Mikayıl Cabbarovun bağlayacağı universitetlər - Şok siyahı
Azərbaycanda daha bir neçə özəl ali təhsil müəssisəsinin fəaliyyətinə xitam verilə bilər.
İctimai-Siyasi Universitetin lisenziyasız qalmasının ardınca analoji qərar Bakı Biznes, Asiya və Təfəkkür təhsil ocaqlarını da gözləyir.
Bu məlumatı Axar.az-a verən mənbənin sözlərinə görə, Təhsil Nazirliyi yoxlamalara başlayıb, təhsilin keyfiyyətinin qiymətləndirilməsi, yəni akkreditasiya prosesinə start verib. Yoxlamalar davam edir və adıçəkilən ali məktəblərdə qanun pozuntuları, maddi-texniki bazanın vəziyyəti ilə bağlı qüsurlar, tədris işinin təşkilində kobud çatışmazlıqlar aşkarlanıb.
Mənbə qeyd edir ki, hazırda nazirliyin yoxlamalarının nəticəsi olaraq qərar veriləcək. Eyni zamanda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2013/2014-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi statistik təhlilində Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti, Bakı Biznes Universiteti, Bakı Qızlar Universiteti kimi ali məktəblər Azərbaycan İctimai Siyasi Universiteti ilə təxminən eyni reytinqə malikdirlər.
Təhsil eksperti Etibar Əliyev də deyib ki, bu cür ali məktəblərin fəaliyyətinin dayandırılmasının vaxtıdır. Artıq keçmiş nazir Misir Mərdanovun dövründə himayə olunan bu ali məktəblərin bağlanması real görünür.
Hələ neçə il öncə Təhsil Nazirliyinin həyata keçirdiyi məqsədyönlü yoxlamalar zamanı testdənkənar qəbulun, imtahanlarda rüşvət hallarının bəzi özəl universitetlərdə adi normaya çevrildiyi aşkar olunmuşdu.
Bu səbəbdən də öncə Müstəqil Azərbaycan Universiteti, Moskva Dövlət Açıq Universiteti, sonra isə Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldı. Həmçinin Təhsil Nazirliyinin ali təhsil müəssisələrində tədrisin keyfiyyəti ilə bağlı apardığı monitorinq zamanı “Odlar Yurdu” Universitetində də ciddi nöqsanlar aşkarlanmışdı.
Qeyd edək ki, məsələ ilə bağlı Təhsil Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehovla əlaqə saxlasaq da, yalnız sorğu əsasında sualımıza cavab verə biləcəklərini söylədi.
Xezer Universiteti Hazırlıq Merkezi
XUHM - Ali məktəbə hazırlığın ən düzgün ünvanı! 6, 7, 8, 9, 10 və 11-ci sinif şagirdləri və məzunlar! Gözlədiyiniz an gəlib çatdı.
Xəzər Universiteti Hazırlıq Mərkəzi (XUHM) fəaliyyətə başladı. Yüksəksəviyyəli, təcrübəli müəllimlər, əlverişli qiymətlər,
Azərbaycanda, eləcə də xarici ölkələrdə fəaliyyət göstərən
ən yaxşı ali məktəblərə yüz faizlik qəbul olma təminatı. Magistraturaya qəbul olmaz istəyənlər, GRE, GMAT, SAT, TOEFL, IELTS imtahanlarına hazırlaşmaq istəyənlər, Xarici dil və kompyuter biliklərinə yiyələnmək istəyə
30/06/2014
Bu qruplarda abituriyentlərin 90 faizi ən aşağı bal toplayıb – AÇIQLAMA
“İdmançı olmaq istəyənlər bilirlər ki, onlara 100 bal lazımdır”.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə I və IV qruplar üzrə əvvəlki illərin məzunlarının imtahan nəticələrini açıqlayıb.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, I qrup üzrə 1997 nəfərin imtahan verməsinə baxmayaraq, onlardan 90%-i 150-dən az bal toplayıb.
IV qrup üzrə isə 4558 nəfər imtahan verib. Onların isə 90%-i 100 baldan aşağı nəticə göstərib.
TQDK sədri qeyd edib ki, IV qrupda iki kontingent var. Bir qrup Tibb Universitetinə hazırlaşır və yüksək nəticə əldə etmək istəyir. Digərləri isə yalnız idmançı olmaq istəyir və bilirlər ki, onlara 100 bal lazımdır:
“Yüksək bal toplayanlara gəlincə isə I qrup üzrə 637 bal toplayan abituriyent Gəncə şəhəri məzunudur. Ötən il 591 bal toplayıb və ADNA-ya daxil olub, amma ərizəsini təsdiqləməyib və bu il yenidən imtahan verib. Ötən il 493 bal toplayan başqa bir məzun isə bu il 625 bal toplayıb. IV ixtisas qrupunda imtahan verən məzunlardan biri isə 644 bal toplayıb. Ötən il isə onun nəticəsi 534 bal olub. Bu il 612 bal yığan digər bir abituriyent isə ilk dəfə imtahan verdiyi il, yəni 2012-ci ildə – 431, 2013-cü ildə – 406 bal toplayıb. 600-dən yuxarı nəticə göstərən digər bir məzun isə Beyləqan rayonundandır. Bu il 606 bal toplayıb. O, 2013-cü il məzunudur və həmin il 468 bal toplayıb”.
Qeyd edək ki, imtahanda 100 baldan aşağı nəticə göstərən abituriyentlərin 50%-i 50 baldan aşağı nəticə göstərib.
16/05/2014
Xezer Universitetinin telebeleri SOMA da heyatini itirenleri bele andi.......
Allah rehmet elesin!
bilirsinizmi???
D.Vaşinqton öz bağında marixuanna yetişdirirmiş.
Bilirsinizmi???
İnsan başının orta çəkisi 3.6kq-dır.
14/05/2014
pullarimizin inkisaf merhelesi....
Maraqlidir!
Yəməndə bir qadın "WhatsApp" ilə vaxtını keçirərək, həyat yoldaşı olaraq vəzifələrini yerinə yetirmədiyi üçün ərini məhkəməyə verib.Qadının tələbi isə orda keçirdiyi zamanı qısaltmasını və Whatsappla özü arasında bərabər vaxt ayırmasını tələb edib.
22/04/2014
Azərbaycanda 1-ci Psixologiya Konfransı keçiriləcək 26-27 aprel 2014 tarixlərində Xəzər Universitəsində Türkiyədən gələn məhşur psixoloqlar və psixiatrların iştirakı ilə Azərbaycanda 1-ci Psixologiya Konfransı keçiriləcək.
18/03/2014
Xezer Universiteti Hazirliq Merkezi olaraq bugunku ilaxir cersenbe ve qarsidan gelen Novruz bayrami munasibetile butun soydaslarimizi tebrik edir, her birinizin ailesinde hemishe gozel bayram sufrelerinin qurulmasini dileyirik!!!
Bayraminiz mubarek!
Biz ishimizle fexr edirik!
Xezer Universiteti Hazirliq Merkezi bu il magistratura pillesinin 1ci merhelsine muraciet eden telebelerle yuksek nailiyyet elde etmishdir!
Bele ki magsitraturaya hazirliq pillesinin telebelerinin 99 %- i birinci merheleden kecmekle ikinci merhelede ishtirak huququ qazanmishdir,bele ki
90-100 arasi- 12 %
80-90 arasi - 20 %
70-80 arasi- 28 %
51-70 arasi- 39 %
Bize qoshulun sizde bu ugurun ishtirakcisi olun!
elaqe nomresi: 0124088583/0124088584
Xezer Universitetinin esas binasi (Neftciler metrosunun yaxinligi)
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Baku