18/07/2026
Scroll for English
STEP Azerbaijan ailəsi üçün növbəti qürurverici uğur!
11–16 iyul tarixlərində STEP Azerbaijan-ın əsas ideya müəlliflərindən və həmtəsisçilərindən biri olan Ayna Əliyeva, nüfuzlu International ACAC Scholar təqaüd proqramına seçilərək ABŞ-ın Pittsburgh şəhərində keçirilən International Association for College Admission Counseling (IACAC) təşkilatının illik konfransında iştirak etmişdir.
Konfrans çərçivəsində Ayna xanım panelist qismində çıxış edərək beynəlxalq ali təhsil, universitetlərə qəbul və təhsil məsləhətçiliyi sahəsində təcrübə və baxışlarını iştirakçılarla bölüşmüşdür.
Bununla yanaşı, dünyanın 90-dan çox ölkəsindən nümayəndələrin qatıldığı Counselor Fair beynəlxalq təhsil sərgisində Azərbaycanı və STEP Azerbaijan-ı beynəlxalq platformada uğurla təmsil etmiş, ölkəmizin təhsil potensialını, müəllim icmasının fəaliyyətini və STEP Azerbaijan-ın təhsilin inkişafına verdiyi töhfələri beynəlxalq auditoriyaya təqdim etmişdir.
STEP Azerbaijan olaraq Ayna Əliyevanın bu mühüm beynəlxalq uğurunu böyük qürur hissi ilə qarşılayırıq. Onun beynəlxalq arenada həm ölkəmizi, həm də təşkilatımızı layiqincə təmsil etməsi Azərbaycan təhsilinin və müəllim liderliyinin dünyada tanınmasına mühüm töhfə verir.
Əziz Ayna xanım, Sizi bu əlamətdar nailiyyət münasibətilə ürəkdən təbrik edir, gələcək fəaliyyətinizdə yeni uğurlar, uğurlu beynəlxalq əməkdaşlıqlar və yeni zirvələr arzulayırıq! 🇦🇿
---------
Another Proud Milestone for STEP Azerbaijan!
From July 11–16, Ayna Aliyeva, one of the principal authors of the STEP Azerbaijan initiative and a Co-Founder of the organization, participated in the International Association for College Admission Counseling (IACAC) Annual Conference in Pittsburgh, USA, as a recipient of the prestigious International ACAC Scholar scholarship.
During the conference, Ayna served as a panelist, sharing her expertise and perspectives on international higher education and university admissions with colleagues from around the world.
She also proudly represented Azerbaijan and STEP Azerbaijan at the Counselor Fair, attended by representatives from more than 90 countries, where she showcased the educational potential of Azerbaijan and highlighted STEP Azerbaijan's mission, initiatives, and commitment to advancing professional development and international collaboration in education.
We are incredibly proud of Ayna's achievement and her outstanding representation of both our country and our organization on the global stage.
Congratulations, Ayna! We wish you continued success and many more opportunities to inspire, connect, and make a meaningful impact in the international education community. 🇦🇿