10/08/2025
🎓 Gələcəyini UNEC-də qur!
“Biznes və Menecment” fakültəsində — idarəetmədən marketinqə, beynəlxalq ticarətdən logistikaya qədər geniş imkanlar! 💼🌍
Azərbaycan Dövlət İqtisad Universiteti Tələbə GənclərTəşkilatının (UNEC TGT) "Biznes və menecment" fakultəsi üzrə məlumat hesabı.
10/08/2025
🎓 Gələcəyini UNEC-də qur!
“Biznes və Menecment” fakültəsində — idarəetmədən marketinqə, beynəlxalq ticarətdən logistikaya qədər geniş imkanlar! 💼🌍
01/07/2025
Əziz UNEC Tələbələri!
İyun ayı üçün nəzərdə tutulmuş təqaüdlər ödənildi.🤩
Gün ərzində kart hesabınıza yüklənəcək.Xeyirli olsun!🤝🏻
05/06/2025
Qurban bayramınız mübarək!✨
Ucalan dualarınız qəbul, niyyətləriniz xeyirli olsun.
Bu müqəddəs gündə qəlblər saflaşır, insanlar bir-birinə daha yaxın olur.
Qoy bu bayram hər evə sevinc, hər süfrəyə ruzi, hər könülə xoş niyyətlər gətirsin. Sevdiklərinizlə birgə xoş anlar yaşayın, bayramın mənəvi gözəlliyini birlikdə paylaşın.🙏🏻
02/06/2025
Əziz UNEC Tələbələri!
May ayı üçün nəzərdə tutulmuş təqaüdlər ödənildi.🤩
Gün ərzində kart hesabınıza yüklənəcək.Xeyirli olsun!🤝🏻
27/05/2025
Azadlıqla yazılan tarix – 28 May
Bir millətin səsi, bir xalqın nəfəsi oldu 28 May...
1918-ci ildə doğan bu gün, yalnız bir tarix deyil – ruhumuzun azadlıqla döyündüyü gündür.
Azərbaycan Xalq Cümhuriyyəti – Şərqdə ilk, dünyada nümunə bir dövlət!
Hüquq, azadlıq, bərabərlik idealları ilə qurulan bu cümhuriyyət, bu gün də bizə yol göstərir.
28 May – sadəcə keçmişin deyil, gələcəyin də müstəqillikdir.
Bu torpağın hər daşı, bu xalqın hər nəfəsi o böyük iradənin daşıyıcısıdır.
Qürurla xatırlayırıq, sevgi ilə yaşadırıq:
28 May – bizə azadlığın mirasıdır!
15/05/2025
14.05.2025 tarixində Azərbaycan Dövlət İqtisad Universiteti(UNEC) Biznes və Menecment fakültəsində Tələbə Gənclər Təşkilatı(TGT) və UNEC Diplomatiya Təşkilatının(UDT) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin doğum gününıə həsr olunmuş “102 illik Zəka Marafonu” adlı intellektual yarış baş tutmuşdur. Yarışda Biznes və Menecment fakültəsinin dekan müavini Elbrus Əkbərov, o cümlədən fakültənin TGT sədri Ədilə Əliyeva və UDT sədri Vüqar Hüseynov iştirak etmişdir. Yarışda tələbələrlə maraqlı sorğular və əyləncəli anlar keçirilmişdir. Tələbələrin fəallığı, biliklərini sınamaq istəyi və intellektual mübarizəsi tədbirə xüsusi rəng qatdı.
Sonda Qalib olan tələbələr sertifikat və hədiyyələrlə mükafatlandırılmış və xatirə şəkilləri çəkilmişdir.
09/05/2025
“Xalqını sevən, xalqı tərəfindən sevilən lider – Heydər Əliyev”
10 may — müasir Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyevin doğum günüdür. Bu tarix təkcə bir insanın dünyaya gəldiyi gün deyil, həm də bütöv bir xalqın taleyində dönüş nöqtəsi olan bir başlanğıcdır. Onun siyasi irsi, dövlətçiliyə sadiqliyi, vətənə sonsuz sevgisi bu gün də Azərbaycan xalqının yoluna işıq tutur.
Heydər Əliyev dərin zəkası, strateji baxışı və xalqına olan sonsuz inamı ilə tarixi dəyişdi. Onun ideyaları bu gün də yaşayır, inkişaf edir və gələcək nəsillərə yol göstərir.
Ulu Öndəri ehtiramla anır, onun əziz xatirəsini dərin hörmətlə yad edirik.
Heydər Əliyev — zamanın fövqündə duran lider.
01/05/2025
Əziz UNEC Tələbələri!
Aprel ayı üçün nəzərdə tutulmuş təqaüdlər ödənildi.🤩
Gün ərzində kart hesabınıza yüklənəcək.Xeyirli olsun!🤝🏻
28/04/2025
UNEC “Biznes və menecment” fakültəsi Tələbə Gənclər Təşkilatının sədr müavini-Aysu Həsənova
13 Avqust 2006-cı ildə Bakı şəhərində anadan olub.2023-cü ildə 200 saylı tam orta məktəbi müvəffəqiyyətlə bitirərək Azərbaycan Dövlət İqtisad Universiteti “Biznes və menecment” fakültəsinin “Marketinq” ixtisasına qəbul olmuşdur.
Fakültənin və Tələbə Gənclər təşkilatının ictimai-sosial həyatında aktiv iştirakı ilə seçilmişdir.Göstərdiyi aktivliyinə görə Tələbə Gənclər Təşkilatının “Biznes və menecment” fakültəsi Tələbələrlə iş üzrə sədr müavini təyin edilmişdir.
14/04/2025
Dərin hüzn və kədərlə bildiririk ki, UNEC Biznes və Menecment fakültəsinin 500-5 qrup tələbəsi, dəyərli yoldaşımız Fuad Mirzəyev dünən gecə saatlarında qəfil ürək tutması nəticəsində vəfat etmişdir.
Fuad sakit və təvazökar xarakteri, mehribanlığı ilə qrup yoldaşlarının və müəllimlərinin rəğbətini qazanmış bir gənc idi. Onun vaxtsız itkisi bizi dərindən sarsıtdı.
UNEC Tələbə Gənclər Təşkilatı olaraq Fuad Mirzəyevin ailəsinə, yaxınlarına və onu tanıyan hər kəsə dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin.
Məkanı cənnət, ruhu şad olsun.
13/04/2025
Məhərrəmova Ləman – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsidir. O, universitet daxilində Tələbə Gənclər Təşkilatının fəal üzvü kimi fəaliyyət göstərir. 02 may 2006-cı ildə Azərbaycanda anadan olub. 2023-cü ildə 138 saylı tam orta məktəbi müvəffəqiyyətlə bitirərək UNEC-də ali təhsil almağa başlamışdır.
Universitet həyatı boyunca bir sıra aktiv fəaliyyətlərlə seçilən Ləman, Tələbə Gənclər Təşkilatının Biznes və Menecment fakültəsi üzrə İnsan Resursları Departamentində göstərdiyi təşəbbüskar və məsuliyyətli fəaliyyəti nəticəsində HR departamenti üzrə müavin vəzifəsinə seçilmişdir. O, təşkilatçılıq bacarıqları, komandada işləmək qabiliyyəti və gənclər arasında fəallığı ilə daim seçilir.