N. Rəfibəyli küçəsi 8 Məktəbimiz uzun illər Bakı şəhərində özünəməxsus dəsti-xətti ilə seçilən məşhur məktəblər sırasında olmuşdur.
1930-1933-cü illərdə Bakının mərkəzində ucaldılmış kilsə sökülərək, onun yerində yeni məktəb binası inşa edildi. 1937-ci ildə artıq tikintisi başa çatmış binada 189 №-li məktəb tədris ocağı kimi fəaliyyətə başladı. Böyük Vətən müharibəsi illərində məktəb binasında 1546 №-li təxliyə hospitalı yerləşdirildi. 1947-ci ildən isə 189 №-li məktəb tədris müəssisəsi kimi yenidən öz ocağına qayıtdı. Bu tədr
is ocağının fəaliyyətinə rəhbərlik etmiş direktorlardan Nina Alekseyevna, Əziz Qafaroviç, Taisa Petrovna və Bella Cəlilovanın məktəbin uğurlarında böyük əməyi olmuşdur. Hər bir məktəbin fəaliyyətini dəyərləndirən onun məzunlarının cəmiyyətdəki mövqeyidir. Hər birimiz Ulu Öndərimizin təbirincə desək -“Həyatda qazandığımız uğurlara görə məktəbə, müəllimə borcluyuq”. 189 №-li məktəbin məzunları arasında da müstəqil Azərbaycanı ləyaqətlə təmsil edən, onun çiçəklənməsinə öz fəaliyyətləri ilə töhfə verənlər çoxdur. 2014-cü ilin sentyabrında Təhsil nazirinin əmri ilə yanaşı binalarda yerləşən 189 və 190 №-li məktəblər birləşdirildi. 190 №-li məktəb barədə də təhsil müəssisəsi kimi xoş sözlər söyləmək olar. 1945-ci ildə fəaliyyətə başlayan 190 №-li məktəbin ilk direktoru Sona xanım Tağıyeva olmuş və o, 59 il bu məktəbə rəhbərlik etmişdir. 1957-ci ildə məktəb üçün yeni bina inşa edilmişdir. Bütün fəaliyyəti boyunca təhsil Azərbaycan dilində həyata keçirilən 190 №-li məktəb özünəməxsus ənənələri ilə seçilmiş, uzun illər şəhərin ən nüfuzlu, qabaqcıl məktəbləri sırasında olmuşdur. Sona xanımın vəfatından sonra məktəbə Əməkdar müəllim Afət xanım Bakıxanova rəhbərlik etmişdir. Hər iki məktəb “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olmuşdur. 190 №-li məktəbin məzunları arasında da Azərbaycanın nüfuzlu, adlı-sanlı ziyalıları, alim və yazıçıları, bəstəkar və şairləri, bir sözlə, Azərbaycanı ləyaqətlə təmsil edənlər çoxdur. Hazırda 189-190 №-li məktəbə Respublikanın Əməkdar müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Ceyran Kuliyeva rəhbərlik edir. Məktəbdə tədris rus və Azərbaycan dillərində həyata keçirilir. Məktəbimiz Təhsil Nazirliyinin və British Council təşkilatının birgə layihəsi olan “Fun English” layihəsinə, eləcə də “Elektron məktəb” layihələrinə qoşulub. Bundan başqa “Globallab”, “Leap”, “Məktəblərdə futbol və şahmat dərsləri”, “Məktəblinin dostu”, “Rəqəmsal bacarıqlar”, “STEAM” layihələri uğurla həyata keçirilir və bu layihələr çərçivəsində şagirdlərimiz yerli və Beynəlxalq müsabiqələrə qatılaraq qaliblər arasında yer alırlar. Şagirdlərimiz həmçinin “TOPs”, “Jolly Phonics”, “Pətək”, “İngili dili Resurs Mərkəzi” layihələrində iştirak etmiş və bir çox uğurlara imza atmışlar. Məktəbin şagirdləri müxtəlif şəhər və Respublika olimpiadalarında, Beynəlxalq idman, musiqi, rəsm yarışlarında iştirak edir və uğur qazanırlar. Şagirdlərimizin “İnepo”, “Sabahın alimləri” müsabiqə və olimpiadalarındakı uğurları da bizi sevindirir. Hər il məzunlarımızın ali məktəblərə qəbul göstəriciləri ürəkaçan olur, məzunlarımız arasında xaricdə təhsil alan, 600-dən yüksək bal toplayanların sayı ilbəil artır. Xaricdə təhsil alan məzunlarımızın xaricdəki təhsildən sonra əldə etdikləri səriştə və bacarığı doğma vətənimizin rifahı və inkişafına sərf edəcəyinə əminik. Məktəbimizdə müəllimlər arasında təcrübəli, peşəkar, öz fənnini dərindən bilən, müasir təhsilin nəbzini tutanlar çoxdur. Onların arasında “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibləri, “Əməkdar müəllim”lər, “Qabaqcıl təhsil işçiləri”, müxtəlif elm sahələri üzrə fəlsəfə doktorları, “Tərəqqi” medalına təltif olunanlar, dərslik müəllifləri var. BŞTİ - tərəfindən həyata keçirilən “Oxu günlərində” iştirakımızla məktəbimizi layiqli səviyyədə təmsil edə bilmişik. Məktəbimizin şagirdləri arasında beynəlxalq səvilyyəli idman yarışlarında əldə olunan uğurlarımızı da qeyd etməliyik. Fərid Ağayev, Raul Səfərəliyev ardıcıl olaraq müxtəlif beynəlxalq yarışlarda, hətta Avropa cempionatında Azərbaycan bayrağını yüksəklərə qaldıra bilmişlər. IX sinif buraxılış imtahanları nəticələrinə görə məktəbimiz uzun illərdir ki Bakı şəhərinin məktəbləri arasında öncüllüyü qoruyub saxlamağı bacarır. Lütfi Zadə adına Məntiq Olimpiadası və fənn müsabiqələrində şagirdlərimizin iştirakı və uğuru da qeyd olunmalıdır. Məktəbin Fəaliyyət planına əsasən idarəetmə, şagird nailiyyətinin izlənilməsi, məktəbdənkənar fəaliyyət sahəsində reallaşdırdığımız bir çox tədbirlərdə xüsusi xidməti olan kollektiv üzvləri dərs ilinin sonunda rəhbərlik tərəfindən mükafatlandırılır. Bildiririk ki, artıq 5 ildir ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Təhsildə İnkişaf və İnnovasiyalar üzrə müsabiqədə həm məktəb, həm də məktəbin fiziki tərbiyə müəllimi Namiq Cəfərov uğurla iştirak edir.
2020-ci ilin fevralında məktəbimizin fiziki tərbiyə müəllimi Namiq Cəfərov UNESCO beynəlxalq mərkəzinin üzvü seçilib. Təhsilalanların təhlükəsiz və harmonik inkişafını təmin edən təhsil mühitinin formalaşdırılması ilə bağlı həyata keçirilən layihələr məktəbdə tədris prosesinin şəffaf və səriştəli idarə olunması, eləcə də şagird nailiyyətinin yüksəlməsinə öz töhfəsini verir. Məqsədimiz “Hər gün, hər saat, hər an mükəmməlliyə doğru” - devizi ilə Bakı şəhərinin nüfuzlu və qabaqcıl məktəbləri sırasında olmaqdır.
16/11/2022
Dünya Müasir Döyüş Növləri Federasiyasının növbəti REYTİNQ TURNİRİ və “QARABAĞ” KARATE KLUBUNUN 5-ci Klublar arası AÇIQ ÇEMPİONATINDA Səfərəliyev Raul 12-13 yaş, +55 kq çəkidə rəqibinə qalib gələrək I yer tutmuşdur. Diplom və medalla təltif olunmuşdur. Məktəbimizin kollektivi adından şagirdimiz Səfərəliyev Raulu təbrik edir və gələcək yarışlarda uğurlar arzulayırıq.
14/11/2022
Bu il 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunmasının , qələbə sevincinin II il dönümünü yaşayırıq. Xalqımızın tarixində ən qürurlu səhifələrindən biri olan Vətən müharibəsinin tarixini öyrənmək və qələbə sevincini bizə yaşadan şəhidlərimizin ruhunu anmaq məqsədilə oktyabrın 28- də məktəbimizdə tarix və coğrafiya kafedralarının təşkilatçılığı ilə bilik yarışması keçirilmişdir. “Qarabağ dünən, bu gün, sabah” mövzusunda keçirilən bu yarışmada IX-X sinif şagirdlərinin “Dəmir yumruq”, “Zəfər”, “Şərq çinarı”, “Xarıbülbül”, “Xudafərin” komandaları iştirak edirdi. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anıldıqlarından sonra dövlət himni səslənmiş və “Qarabağ dünən” mövzusunda videoçarx təqdim olunmuşdur. Qarabağın tarixi, ermənilərin bu bölgəyə köçürülməsi, soyqırımlar, torpaqlarımızın 90- cı illərdə işğalı bir daha şagirdlərin diqqətinə çatdırılmışdır.
3 raunddan ibarət olan bilik yarışmasının hər raundunda 10 sual səslənmişdir. Qarabağın coğrafiyasına I Vətən müharibəsinin tarixinə, I və II Qarabağ müharibələrinin qəhrəmanlarına, aprel və Tovuz döyüşlərinə aid suallar komandalar tərəfindən cavabılandırılmışdır. Bilik yarışmasında 7 a sinif şagirdləri Axundov Rüstəm və Fərhad qardaşlarının Vətən müharibəsinə, torpaqlarımızın azad edilməsinə həsr etdikləri videoçarx, Qarabağda gedən bu günkü quruculuq işlərini əks etdirən video təqdimat da şagirdlər tərəfindən maraqla qarşılanmışdır. Münsiflər heyətinin qərarına əsasən 9 a sinfinin “Xarıbülbül” komandası I yerə 9 c sinfinin “Şərq çinarı” komandası III yerə layiq görülmüş və diplomlarla təltif olunmuşdular. Bilik yarışması 8 b sinif şagirdi Əli Məmmədovun ifasında “Vətən yaxşıdır” mahnısı ilə yekunlaşdırılmışdır.
14/11/2022
Bu il 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunmasının , qələbə sevincinin II il dönümünü yaşayırıq. Xalqımızın tarixində ən qürurlu səhifələrindən biri olan Vətən müharibəsinin tarixini öyrənmək və qələbə sevincini bizə yaşadan şəhidlərimizin ruhunu anmaq məqsədilə oktyabrın 28- də məktəbimizdə tarix və coğrafiya kafedralarının təşkilatçılığı ilə bilik yarışması keçirilmişdir. “Qarabağ dünən, bu gün, sabah” mövzusunda keçirilən bu yarışmada IX-X sinif şagirdlərinin “Dəmir yumruq”, “Zəfər”, “Şərq çinarı”, “Xarıbülbül”, “Xudafərin” komandaları iştirak edirdi. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anıldıqlarından sonra dövlət himni səslənmiş və “Qarabağ dünən” mövzusunda videoçarx təqdim olunmuşdur. Qarabağın tarixi, ermənilərin bu bölgəyə köçürülməsi, soyqırımlar, torpaqlarımızın 90- cı illərdə işğalı bir daha şagirdlərin diqqətinə çatdırılmışdır.
3 raunddan ibarət olan bilik yarışmasının hər raundunda 10 sual səslənmişdir. Qarabağın coğrafiyasına I Vətən müharibəsinin tarixinə, I və II Qarabağ müharibələrinin qəhrəmanlarına, aprel və Tovuz döyüşlərinə aid suallar komandalar tərəfindən cavabılandırılmışdır. Bilik yarışmasında 7 a sinif şagirdləri Axundov Rüstəm və Fərhad qardaşlarının Vətən müharibəsinə, torpaqlarımızın azad edilməsinə həsr etdikləri videoçarx, Qarabağda gedən bu günkü quruculuq işlərini əks etdirən video təqdimat da şagirdlər tərəfindən maraqla qarşılanmışdır. Münsiflər heyətinin qərarına əsasən 9 a sinfinin “Xarıbülbül” komandası I yerə 9 c sinfinin “Şərq çinarı” komandası III yerə layiq görülmüş və diplomlarla təltif olunmuşdular. Bilik yarışması 8 b sinif şagirdi Əli Məmmədovun ifasında “Vətən yaxşıdır” mahnısı ilə yekunlaşdırılmışdır.
09/11/2022
09/11/2022
Bu gün məzun-şəhidimiz mayor Fərid Ələkbərovun anım günüdür. Yasamal rayonunda Fəridin adına küçənin və barelyefinin açılışı olub, Fəxri Xiyabanda məzarı ziyarət edilib. Məktəbimizin direktoru Fayaz Hüseynov tədbirdə çıxış etmiş, Fəridin ailəsinə səbr diləmişdir. Fəridə dərs deyən müəllimlər Fərid haqqında xatirələrini bölüşmüşlər. Məktəbimizin ibtidai sinif şagirdləri xatirə lövhəsinin önünə gül dəstələri qoymuş, şeirlər söyləmiş və ruhuna dualar oxumuşlar.
09/11/2022
Noyabrın 7- də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında 8 Noyabr - Zəfər gününə həsr olunmuş "ZəfərFest - 2" yaradıcılıq sərgi- festivalı keçirilib. Festivalda məktəbimizin müəllimləri və 6, 7, 8 - ci sinif şagirdləri iştirak ediblər.
08/11/2022
"7-dən - 17 – yə vətənpərvər! " layihəsinin keçirilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 22.09.2022 – ci tarixli F- 300 № li əmrinə əsasən siniflərdə "Zəfər günü" nə həsr edilmiş açıq dərslər və master klasslar keçirildi. 🇦🇿
08/11/2022
"7-dən - 17 – yə vətənpərvər!" layihəsinin keçirilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 22.09.2022 – ci tarixli F- 300 № li əmrinə əsasən 2 a, 2 b və 4 b sinif şagirdləri "Hərbi Qənimətlər parkı" və " II fəxri xiyabanı " ziyarət ediblər. Onlar şəhdilərin məzarları önündə vətənə layiqli övlad olacaqlarına söz veriblər.👏
08/11/2022
189-190 nömrəli məktəbdə dil-ədəbiyyat müəllimi Məmmədova Natəvanın təşkilatçılğı və 7 ,9, 11 -ci sinif şagirdlərinin iştirakı ilə Zəfər Gününə həsr olunmuş “Sənə zəfər yaraşır”adlı ədəbi - bədii gecə keçirildi.
Tədbirdə məktəbin şəhid məzunu mayor Fərid Ələkbərovun ailəsi , o cümlədən Vətən müharibəsinin qəhrəman qaziləri də iştirak edirdi. Məktəbimizin məzunu olan Xüsusi Təyinatlı Qüvvələrin mayoru qazi Polad Rzayev İkinci Qarabağ müharibəsindəki tarixi qələbənin unudulmaz şəhidlərimizin , qazilərimizin qanı, canı , mərdliyi ilə savaş meydanında qazandıqlarını bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdı .
02/11/2022
21-23 oktyabr 2022-ci il tarixində Bakı İdman sarayında Arpaçay İdman birliyi təşkilatçılığı ilə 18 oktyabr Müstəqilliyin Bərpası Gününə həsr olunmuş Şərq Əlbəyaxa döyüş növləri festivalı keçirildi. Yarışda məktəbimizin şagirdi Səfərəliyev Raul III yerə layiq görülüb. Diplom və medalla təltif olunub. Məktəbimizin kollektivi adından şagirdimizi təbrik edir və uğurlar arzulayırıq.
22/10/2022
44 günlük Vətən müharibəsi iştirakçıları,qaziləri ilə görüşə həsr olunmuş “Xalqımızın qəhrəman oğulları” adlı tədbir keçirildi.
Tədbirdə Suqovuşana bayrağı ilk sancan qəhrəman, 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə görə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunan İlkin Fərzəliyev, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunan Səmədov Nurlan Famil oğlu,Cəbrayıl,Qubadlı,Fizuli,Hadrut,Talış,Suqovuşan,Zəngilan,Laçın döyüşlərində böyük qəhrəmanlıqlar göstərən igidlər Cavadov Aydın Oqtay oğlu,Həmidov Elmin Hümbət oğlu,Əhmədzadə İsmayıl Cümşüd oğlu,Eyvazov Həsən Eldar oğlu və 189-190 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti, kitabxananın kollektivi iştirak etdilər.
Görüşdə 44 günlük Vətən müharibəsi haqqında ətraflı məlumat verildi, əsgər və zabitlər keçdikləri döyüş yolundan, müharibə vaxtı yaşadıqları çətinliklərdən, torpaqlarımızın azad olunmasında keçdikləri məşəqqətli döyüş yollarından danışdılar, oxucuların suallarını cavablandırdılar.
Məktəbimizin 2a sinif şagirdi Əsədli Həsənin söylədiyi Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeiri tədbirdə xoş ovqat yaratdı.
Sonda “Bu torpağın hər qarışı Vətəndir” adlı sərgi təqdim olundu.