Baki Avrasiya Universiteti BAAU

Baki Avrasiya Universiteti BAAU Baş Admin:Elvin
https://www.facebook.com/elvin.humbetov91 Bakı Avrasiya Universiteti (BAAU) f.e.d. prof.

Nazim Ziyad oğlu Hüseynli tərəfindən 30 aprel 1992-ci ildə təsis edilmiş təhsil ocağıdır. Baki Avrasiya Universiteti DAEK-in 1993-cü il 13 mart tarixli 7/1 saylı qərarı ilə dövlət qeydiyyatından keçirilmişdir. DAEK-in rəyi əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 1996-cı il tarixli 22 saylı qərarı ilə dövlət statusu verilmişdir. SSRİ dağıldıqdan sonra təzəcə müstəqillik qaz

nmış Azərbaycan Respublikasının Beynəlxalq təşkilatarda təmsil olunması, dünya dövlətləri ilə iqtisadi, siyasi, mədəni əlaqələrinin surətlə qurulması zərurəti yarandı və bu şəraitdə, diplomatik və beynəlxalq münasibətlər sahəsində kadrlara kəskin ehtiyac duyulmağa başlandı. Universitet də bu zərurətdən yarandı və bu sahədə öz töhfəsini verən ilk təhsil ocaqlarından biri oldu. Universitet yarandığı gündən qarşısına qoyduğu əsas məqsəd Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil edəcək müasir standatrlara uyğun ali təhsillli mütəxəssislərin hazırlanması idi. Bu məqsədlə universitetdə diplomatiya, Regionşünaslıq, Sinxron tərcümə, Beynəlxalq münasibətlər, Beynəlxalq hüquq və.s ixtisaslar üzrə ali təhsilli kadr hazırlığı aparılmışdır. Yarandığı gündən Universitetdə tələbələrə münasibət demokratik prinsiplər əsasında qurulmuş, onlara müəllim və ixtisas seçimində müstəqillik verilmışdir. Burada tələbələr tədrislə yanaşı elmi-tədqiqat işlərinə, ictimai sosial fəaliyyətə, digər yaradıcılıq sahələrinə cəlb ediliblər və universitetin həyatında aktiv iştirak edirlər. Universitetin tələbələri xarici ölkələrin təşkil etdiyi müxtəlif xarakterli təhsil proqramlarında iştirak edir və uğurlar qazanırlar, 11 - beynəlxalq, 6 - respublika konfranslarında iştirak və çıxış etmişlər. Universitetin əsas fəaliyyət sahələrindən biri elmi-tədqiqat işləridir. Bu işlərin əsas məqsədi universitetin istiqamət və ixtisaslarına uyğun tədqiqatlar apararaq, təhsilin keyfiyyətini artırmaq, müasir tələblərə cavab verən təhsil təşkil etmək, onu elmi əsaslar üzərində qurmaqdır. Aparılan elmi-tədqiqat işlərinin nəticələri müxtəlif beynəlxalq və respublika səviyyəli konfranslarda müzakirə olunub və yaxud onlara belə konfranslar həsr edilib. BAAU-da müxtəlif sahələr, o cümlədən beynəlxalq münasibətlərlə bağlı - 6 - beynəlxalq konfrans, 23 respublika elmi-praktik konfransları keçirilmişdir. Universitetin professor və müəllimləri 25 – beynəlxalq konfransın və simpoziumun, 10 - ümumrespublika, 11 - elmi-praktik konfranslarda iştirakçısı olmuş və məruzələrlə çıxış etmişlər. BAAU nüfuzlu təhsil ocaqları, elmi mərkəzləri ilə, elm, təhsil sahəsində, tələbə və müəllim mübadiləsi sahəsində əlaqələrə xüsusi önəm verir. Bu məqsədlə qabaqcıl təhsil ocaqlarının praktikasından nümunə götürərək keyfiyyətli təhsil sistemi yaratmaq, müştərək proqramalr hazırlamaq, elmi-konfranslar keçirmək üçün BAAU xarici ölkələrin təhsil mərkəzləri ilə, o cümlədən Rusiyanın Ali İqtisadiyyat və Mədəniyyət məktəbi, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Türkiyənin Süleyman Dəmirəl Universiteti, Girne Amerika Universiteti, Ukraynanın Diplomatiya Akademiyası, Gürcüstanın Müstəqil Diplomatiya Akademiyası, Budapeşt Korvinus Universiteti ilə əməkdaşlıq edir. BAAU 4 beynəlxalq təşkilatın - Dünya Diplomatiya Akademiyaları və Beynəlxalq Münasibətlər Universitetləri Birliyi, Mərkəzi və Şərqi Avropa Beynəlxalq Tədqiqatlar Birliyi, MDB ölkələri Beynəlxalq Münasibətlər Universitetləri Assosiasiyası, Qara Dəniz Hövzəsi Universitetləri Birliyi Türkdilli Dövlətlər Universitetləri Birliyinin üzvüdür.

Salam, tələbə adını qazanmış hər kəsi təbrik edirəm. Kim hansı ixtisasa qəbul olub?
05/09/2021

Salam, tələbə adını qazanmış hər kəsi təbrik edirəm. Kim hansı ixtisasa qəbul olub?

22/08/2019

Salam hər kəsə. Universitetimizə yeni qəbul olmuş hər bir tələbəni təbrik edirəm! Kəsirsiz tələbəlik arzuluyuram sizə. Kim hansı ixtisasa qəbul olub?

GENERAL ENGLISH derslerine start verildi! Eger siz de qısa bir zaman erzinde ingilis dilinde selis ve serbest danışmaq i...
25/09/2017

GENERAL ENGLISH derslerine start verildi! Eger siz de qısa bir zaman erzinde ingilis dilinde selis ve serbest danışmaq isteyirsinizse, bu sizin üçün ela fürsetdir!
- Dersler heftede 3 defe olmaqla 1 saat keçirilir ;
- Tedris İngilterede tehsil alan müellimler terefinden aparılır;
- Ödeniş ayda 60 AZN.

QEYD: Getireceyin ikinci şexse gore endirim elde ede bilersen.
Elaqe nomresi+wp 077-591-05-94

13/08/2017

Salam, kim hansi fakulteye duwub yazsin. Qrup yoldaslarinizi taniyin.
Elvin Humbetov

11/08/2017

Salam Əziz tələbələr. Universitetimizə yeni qəbul olan hər kəsi təbrik edirəm :)
Elvin Humbetov

07/04/2015

4cü kursların dərs proqramı tam bitdi. Artıq canınız bizdən qutardı axırki
Elvin Humbetov

22/01/2015

Tətil günləriviz necə keçir? Universitetçün darıxırsız?
Elvin Humbetov

Tariximizə qanlı hərflərlə yazılan 20 Yanvar faciəsindən 25 il keçir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəl...
20/01/2015

Tariximizə qanlı hərflərlə yazılan 20 Yanvar faciəsindən 25 il keçir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 nəfər öldürüldü, 744 nəfər ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, şəxsi və dövlət əmlakı dağıldı. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi qeyd edilir. ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN.

Nicat

04/01/2015

Gec də olsa paylaşılmalıdır. Dekabrın 26-da İçərişəhərin qədim memarlıq abidələrindən sayılan Şirvanşahlar sarayının yaxınlığında yerləşən "ART Garden" restoranında kimsəsiz uşaqlara bayram keçirildi. Tədbirdə 2 məhşur universitetin Azərbaycan Dillər Universitetinin və Bakı Avrasiya Universitetinin tələbələri, həmçinin ADU və BAAU-nun ərəb dili müəlliməsi, filologiya və fəlfəsə elmləri doktoru Ülviyyə Hüseynova iştirak etdilər. Daha ətraflı linkdə...
http://big.az/211438-2_mehsur_universitet_kimsesiz_usaqlarla_yeni_il_tedbiri_kecirdi_-_foto.html

Nicat

27/12/2014

Salam Bakı Avrasiya Universitetinin Tələbələri. Necəsiniz? İmtahanlara hazırlıqlar necə gedir? :)

P.S. Bütün tələbələrə kəsirsiz imtahanlardan keçmək arzulayıram. İçi mən qarışıq. Allah hamımızın köməyi olsun :)

Nicat

20.12.2014.Bu gün Bakı Avrasiya Universiteti Tələbə Gənclər Təşkilatı (BAAU TGT) sayəsində "Loft Karaoke Lounge" klubund...
20/12/2014

20.12.2014.
Bu gün Bakı Avrasiya Universiteti Tələbə Gənclər Təşkilatı (BAAU TGT) sayəsində "Loft Karaoke Lounge" klubunda Bakı avrasiya Universitetinin "New Year Party" (Yeni il partisi) keçirildi. Party çox gözəl və maraqlı keçdi. Təşəkkürlər BAAU TGT.

Nicat

Address

Ak. Həsən Əliyev Küçəsi, 135 A
Baku

Telephone

+994125646367

Website

Alerts

Be the first to know and let us send you an email when Baki Avrasiya Universiteti BAAU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Baki Avrasiya Universiteti BAAU:

Shortcuts

Share