AR Səhiyyə Nazirliyi K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu

AR Səhiyyə Nazirliyi K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu

Share

Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu

01/03/2023

Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində növbəti canlı yayımımız immunitet və vitamin çatışmazlığı haqqında olacaq.
Qonağımız Səhiyyə Nazirliyi Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, həkim-terapevt Zakir Quliyevdir.
Sizi maraqlandıran sualları şərh bölməsinə qeyd edə və canlı yayımda Zakir bəyə ünvanlaya bilərsiniz.
Canlı yayım 1 mart, saat 15:00-da Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında (https://www.instagram.com/sehiyyegovaz/) baş tutacaq.
Yayımın moderatoru Səhiyyə Nazirliyinin nümayəndəsi Nigar Adildir.

01/03/2023

1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür

Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu gün hər il kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan 1993-cü ildə bu nüfuzlu beynəlxalq təşkilata üzv olub.

28/02/2023

Nadir xəstəliklərin öyrənilməsi üzrə Avropa təşkilatının (EURORDIS) təşəbbüsü ilin ən nadir günü - fevralın 29-u Beynəlxalq Nadir Xəstəliklərin Günü statusu alıb

26/02/2023





24/02/2023
Photos from AR Səhiyyə Nazirliyi K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu's post 22/02/2023

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda həkim rezidentlər üçün seminar keçirilib.

Seminarda İnstitutun direktoru t.ü.f.d.,dos Allahverdi Musayev, baş həkim uzman pediatr Azər Əhmədov, direktorun elmi işlər üzrə müavini t.e.d.,dos.Nailə Rəhimova, həkim əməkdaşlar və həkim rezidentlər iştirak ediblər.
Həkim rezident Orxan Tahirov və Fatimə Şükürova qastroenteroloq Anar Tağıyevin rəhbərliyi “Uşaqlarda Wilson xəstəliyi”mövzusunda çıxış ediblər.
“Wilson xəstəliyi mis mübadiləsinin pozulması ilə gedən metabolik bir xəstəlikdir.Müalicə ömür boyudur. Mis xolatorlatından və mis sorulmasını ləngidən dərmanlardan istifadə edilir”-deyə həkim rezident Orxan Tahirov bildirib.
Həkim rezident Şükürova Fatimə çıxışında “Daha çox qaraciyər və beyin olmaqala bir çox orqanlarda misin toksik təsirinə bağlı patologiya görülür”-deyə bildirib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

22/02/2023

Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində növbəti canlı yayımımız
oynaq ağrıları haqqında olacaq.
Qonağımız Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Arplastika və oynaqların artroskopik cərrahi şöbəsinin müdiri Nizami Məmmədovdur.
Sizi maraqlandıran sualları şərh bölməsinə qeyd edə və canlı yayımda Nizami bəyə ünvanlaya bilərsiniz.
Canlı yayım 22 fevral, saat 15:00-da Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında (https://www.instagram.com/sehiyyegovaz/) baş tutacaq.
Yayımın moderatoru Səhiyyə Nazirliyinin nümayəndəsi Nigar Adildir.

21/02/2023

Su çərşənbəniz mübarək!

21/02/2023

Sağlam Uşaqlar, Sağlam Gələcəkdir!

Photos from AR Səhiyyə Nazirliyi K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu's post 16/02/2023

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda həkim rezidentlər üçün seminar keçirilib.

Seminarda İnstitutun direktoru t.ü.f.d.,dos Allahverdi Musayev, baş həkim uzman pediatr Azər Əhmədov, direktorun elmi işlər üzrə müavini t.e.d.,dos.Nailə Rəhimova, həkim əməkdaşlar və həkim rezidentlər iştirak ediblər.
Həkim rezident Rəhimə Səfərli pediatr Nüşabə Pənahovanın rəhbərliyi ilə "Yenidoğulmuşlarda tənəffüs problemləri" mövzusunda çıxış edib.Çıxış edən həkim rezident xəstəliyin səbəbləri, simptomları, diaqnostikası və müalicəsindən danışıb.
“Tənəffüs çətinliyi sindromu ağciyərləri tam inkişaf etməmiş vaxtından əvvəl doğulmuş körpələrdə baş verir. Bəzi körpələrdə doğuşdan dərhal sonra bəzi tənəffüs problemləri yarana bilər. Körpə nə qədər tez doğulsa, körpənin tənəffüs çətinliyi və əlavə oksigenə ehtiyacı olma ehtimalı bir o qədər yüksəkdir”-deyə həkim rezident Rəhimə Səfərli bildirib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

16/02/2023

32 hestasiya həftəsində doğulan əkizlər olduqca ağır vəziyyətdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırılıb.
⬇️⬇️⬇️⬇️⬇️⬇️
Diaqnoz:
✅Anadangəlmə pnevmoniya.
✅Doğuş zamanı az bədən çəkisinin digər halları.
✅Tənəffüs pozğunluğu sindromu.
✅ Perinatal dövr üçün dəqiqləşdirilmiş infeksiya.

Aparılan planlı müalicələrdən sonra körpələrin vəziyyəti yaxşılaşıb, evə yola salınıblar.
Vaxtından qabaq doğulanların patologiya şöbəsinin müdiri Pəri Məmmədovaya və əməyi keçən hər kəsə təşəkkür edirik.

Photos from Azərbaycan Respublikası Səhiyyə Nazirliyi's post 16/02/2023
Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Address


B. Bağırova 17
Baku
1000