1. Green card qaliblərinin ümumi sayı (2021). 2. Green card qaliblərinin ümumi sayının əhali sayına görə faiz nisbəti (2022).
(1. Əhali sayı son datalara əsasən hesablanmışdır. ist. https://bit.ly/3KSVyxE 2. Green Card qaliblərinin sayı. ist. https://bit.ly/3KRKEbh)
N. Green Card qaliblərinin sayı qeyd etdiyim ölkələr üzrə ortalama 0.023% təşkil edir və böyük faiz deyildir.
N1. Green Card`a müraciət edənlərin çoxluğunun bilik indeksinin yüksək olduğunu fikirləşirəm və bu aspektdən nəticə pozitiv deyildir. Pozitiv müqayisə olmaya bilər, ancaq 2005-ci il statistikasına əsasən Azərbaycanda 1350 civarında elm adamı var. Green Card elm insanlar üçün deyil, ancaq istifadə oluna bilər. Eyni zamanda Green Card emiqrasiyaya təsir edir ki, üçüncü infoqrafikdə immiqrasiya, emiqrasiya və faiz nisbəti göstərilir (percPop for im) (ist. https://bit.ly/3w8IAGF).
N2. Sonuncu infoqrafikdə isə ümumi emiqrasiyanın Green Card qaliblərinə faiz nisbəti göstərilmişdir. Standart xəta payı bizə ekstermal hadisələr baş verməzsə rəqəmlərin sapma ehtimalını göstərir.
P.S. Qısa zaman kəsiyində və sadə formatda Green Card və əlavə bir neçə mövzuda araşdırma aparmışam və düşünürəm ki, sadə araşdırmam bir neçə bucağı görməyə kömək edəcək. İstinadlar mətndə estetikanı mümkün mərtəbə pozmaması üçün qısaldılmış linklərlə verilmişdir. Diqqətinizə görə təşəkkürlər!
10/10/2021
27/09/2021
12/11/2020
12/11/2020
12/11/2020
12/11/2020
12/11/2020
12/11/2020