ADU - Linqvokulturologiya kafedrası

ADU - Linqvokulturologiya kafedrası Our department explores the fascinating intersections of language, culture, and communication.

We are dedicated to advancing research, promoting intercultural understanding, and providing students with a dynamic and enriching educational experience.

Türkiyənin İstanbul şəhərində Qadın və Demokratiya Vəqfi (KADEM), Freiburg Universiteti, Fatih Sultan Mehmet Vəqf Univer...
18/08/2026

Türkiyənin İstanbul şəhərində Qadın və Demokratiya Vəqfi (KADEM), Freiburg Universiteti, Fatih Sultan Mehmet Vəqf Universiteti və Tbilisi Dövlət Universitetinin əməkdaşlığı ilə “19th Century Women Writers in the Muslim World” (“19-cu əsr müsəlman dünyasında qadın yazarlar”) adlı Beynəlxalq elmi simpozium təşkil olunub.

İki gün davam edən beynəlxalq elmi tədbirdə dünyanın bir sıra universitetlərinin alimləri tərəfindən Türkiyədən Misirə, İrandan İndoneziyaya, Şimali Afrikadan Azərbaycana qədər geniş İslam coğrafiyasında yetişmiş qadın ziyalı və yazarların həyatı, yaradıcılığı və intellektual irsi müxtəlif elmi istiqamətlərdən araşdırılıb.

Simpoziumda Freiburg Universiteti, Marmara Universiteti, Tbilisi Universiteti, Rodbound Universiteti, Göttingen Universiteti, İndiana Universiteti Bloomington, Küveyt Universiteti, Duke Universiteti, Halic Universiteti, Bordeaux Universiteti, London Universiteti, Konnektikut Universiteti, Fatih Sultan Mehmet Vəqf Universitetinin alimləri ilə yanaşı Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru, Linqvokulturologiya kafedrasının müdiri Vüsalə Ağabəyli və həmin kafedranın baş müəllimi, hal-hazırda Fatih Sultan Mehmet Vəqf Universitetinin doktorantı Dinarə Muxtarova “Voices of Change: Hamida Javanshir and Sakina Akhundzadeh as Pioneers in Shaping Muslim Women’s Intellectual Agency in Azerbaijan” adlı məruzə ilə çıxış edib.

Məruzədə XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan ədəbi-mədəni mühitində qadınların intellektual və ictimai fəaliyyətinin mühüm simalarından olan Həmidə Cavanşir və Səkinə Axundzadənin yaradıcılığı və fəaliyyəti təhlil edilib. Tədqiqatda hər iki qadın ziyalının qadınların maariflənməsi, intellektual inkişafı və cəmiyyətdə fəal mövqe qazanması istiqamətindəki rolu, eləcə də onların Azərbaycan mədəni və ədəbi fikir tarixində yaratdıqları irs diqqət mərkəzində olub.

Beynəlxalq seminar qadınların tarixi və intellektual irsinin tanınması, arxivlərdə, əlyazmalarda və müxtəlif dillərdə qorunub saxlanılan əsərlərin yenidən elmi dövriyyəyə gətirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilib. Tədbir çərçivəsində qadınların elm və təhsil, ədəbiyyat, ictimai-siyasi və sosial islahatlar, eləcə də qadın hüquqları sahəsindəki fəaliyyəti və tarixi rolu müzakirə olunub.

Simpozium müxtəlif ölkələrdən alim və tədqiqatçıların iştirakı qadın ədəbiyyatı, gender, ədəbi-mədəni irs və müsəlman dünyasında qadınların intellektual fəaliyyəti ilə bağlı beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradıb.

Xəbərlər - ADU

Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrası ilə birlikdə Mingəçevir Dövlət Universitetində ustad dər...
24/05/2026

Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrası ilə birlikdə Mingəçevir Dövlət Universitetində ustad dərsi keçirilib: müasir tədris yanaşmaları, akademik yazı və süni intellekt mövzuları müzakirə olunub.

Mingəçevir Dövlət Universitetində ustad dərsi keçirilib: müasir tədris yanaşmaları, akademik yazı və süni intellekt mövzuları müzakirə olunub Запись опубликована:15.05.2026 Post category:Təhsil Mingəçevir Dövlət Universitetinin Pedaqoji fakültəsinin Xarici ...

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublika...
22/05/2026

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası və Dayanıqlı İnkişaf Məqsədlərinin mədəniyyətlərarası dialoq istiqamətində ADU-nun Linqvokulturologiya kafedrasının təşkilatçılığı ilə "Azərbaycanlıların dünya elmi və mədəniyyətində rolu" adlı tədbir təşkil olunub.

Xəbərlər - ADU

21/05/2026

Xəbərlər - ADU

18/05/2026

Xəbərlər - ADU

18/05/2026

Xəbərlər - ADU

13/05/2026

Xəbərlər - ADU

13/05/2026

Xəbərlər - ADU

07/05/2026

Xəbərlər - ADU

05/05/2026

Xəbərlər - ADU

Address

Tabriz Street
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when ADU - Linqvokulturologiya kafedrası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share